Heydər Əliyev: “Şuşa hər bir azərbaycanlı üçün əzizdir....Şuşa bizim milli rəmzimizdir”.
1-05-2023, 00:43
3 056

Heydər Əliyev: “Şuşa hər bir azərbaycanlı üçün əzizdir....Şuşa bizim milli rəmzimizdir”.

TəhsilForumu.Az təqdim edir. 
 Dahi  Azərbaycan şahiri Abbas Səhət nə gözəl deyibdir:
                      Vətəni sevməyən insan olmaz,  
                      Olsada ol şəxsdə vicdan olmaz. Elə deyilmi!?
   Gözəl və dahiyanə deyilmiş sətirlərdir.Bu sətirlərin ölçüsü, dəyəri və qiyməti əvəzedilməzdir.
Hər bir insan üçün doğulub boya-başa çatdığı el-oba, yurd, eləcə də vətəni əziz və doğmadır.
Vətənə bağlılığ imandandır.Bəli, heç şübhəsiz ki,hər birimiz üçün vətən anlamı müqəddəsdir.Vətən, torpaq uğrunda ta qədimdən indiyədək eloğulları səfərbər olubdur.Cavanşirin, Babəkin, Koroğlunun, Tomris ananın timsalında bizlər bu müqəddəsliyini daha aydın şəkildə görürük.Bəli, torpaq uğrunda ölən varsa vətəndir.Vətənin daşına, torpağına qurban,Çünki suyunu içdiyimiz, çörəyini yediyimiz, havasını udduğumuz torpağı , vətəni göz bəbəyi kimi qorumalıyıq.
Belə bir deyim var-əgər Azərbaycan bütöv bir bədəndirsə, bu bədənin ürəyi Qarabağdır.
Qarabağın incisi olan Şuşa isə Azərbaycanın ən dilbər guşəsi ,musiqi beşiyidir.Hər bir xalqın həyatında elə şəhərlər , elə yerlər olur ki, o yerlər, o şəhərlər həmin xalqın qürur və fəxarət mənbəyi olur.Şuşa azərbaycanlılar üçün belə yerlərdən, belə şəhərlərdəndir. Şuşa Azərbaycanın mədəniyyət beşiyidir.Şuşa bizim əziz, müqəddəs, şəhərimiz ,
“Qafqazın Parisi”, nəhayət Azərbaycanın, Qarabağın incisi doğma Vətənimizin bir hissə sidir.
 “Şuşasız Qarabağ , Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”- Ümummilli lider
Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini belə ifadə etmişdir. Prezident İlham
Əliyevin bildirdiyi kimi Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir qaladır, əziz bir abidədir.Məhz buna görə də Şuşa hər bir azərbaycanlı üçün doğma və əzizdir.
Heydər Əliyevin dediyi ölməz fikirlər hər bir Azərbaycanlının qəlbində qürur hissi oyadır.Ulu öndərimiz deyirdi ki, Şuşasız yaşamaq qeyri mümkündür.Şuşa bizim qürur yerimizdir.Dahi şəxsiyyətimiz H.Əliyev bütün tədbirlərdə , mərasimlərdə dönə- dönə deyərdi:Biz qayıdacağıq əzəli torpaqlarımıza, İnanın ki, qayıdacağıq Şuşaya,
Kəlbəcərə, Ağdama, Cəbrayıla,Laçına,Füziliyə , Qubadlıya, Zəngilana qayıdacağıq!
   Bəli , qayıtdıq əzəli dədə-baba torpaqlarımıza.Bəli, biz əzəli torpaqlarımıza qovuşduq.
  İndi Azərbaycanımız tamdır, bütövdür.Ulu öndərin ruhu indi şaddır.
       Hələ 44 günlük muharibənin ilk günlərində Prezident İlham Əliyev belə bir ifadə işlətmişdi “Şuşasız bizim işimiz yarımçıq qalar” deyerek Şuşanın nə qədər ölkəmiz üçün böyük əhəmiyyətə malik olduğunu bildirmişdir.
      44 gün davam edən mənfur ermənilərlə haqq, ədalət savaşında neçə-neçə igid oğullarımız şəhid oldu, neçələri isə qazi oldular.Vətən haray təbili çalanda möhtərəm prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Heydər oğlu Əliyevin Komandanlığı altında, müzəffər Milli Ordumuz düşmənin burnunu elə ovdular ki, bir daha nəfəsləri gəlməsin.Əzəli Qarabağ torpaqlarımız vəhşi ermənilərin caynağından azad edildi: İndi Qarabağ torpaqlarımızda üç rəngli, ayparalı Dövlət bayrağımız əzəmətlə və vüqarla dalğalanır.İndi Qarabağ torpaqlarında abadlıq, tikinti-quruculuq işləri sürətlə həyata keçirilir.Zaman gələcək o yerlərdə həyat yenidən canlanacaq.İnsanlar daha yaxşı əhval-ruhiyyə ilə Qarabağ torpaqlarında yaşayıb yaradacaqlar.
Artıq Şuşada olmaq hər kəsin ən şirin arzusuna çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşanın xalqımız üçün tarixi əhəmiyyətini, yüksək mədənimənəvi dəyərini nəzərə alaraq yanvarın 5-də Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamda qeyd olunur: “Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimaisiyasi həyatında müstəsna rol oynamışdır.
      Bəli, Möhtərəm Prezidentimiz 2022 –ci ili “Şuşa ili” elan edib.Eyni zamanda Şuşa mədəniyyət paytaxtımızdır.Milli liderimiz Heydər Əliyevin tədbirincə desək: “Şuşa hər bir azərbaycanlı üçün əzizdir....Şuşa bizim milli rəmzimizdir”.Bu fikirlərin arxasında həyat var,eləcə də vətənə, torpağa sevgi və məhəbbət vardır.Dahi şəxsiyyətimiz hələ sovet dönəmində Şuşanın hərtərəfli inkişafına diqqət və qayğı göstərirdi. 1969-cu ildə
Azərbaycana rəhbər seçiləndən sonra Ulu Öndər Şuşanı abadlaşdırmaq, şəhərin başına gətirilən müsibətlərin izlərini ləğv etmək, dağıdılmış, yandırılmış evləri bərpa etmək, eyni zamanda, tarixi abidələri qoruyub saxlamaq və böyük bir muzeyə çevirmək üçün əhəmiyyətli işlər görmüşdür.Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə görkəmli şairimiz Molla Pənah Vaqifin məqbərəsi Şuşada ucaldıldı. Müharibə illərində vəhşi ermənilər həmin məqbərənin yararsız hala saldılar.Dahi Heydərin siyasi yolunu uğurla davam etirən, ata vəsiyyətini yerinə yetirən Cənab İlham Əliyev məqbərənin yenidən bərpa etdirdi. Həmin məqbərənin önündə Vaqifin poeziya günləri keçirildi.
      Musiqi festivalları, rəngarəng tədbirlər Şuşa torpağını işığa , nura qərq etdi: Bəli,
Şuşasız həyat bizə cansıxıcı olardı.İndi əzəli şuşamız tam azaddır.Şuşada keçirilən Xarıbülbül musiqi festivalı bu yerlərin əzəmətini , vüqarını yenidən özünə qaytardı.Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin əzəmətli musiqi bəstələri Şuşanı musiqi çəmənzarına döndərdi.Ölməz Bülbülün məhalətli səs yazıları Şuşanın ölməz ruhunu daha işıqlandırdı, təravətləndirdi.Şuşa bizim fəxrimiz , qürur mənbəyimizdir.Şuşa , sən azadsan! Qarabağ Azərbaycandır! Azərbaycanımızın sürətlə inkişafı yeni üfüqlərə yol açır.Bəli , biz əzəli torpaqlarmıza qovuşduq.İndi Azərbaycanımız tam bütövdür.Ulu öndərin ruhu indi şaddır.Çünki onun memarı olduğu Azərbaycanımız inkişaf etdikcə Heydər Əliyevin ideyaları daha da reallaşır və Azərbaycan cənab prezidentimiz İlham
Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində zəfərlərdən daha möhtəşəm Zəfərlərə doğru irəliləyir!


Tağızadə Ülvi Səxavət oğlu 
Lənkəran rayonu.İ.Mahmudov adına Liman şəhər 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi. 



132 16

Şərhlər

Oxşar xəbərlər