21 Aprel tanınmış təhsil eksperti Nadir İsrafilovun doğum günüdür.
21-04-2024, 12:26
771

21 Aprel tanınmış təhsil eksperti Nadir İsrafilovun doğum günüdür.

Nadir İsrafilov 1952-ci ildə anadan olmuşdur.1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini, 1981-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasını bitirmişdir.

  Nadir İsrafilov fəaliyyəti dövründə müəllim, məktəb direktoru, rayon təhsil şöbəsinin müdiri, Azərbaycan ETPEİ-də elmi işçi, BŞBTİ-da inspektor, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə təhsil idarəsində sektor müdiri vəzifələrində çalışmışdır.Çox sayda proqram, metodik tövsiyyələr, elmi-pedaqoji və tənqidi-analitik məqalələrin müəllifidir. Ölkənin təhsil ictimaiəyyəti arasında təhsil eksperti kimi böyük nüfuza malikdir.

  TehsilForumu.Az saytı olaraq Nadir müəllimi çoxminli oxucularımız və kollektivimiz adından təbrik edir, ona cansağlığı , tutduğu çətin və şərəfli yolda uğurlar arzulayırıq.

Emil Tağızade 

Nigar Müəllimə Məmmədova 

 
1 0

Şərhlər

Oxşar xəbərlər