“Azərbaycanda sertifikasiya qaydaları dəyişməlidir”
15-08-2023, 13:45
5 441

“Azərbaycanda sertifikasiya qaydaları dəyişməlidir”

TehsilForumu.Az xəbər verir ki, bu barədə təhsil ekpsperti Elşən Qafarov sertifikasiya prosesindən danışarkən deyib.

 

 Onun sözlərinə görə, müəllimlərin sertifikatlaşdırılması prosesinin ən yaxşı tətbiq olunduğu ölkə Qazaxıstandır:

 

 “Müəllim peşəkarlığının yoxlanılması ilə bağlı beynəlxalq təcrübə, istər avropada istərsə də təhsilin inkişaf etdiyi ölkələrdə müxtəlif modellər üzərində işlənir. Bizim kimi yeni-yeni inkişaf etməkdə olan və təhsil üzrə ardıcıl islahatlar aparan ölkələrdə bu modeli ən yaxşı tətbiq edən Qazaxıstan oldu. Burada müəyyən bir bal həddi qoyuldu və sözügedən həddi keçənlərə 3 kateqoriya verildi. “A” , “B” və “C” kateqoriyaları”.Ekspert sözügedən kateqoriyalara uyğun əməkhaqqının artırılma prosesini izah edib:

 

“Əmək haqqının artırılması sözügedən kateqoriyalara görə tənzimləndi. Məsələn, “A” kataqoriyasına aid olan müəllimlərin əməkhaqqı 100%, “B”yə aid olanların 50%, “C” aid olanlar isə ya arıtırılmır, ya da minimum artırılır. Amma hər il “B” və “C” kateqoriyasına aid olan müəllimlərə şans verildi ki, onlar öz üzərilərində çalışaraq, səviyyələrinin qaldırsınlar. Ölkəmizdəki sertifikasiya prosesində çatışmayan cəhətlərdən biri budur. Sertifikasiyada istədikləri nəticəni göstərə bilməyən müəllimlər 5 il gözləməlidirlər. Düşünürəm ki, Azərbaycanda da az öncə sadaladığım qaydalar tətbiq olunmalıdır”.
22 3

Şərhlər

Oxşar xəbərlər