Şagirdlərini həyatının bir parçası adlandıran Texnologiya müəllimi Səkinə Mürsəlovanı birlikdə tanıyaq.
21-01-2024, 17:30
989

Şagirdlərini həyatının bir parçası adlandıran Texnologiya müəllimi Səkinə Mürsəlovanı birlikdə tanıyaq.

Sənətini, peşəsini çox sevən, məktəbi, sinif otağını, şagirdlərini həyatının bir parçası adlandıran Texnologiya müəllimi Səkinə Mürsəlovanı birlikdə tanıyaq.


Səkinə Mürsəlova  
                      
Bütün dövrlərdə təhsil, təlim-tərbiyə sahəsində çalışanların üzərinə böyük vəzifələr düşüb. İnsanlara bilik vermək, elm öyrətmək kimi mühüm vəzifəninöhdəsindən onlar gəlir.
Hər birimiz üçün müəllim doğma və əzizdir. Çünki müəllim bizə təhsil verir, dərs öyrədir, yol göstərir, daim qayğımıza qalır. Buna görə də müəllimlərimizə böyük ehtiram və hörmətlə yanaşarıq, öyrəndiklərimizə görə həmişə onlara minnətdarlığımızı ifadə edirik.
Müəllimlər cəmiyyətin memarlarıdır desək, yəqin ki, səhv etmərik. Bu danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimləimizin əvəzsiz xidmətləri vardır.
Müəllim peşəsi öz mahiyyəti və əhəmiyyətinə görə cəmiyyətdə xüsusi yer tutur. Çünki, müəllim əməyinin xüsusiyyəti ondan ibarətdir ki, onun obyekti və məhsulu insandır. Deməli, millətin gələcəyi müəllimlərin əlindədir. Onlar həkimi, alimi, mühəndisi, fəhləni yetişdirdiyinə görə həmişə mərkəzində duracaq.

Şagirdlərin sevimli Texnologiya müəllimi Mürsəlova Səkinə Nizami qızı 11 noyabr 1982-ci ildə Göyçay şəhərində anadan olub. 
 1999-cu ildə Göyçay şəhər R.Rza adına 1 nömrəli tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Peşə təlimi ixtisasına daxil olub. 2005-ci ildə Universiteti bitirib. Və həmin ildə Göyçay şəhər Mehman Muradov adına 4 nömrəli tam orta məktəbdə ixtisası üzrə Texnologiya müəllimi kimi işləməyə başlayır. 22 yaşında Ali təhsil alan Fatimə adımda bir qız övladı var. 
Müxtəlif şəhər və rayonlarda təşkil olunan Əl işləri satış sərgisi, yarmarkalarda iştirak edir. "Bölgələrdən, bölgələrə", "Ölkəmizi tanıyaq", "Gənc qurucular" layihəsində iştirak edir.
Göyçay rayonunda keçirilən məhsul yığımı "Nar festivalı" satış sərgi yarmarkasında əl işləri ilə fəal iştirak edib, rayon İcra hakimiyyətindən rayonumuza gələn qonaqları gülərüz xoş qarşıladığına görə mükafatlanıb.
Şəhər 4 nömrəli tam orta məktəbdə təhsil alan şagirdləri Respublika və rayon üzrə keçirilən müxtəlif Rəsm sərgilərində, müsabiqələrdə iştirakının təşkil olunmasında dəstək olub. "Fövqəladə hallar uşaqların gözü ilə" rəsm sərgisində, Vətənpərvər ruhda təşkil olunan Rəsm sərgisi, əl işləri, şeir müsabiqələri, inşa yazı müsabiqələrində şagirdləri uğurla iştirak etmiş Sertifikatlarla təltif olunmuşlar. 
2020-ci ilin fevralında qeydə alınan ilk hal ilə COVID-19 koronavirus pandemiyasının Azərbaycana yayıldığı təsdiqlənir. 4 mart 2019-cu ildə #evdəqal, #evdəöyrən zamanı şagirdlərə online dərslərə qoşulmasına dəstək göstərir.
2020-ci il 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələrinə ziyarət, şagirdlərin Vətənpərvər ruhda böyüməsinə, Şəhidlərin bizlərə əmanətinə diqqət və qayğı göstərmək, milli-mənəvi dəyərlərimizə dəyər vermək hər birimizin mənəvi borcu olmağını sevə-sevə aşılayaraq Şəhidlər Xiyabanına ziyarətlər təşkil edir.
2021-ci ildə şagirdlərin təşəbbüsü ilə rayon üzrə ilk şəhid adı yaşadan sinif üzrə dərslərinə başlayırlar. 44 günlük Vətən müharibəsi şəhidi olan Şəhid Nuruzadə Elşən adını yaşadan sinif olaraq Vll sinif kimi sinif rəhbəri fəaliyyətini davam edir. Şəhidin ailəsinə, Şəhidlər Xiyabanına davamlı ziyarət edilir və sinifdaxili Vətənpərvər tədbirlər təşkil olunur.
Yaradıcı pedaqoji fəaliyyəti ilə yanaşı nəzakətli davranışı, sadəliyi, təvəzökarlığı, mənəvi paklığı ilə rayon ictimaiyyətinin hörmətini qazanıb.
Hal-hazırda 20 yanvar şəhidi Mehman Muradov adına 4 nömrəli tam orta məktəbin Texnologiya müəlliməsidir. Dünya təhsil sisteminə inteqrasiya etdiyimiz XXI əsrdə şagirdlərin maraq dairəsi, eləcə də öyrənmək istədikləri sahələr günbəgün artır və inkişaf edir. Şagirdlərin öyrənmək istədikləri sahələr artdıqca öyrənmə və öyrətmə yolları, metodları da dəyişir. Müasir təlim üsullarının köməyi ilə öyrənməyi öyrətmək isə müəllimlərin üzərinə düşən əsas vəzifədir.
İşlədiyi bu illər ərzində daim öz üzərində işləmiş və inkişaf etdirici bir çox təlimlərdə iştirak etmişdir.
Bir çox yerli və Beynəlxalq təlimlərdə, Beynəlxalq Forumlarda iştirak edib Sertifikat, Fəxr Fərman, Təşəkkürnamə ilə təltif olunub.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Mədəd" təşkilatı tərəfindən təşkil edilmiş İKT-nin təhsilə tətbiqi üzrə "Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi" təlim kursunu müvəffəqiyyətlə bitirdiyinə görə SERTİFİKAT la təltif olunub.
"Promethean" interaktiv lövhələrdən istifadə üzrə 2014-cü ildə 4 günlük təlim kursunda uğurlu iştirakına görə SERTİFİKAT la təltif olunub.
Göyçay İnkişaf Mərkəzi Gənclər İctimai Birliyi Cənubi Qafqazda Özəl Sektorun İnkişafına Dəstək Layihəsi çərçivəsində "Nar bağlarının effektiv idarəedilməsi və bacarıqların artırılması" mövzusunda keçirilən 7 günlük təlimdə uğurlu iştirakına görə SERTİFİKAT la təltif olunub.
13-15 dekabr 2017-ci ildə təşkil olunan Azərbaycan Respublikası Respublika Uşaq-Gənclər Mərkəzi tərəfindən təşkil olunan "Ekoloji təmiz məhsul və aqromüxtəliflik" mövzusunda məktəblilərin Il Respublika müsabiqəsində aktiv iştirakına görə TƏŞƏKKÜRNAMƏ ilə təltif olunub.
01 noyabr 2018-ci ildə Azərbaycan Respublikası Dövlət İmtan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə xanım Abbaszadə tərəfindən zal nəzarətçisi vəzifəsini nümunəvi yerinə yetirdiyinə görə Fəxri Fərman la təltif olunub.
ADPU-da "İnklüziv siniflərdə təlim strategiyaları" üzrə 36 saatlıq təlimi (7-11.09.2020) müvəffəqiyyətlə bitirdiyinə görə SERTİFİKAT la tətif olunub.
Beynəlxalq Təhsil Mərkəzi Əlavə Təhsil Müəssisəsinin təşkil etdiyi İKT təlimlərində iştirak etmiş, müvəffəqiyyətlə bitirmiş, SERTİFİKAT la təltif olunub.
08 mart 2018-08 mart 2022-ci tədris illərində səmərəli pedaqoji fəaliyyətinə görə Göyçay Rayon Təhsil Şöbəsi tərəfindən Fəxri Fərmanla təltif olunub.
01 iyun 2020-14 iyun 2022-ci tarixlərində Göyçay şəhər Mehman Muradov adına 4 nömrəli tam orta məktəb tərəfindən Fəxri Fərman la təltif olunub.
"Kür" İnformasiya Toplusu Gəncə 2011 kitabında, "Müəllim Ömrü-ll cild" kitabında, Əkbər Əlioğlu "Seçilmişlər" kitabında, "Qalan əməl, söz olacaq-Birinci toplu" kitabında, "Təhsil Yenilikləri-iyun 2019 N70" jurnalında, "20.08.2022-KƏPƏNƏK" jurnalında, "N 01(35) 15 yanvar 2022-ci il tarixində nəşr olunan "Mən Birinciyəm"" qəzetində, 08 noyabr 2016-cı il Göyçay qəzetində Səkinə Mürsəlova haqqında Məqalələr nəşr olunmuşdur. 
26 dekabr 2023-cü il Göyçay qəzetində 2023-cü il "Heydər Əliyev ili"dir "Milli dövlətçiliyimizin xilaskarı, milli birliyimizin dahi ideoloqu və yaradıcısı" mövzusunda Məqaləsi nəşr olunmuşdur.
  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə Vl Qrant Layihə "Art terapiya ilə duyğularını daha aydın ifadə et" layihə qalibi, Vll Qrant Layihə "3D NAR FESTİVALI" Layihə qalibidir.
5 0ktyabr 2023-cü ildə 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Aran Regional Təhsil Sektorunun müdiri yoldaş Elçin Kərimov Tərəfindən FƏXRİ FƏRMAN la təltif olunub.


Biz də Səkinə müəlliməyə gələcək fəaliyyətində daha böyük uğurlar, müvəffəqiyyətlər arzu edirik!
10 0

Şərhlər

Oxşar xəbərlər