Dahi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə , "Sən elə bir zirvəsən "..
1-05-2023, 00:47
4 228

Dahi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə , "Sən elə bir zirvəsən "..

       TehsilForumu.Az təqdim edir.
    
        Bu böyük dahinin,bu böyük ömrün hansı anından yazacağımı heç özüm də bilmirəm.Yer üzündə dahi insanlar çox olub,indi də var.Amma
Heydər Əliyev kimi cəsarətli, hərtərəfli,dağ vüqarlı,qorxmaz,səlis və aydın nitqi ilə çoxlarını susduran belə bir dahi,bəlkə də, tək-tək doğular. Həyatını doğma Azərbaycanın mənafeyinə həsr etmiş və bütün ömrünü xalqa bağışlamış bir insan!Özü bu haqda deyirdi:”Mən çox sınaqlardan keçmiş bir adamam və həyatımı da özümə yox,xalqıma həsr etmişəm.Heydər Əliyev xalqı üçün çox şey etdi.Bunları sadalamağa ehtiyac yoxdur.Onun nələr etdiklərini hamımız bilirik.Çox təəssüflər olsun ki, amansız ölüm ona arzularının hamısını həyata keçirməyə imkan vermədi.Heydər Əliyev şərəfli bir ömür yolu keçərək bütün şüurlu həyatını canından artıq sevdiyi Vətəninə,Xalqına həsr etdi.
Sən keçdiyin həyat yolu,
Hünər,zəfər, sevinc dolu.
Sən bu xalqın igid oğlu,
Hər söhbəti,sözü sənsən, Azərbaycan özü sənsən.
    1923-cü il mayın 10-da Naxçıvanda dünyaya göz açan bu insan oxudu,neçə ali məktəbdə təhsil aldı,neçə yüksək vəzifələrdə çalısdı.1969-cu ildə sovetlər dövründə respublikamıza rəhbərlik etməyə basladı.Bu illər Azərbaycan Respublikasının dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında misilsiz təşəbbüskarlıq göstərdi.Azərbaycanın quruculuq salnaməsinə parlaq səhifələr yazdı.Elə bu bacarığına, siyasi savadına görə H.Əliyev 1982-ci ildə o dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi.Bu insanda cəsarətə baxın ki,1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində çıxış edir,cinayətin təşkilatçılarının cəzalandırılmasını tələb edir və partiya sıralarını tərk edir.Bax,əsl
vətənpərvərlik,qəhrəmanlıq budur.Sonra yenidən Azərbaycana, doğma yurdu Naxçıvana qayıdır.
      Bu illərdə ölkənin qabaqcıl adamları, ziyalılar,sadə əməkçilər böyük fəlakətin yaxınlaşdığını hiss edirdilər.Bir yandan da illərlə dost,qardaş deyib, torpaq verdiyimiz ermənilərin xain,düşmən xisləti üzə çıxdı. 1993-cü ilin may- iyununda Azərbaycanda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı.Azərbaycanın görkəmli oğlu, böyük şəxsiyyət, vətənpərvər H.Əliyev xalqın bu ağır günündə, şübhəsiz,kənardan baxa bilməzdi.O, xalqın təkidi və tələbi ilə ölkənin hakim dairələrinin dəvətini qəbul etdi.İyunun 9-da Bakıya gəldi.Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı.1993cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.Xalq bu günü Qurtuluş Günü kimi qeyd etdi.Sonra isə yenidən ölkənin səlahiyyətlərinin icrası ona həvalə olundu:
Şanlı on beş iyun,bu sadə tarix,
Hamıya doğmadır, hamıya əziz
Çünki bu tarixdə doğuldu sanki Bizim sevincimiz,səadətimiz.
Bir günəş parladı,ziyası,nuru
Bir daha enməyən bayrağa döndü,
Rəhbər axtaran xalq,pərən məmləkət
Bir bayraq altında yumruğa döndü.
      Prezident seçilərkən andiçmə mərasimindəki nitqində Ulu Öndər elan etdi:”Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü,tam suverenliyini təmin etmək, ölkəmizi müharibə şəraitindən çıxarmaq, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq bu vəzifələr mənim prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır və mən bunların həyata keçirilməsinə çalışacağam”
Bir günəş parladı Heydər adında
“Mənəm” söyləyənlər susdu büsbütün.
Əzmindən kürsülər gəldi heyrətə
Elin xilaskarı türk oğlu türkün
      Heydər Əliyev gənclərə böyük ümid bəsləyirdi,onlara hər zaman yol göstərirdi.Söyləyirdi ki, gənclərimiz mükəmməl təhsil almalı,həyatı dərindən öyrənməli,dünyada gedən prosesləri bilməlidirlər.Lazımi fəaliyyət göstərib, öz xalqına, dövlətinə xidmət göstərməlidirlər.Gənclərə yüksək qiymət verərək göstərirdi ki,bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir.Gənclərimizi necə tərbiyə edəcəyiksə,böyüdəcəyiksə,ölkəmizin,dövlətimizin gələcəyi bundan asılı olacaqdir.Məhz həmin illərdə yüzlərlə azərbaycanlı gənc o vaxtkı SSRİnin müxtəlif yerlərində respublikamız üçün gərəkli olan ixtisaslar üzrə ali təhsil alib vətənə qayıtmışdılar.Şəxsən o dövrdə mənim əmim
Minskidə,dayım isə Xarkovda ali təhsil almışdılar.Onlar Bakıda imtahan verib əla qiymətlər alaraq seçdikləri ali məktəbə qəbul olmuşdular.Ulu öndər indiki Heydər Əliyev adına sarayda onların hamısını qəbul etmiş, möhtəşəm bir tədbir keçirilmiş,tələbələri təbrik etmiş, onların hər birinə şəxsən özü hədiyyələr də vermisdi.Bütün bunlar gənc nəslə göstərilən inam və qayğı idi.
      Ulu öndər uşaqları da çox sevirdi.Bayram şənliklərində həmişə uşaqların arasında olurdu.Hətta onlarla rəqs edirdi.Uşaqlar da onu çox sevirdi.Ulu öndər söyləyirdi ki, uşaqlar bizim gələcəyimizdir.
      Heydər Əliyev müəllim sənətinə və əməyinə çox yüksək qiymət verirdi.Söyləyirdi ki,bizim həyatımızda müəllimlik ən hörmətli peşədir. Müəllimə hamı hörmət edir və etməlidir.
      İndi biz müəllimlər Ulu Öndərin hər sözündən,kəlməsindən,saatlarla səlis danışığından nümunə götürurük.Şagirdlərimizə də bunları nümunə göstəririk.Mən özüm dərslərimdə və şagirdlərlə söhbətlərimdə onun atalar sözü kimi səslənən aforizmlərindən istifadə edirəm:”Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa,o insan mənəviyyatsızdır.” ”Bizim hamımızın bir vətəni var bu,Azərbaycan”,”Biz bir millət,iki dövlətik-Azərbaycan, Türkiyə.” və s.
Bu gün Heydər Əliyev aramızda yoxsa da,onun arzuları yaşayır.Onun arzularını həm Ulu Öndərimizin,həm də Azərbaycan xalqının igid oğlu İlham Əliyev davam etdirir.
Ata ocağından köz götürübdür,
Büdrəmək bilməyən iz götürübdür.
Zəka nəhəngindən söz götürübdür,
Dünyanı salıbdır heyrətə İlham.
Ata nə əkibsə,biçəsi olub,
Hər oddan,alovdan keçəsi olub,
Nə gündüzü,nə də gecəsi olub,
Ömrünü həsr edib dövlətə İlham.

Hazırladı: Kürdəmir şəhər 4 saylı tam orta məktəbin Biologiya müəllimi Umudova Arzu. 









292 32

Şərhlər

Oxşar xəbərlər