Azərbaycan xalqı qədim dövlətçilik ənənələrinə malik xalqdır
1-05-2023, 09:31
56 139

Azərbaycan xalqı qədim dövlətçilik ənənələrinə malik xalqdır

TehsilForumu.Az təqdim edir.

Azərbaycan xalqı qədim dövlətçilik ənənələrinə malik xalqdır. Hələ ta qədimlərdən bu torpaqlarda mövcud olmuş Manna, Atropatena, Albaniya, Girdman,
Şirvanşahlar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi dövlətlərdən bu ənənələr bizə miras qalıb. Hər əsrdə bir tarixi sərkərdəyə sahib olan xalq kimi tarix səhnəmizdə Ümummilli lider, Müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin misilsiz rolu vardır.
  1969-1982-ci və 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik edən Ulu Öndərimiz, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev dövlətçiliyimizin qorunması, milli mənəvi dəyərlərimizin inkişafı, ölkədə quruculuq işlərinin aparılması və s. kimi böyük işlərə imza atmışdır. Hələ 1978-ci ildə qəbul olunan Azərbaycan SSRnin 3-cü konstitusiyasına dövlət dilinin Azərbaycan dili elan edilməsi maddəsi Heydər Əliyevin təşəbbüsü idi. O illərdə Nizami Gəncəvi irsinin yenidən öyrənilməsi, Aşıq Ələsgərin, Aşıq Alının yubileylərinin keçirilməsi, Şuşada Molla Pənah Vaqifin məqbərəsi, Xurşidbanu Natəvanın heykəli, Üzeyir Hacıbəyli və Bülbülün ev muzeylərinin açılması milli-mənəvi dəyərlərimizin təbliği üçün atılan addımlar idi.
  1991-ci il 18 oktyabrda Azərbaycanın müstəqilliyi yenidən bərpa olunanda ölkədə siyasi vəziyyət mürəkkəb idi. Qısa müddətdə hakimiyyət dəyişiklikləri, AXC-Müsavat cütlüyünün səriştəsiz rəhbərliyi dönəmində Qarabağda fəallaşan ermənilər bir-birinin ardınca torpaqlarımızı işğal etməyə başladılar. Torpaq uğrunda Qarabağda gedən döyüşlər ərəfəsində isə Bakıda hakimiyyət üstündə çəkişmələr gedirdi. Hələ bu azmış kimi 1993-cü ilin iyun ayında baş verən Gəncə qiyamı siyasi vəziyyəti çətinləşdirən
son damla oldu. Belə bir gərgin ortamda xalq çarəni Ümummilli liderdə gördü. Ona yönələn ümid dolu baxışlar, hələ yenicə gözlərini açan körpə uşaq kimi qayğı gözləyən, yenidən müstəqilliyini qazanmış bu dövlət, öz başçısına qucaq açmışdı. 1993-cü ilin iyun hadisələri zamanı xalqın tələbi ilə Bakıya gələn Heydər Əliyev siyasi bacarığı sayəsində ölkəni bataqlıqdan xilas etdi. XalqRəhbər birliyi o gün öz sözünü dedi.15 iyun Milli Qurtuluş Günü kimi tarixə yazılan o böyük gün uzaqgörən dövlət xadiminin ölkəni bu çətin vəziyyətdən qurtarması ilə nəticələndi.
  1993-2003-ci illərdə ölkəyə rəhbərlik etdiyi dövrdə prezident Heydər Əliyev bütün sahələri əhatə edən geniş islahatlar keçirərək tez bir zamanda Azərbaycanı siyasi arenaya tanıtdı. Neft strategiyası, Qarabağ münaqişəsinin həlli yolunda atılan addımlar, əhalinin rifahı, Azərbaycanı dünyada hüquqi dövlət kimi tanıtmaq üçün etdiyi xarici səfərlər, elm, mədəniyyət, təhsil, idman, iqtisadi, siyasi məsələlər üzrə gördüyü işlər onun necə müdrik bir siyasətçi, qayğıkeş dövlət başçısı, xilaskar rəhbər olmağından xəbər verirdi. Kiçikdən böyüyə rəğbət və iftixar hissi ilə əhatələn dövlət başçısı xalqın sevgisindən bəhrələnərək ölkəni siyasi arenalarda təmsil edir, dövlətimizin maraqları çərçivəsində çıxış edərək müxtəlif sahələrdə uğurla öz sözünü deyirdi. 1996-cı ildə "Aqrar islahat haqqında" qanunla Azərbaycan kəndlisi pulsuz torpaqla təmin olundu. Ölkənin günü-gündən inkişafı, əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, uğurlu neft strategiyası Ulu Öndərin apardığı daxili və xarici siyasətinin təzahürü idi.
Azərbaycan bayrağının siyasi arenalarda məğrurcasına dalğalanması, xalqın rəhbərlə birgə səyi, birliyin nümayişi, Azərbaycan üçün çalışmaq, o adı daim yüksəklərə qaldırmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Ulu Öndərin söylədiyi "hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam" fikri müdrik bir kəlama çevrilib və bu kəlam hər bir azərbaycanlının damarında qan kimi dolaşır.
  Bir haşiyəyə çıxmaq istərdim. Mən Ulu öndərimiz haqqında youtube platformasında bir çox videolar izləmişəm. Çox sevirəm onun səmimi, içdən olan, sadə vətəndaş kimi verdiyi müsahibələrini. Ən çox xoşladığım isə "Küçələrə su səpmişəm" ifasıdır. Hələ "El bilir ki, sən mənimsən" şeirini deyərkən kövrəlməsi, səsinin titrəməsi... Torpağa, vətənə bağlılığın təcəssümü idi o titrək səslə məğrur şeir ifası. Bu cür səmimi, mehriban, vətəninə, xalqına bağlı rəhbərimizin olması qürurvericidir.
  Ruhun şad olsun, böyük düha!

Səfərova Aynur Mirzağa qızı. 149 nömrəli tam orta məktəb
4792 384

Şərhlər

Oxşar xəbərlər