Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Riyaziyyat,İnformatika və Təbiət fənlərinin görüşü” adlı bilik yarışması keçirilmişdir.
7-05-2023, 07:17
795

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Riyaziyyat,İnformatika və Təbiət fənlərinin görüşü” adlı bilik yarışması keçirilmişdir.

TehsilForumu.Az xəbər verir ki , Göyçay şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın ulu öndər H.Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Riyaziyyat,İnformatika və Təbiət fənlərinin görüşü” adlı bilik yarışması keçirilmişdir.

5 may 2023-cü il tarixində Göyçay şəhər İnteqrasiya təlimli internat tipli Gimnaziyada Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş bilik yarışı keçirilmişdir.Tədbirdə Gimnaziyanın rəhbər və pedaqoji heyəti,şagirdlər iştirak etmişlər.
 Tədbirin başlanğıcında müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli idarəçilik sistemi haqqında ətraflı məlumat verilib.Ümumilli liderin elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşdığı qeyd olunub.Yarışda VI , VII , VIII sinif şagirdlərindən ibarət dörd komanda öz bilik və bacarıqlarını nümayiş etdirdi.Fasilələrdə şagirdlərin riyaziyyat,informatika fənlərinə aid hazırladıqları səhnəciklər,musiqi töhvələri hər kəsin zövqünü oxşadı.
Gərgin mübarizə sonunda “Lütfizadə” komandası qalib gəldi.Gimnaziyanın direktoru Sərvət Ağayev qalib gələn şagirdləri Fəxri Fərmanla mükafatlandırdı.Tədbirin təşkilatçıları informatika müəllimi Hacıyeva Şəhla,riyaziyyat müəllimləri Hacıyeva Fidan,Məmmədova Şəlalə qalib gələn şagirdlərə hədiyyələr təqdim etdilər.
Şagirdləri təbrik edir,uğurlarının davamlı olmasını arzulayırıq!








15 3

Şərhlər

Oxşar xəbərlər