Heydər Əliyev yeni müstəqil Azərbaycanın banisi və qurucusudur.
1-05-2023, 08:57
1 424

Heydər Əliyev yeni müstəqil Azərbaycanın banisi və qurucusudur.

TehsilForumu.Az təqdim edir.

Azərbaycan xalqının əvəzsiz lideri, dünya siyasət səhnəsinin ən görkəmli nümayəndələrindən biri olan Heydər Əliyev hələ 1993 –cü ilin 15 iyununda Milli Məclisin iclasında ölkə parlamentinin başçısı seçilərkən demişdir :” Azərbaycan Respublikasının bugünkü ağır,mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Azərbaycan xalqının tarixi nəaliyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi , inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm.Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da başına nə gəlirsə gəlsin müstəqilliyini itirməyəcək,heç bir dövlətin tərkibinə daxil olmayacaq,heç bir dövlətin əsarəti altına düşməyəcəkdir.”
Həmin sözlər deyilərkən ölkəmiz ağır günlərini yaşayırdı . Azərbaycan Vətəndaş müharibəsi ərəfəsində idi.Qanımız bahasına əldə etdiyimiz müstəqillik isə təhlükə altında idi. Xalqın təkidi ilə Heydər Əliyevin Bakıya dəvəti və hakimiyyətə qayıdışı yaranmış ağır vəziyyətdən çıxışa yol açdı. Əllərdə oyuncağa çevrilmiş silahlar yığışıldı. İnsanların bir – birinə yad münasibətilərinə son qoyuldu.
Soyğunçuluq,talançılıq dayandırıldı. Cinayətkarlar məsuliyyətə cəlb edildi. Hüquqi dövlətin əsası qoyuldu. Bütün bunlara nail olmaq üçün böyük zəka və tükənməz enerji sərf etmək lazım gəldi.
Bugünkü sabitliyin, quruculuq işlərinin ,demokratiya sahəsində əldə olunan nəailiyyətlərin hamısı məhz böyük Prezidentimizin – Heydər Əliyev cənablarının adı və fəaliyyəti ilə bağlıdır.
Heydər Əliyev öz xalqı qarşısında övladlıq borcunun məsuliyyətini dərk edərək onun çağırışını cavabsız qoymadı. Millətin ağır günündə xilaskar kimi siyasi səhnəyə qayıdaraq ona olan etimadı yüksək səviyyədə doğrultdu. Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq yolunda böyük işlər gördü. Bu işlərdən biri də Dağlıq Qarabağ münaqişəsinin nizama salınması oldu. Atəşkəs imzalandı,ölkədə iqtisadi islahatların keçirilməsinə şərait yarandı. 18 oktyabr 1991 – ci ildə Konstitutsiya aktı qəbul edildikdən sonra Azərbaycanın başına gələn fəlakətdən,onu parçalanmadan ,vətəndaş müharibəsi təhlükəsindən möhtərəm prezidentimiz Heydər Əliyev xilas etdi. Məhz onun qüvvə, bacarıq və səyi nəticəsində Azərbaycan öz müstəqilliyini qoruyub saxladı.
Əldə edilən müstəqillik heç də ucuz başa gəlmədi.20 Yanvar , Qarabağ müharibəsi,Xocalı....nə qədər mübariz,igid oğullarımızı itirdik.Azərbaycan dövlət müstəqilliyinin möhkəmləndirilməsi və demokratik hüquqi dövlətə çevrilməsi sabit və sosialyönümlü iqtisadiyyatın yaradılması,insanların müstəqil dövlətçilik ətrafında birləşdirilməsi lazım idi. Bütün bunlar dahi prezidentimizin rəhbərliyi ilə həyata keçırildi. Onun sayəsində millətimizin,xalqımızın itirilmiş inamı,etibarı özünə qaytarıldı.Milli hislər dirçəldi.Azərbaycan Avropa Şurasına daxil edildi., bununla da müstəqil,suveren,demokratik dövlət kimi tanındı. 20 mart 2000-ci il tarixində Prezidentimiz Azərbaycan Respublikasının dövlət müstəqilliyinin ildönümü haqqında fərman imzaladı. 28 may 2001-ci ildə müstəqilliyimizin on illik yubileyi təntənəli surətdə qeyd edildi.
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və demokratik hüquqi ,dünyəvi,unitar dövlət kimi Azərbaycanın güclü,qüdrətli ,nüfuzlu ölkəyə çevrilməsi sabit və sosialyönümlü iqtisadiyyatın yaradılması ,insanların müstəqil dövlətçilik ətrafında birləşdirilməsindən ibarətdir.Heydər Əliyev qonşu dövlətlərlə də əlaqələri bərpa etdi.Dahi şəxsiyyət,böyük insan,ulu öndərimiz Heydər Əliyevin fəaliyyəti Azəbaycanın hüdudlarından çox-çox uzaqlara çıxaraq dünyada layiqincə qymətləndirilir.
Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezidentimiz İlham Əliyev cənabları Qarabağı azad etməklə bir daha Azərbaycan xalqının gücünü,güclü siyasətini dünyaya sübut etdi.

Əliyeva Şəhrun Rövşən
Sabunçu rayonu Maştağa qəsəbəsi 255 nömrəli tam orta məktəb, ibtidai sinif müəllimi  


44 7

Şərhlər

Oxşar xəbərlər