"Heydər Əliyev və onun təhsilimizə verdiyi dəyər".
26-02-2023, 15:19
712

"Heydər Əliyev və onun təhsilimizə verdiyi dəyər".

TehsilForumu.Az - Heydər Əliyev.Bu ad bu gün bu torpaqda gəzən,bu vətənin havasını udub,suyunu içən,bu ölkənin hər bir vətəndaşına tanışdır,doğma və əzizdir.Bu ad bizə sadəcə bir dövlət başçısının adını ifadə etmir.Əgər biz indi  müstəqil,demokratik bir ölkədə yaşayırıqsa,ordumuz güclüdürsə,körpələrimiz hər gün silah səsləriylə açılan səhərə gözlərini açmırsa,uşaqlarımız tankların əzdiyi şəhərlərdə oynamırsa,hər bir şagird təmirli,işıqlı,təmiz sinif otaqlarında təhsil ala bilirsə,bu ölkənin hər bir vətəndaşının haqqı,hüququ qorunursa,ölkəmizdə söz,fikir dil,din,peşə azadlığı varsa,qadınlarımızda kişilərlə birgə,heç bir şeydən qorxmadan,çəkinmədən,çiyin-çiyinə verib çalışa bilirsə,analarımız könül rahatlığıyla övladlarını vətənə xidmətə göndərə bilirsə,bir gənc bu gün ölkəmizdə qərəzsiz,inanc,din,dil,milliyyət,irq,irs fərqi qoyulmadan təhsil ala bilirsə-bunların tamamını biz bu ada borcluyuq.Heydər Əliyev bugün həyatda olmasa da,özündən sonra onun adını sonsuz minnətdarlıq hissi ilə yad edən möhtəşəm gənclər və gənclik miras qoymuşdur.Bəs bunun səbəbi nə idi?
   Heydər Əliyevin təkcə uğurlu siyasətçi,dahi lider,bacarıqlı dövlət başçısı və ziyalı olması deyildi.Bunun səbəbi bizim şanslı millət olmağımız idi.Çünki siyasi və ictimai mühitin qarışıq,çəkişməli dövründə,etiraf etməliyik ki,cəmiyyətimizin ən önəmli məsələləri sırasında təhsil yox idi.Səbəbi isə o idi ki,müharibə görmüş,şəhid vermiş,bir tərəfdən müstəqillik yolunda ilk addımlarını atmağa çalışan,gələcək aqibəti hələ tam bəlli olmayan,maddi,mənəvi,psixoloji cəhətdən ayaqları üstündə dayana bilməyən insanlara təhsil o qədər də maraqlı deyildi.Amma yüz ildə bir yetişən əsrarəngiz insanlar vardır ki,onlar möhtəşəm qabaqgörənliyi,hərtərəfli bilikləri və əhatəli dünyagörüşü ilə milyonlarla insanın belə görmədiyi şeyləri görər,qüsurları aşkar edər və onları aradan qaldırmaq üçün bütün gücünü səfərbər edər.Biz çox şanslı idik.Ona görə ki,belə əsrarəngiz liderlərdən biri bizim insanımız,bizim canımız,bizim qanımız,bu müqəddəs torpağımızın yetişdirdiyi oğullardan biri-Heydər Əliyev idi.Bəli Heydər Əliyev bu millətin uzun işğal,müharibələr,siyasi qalmaqallar,hərc-mərclik,çətin,ağır günlərindən sonra başına gələn ən möhtəşəm hadisəydi.Bəli.Möhtəşəm hadisə adlandırdım.Niyəmi?Çünki belə hərtərəfli,əzmkar,güclü iradəyə sahib və dahi liderin yetişməsi haqqında illərlə danışılası hadisə ola bilər ancaq.
   Təsadüfi deyil ki,Heydər Əliyevdə bu potensialı görənlər,onun öhdəsinə verilən bütün işləri yüksək səviyyədə reallaşdırdığını da bilirdilər.Bu səbəbdəndir ki,1983-cü ildə SSRİ-də məktəb islahatını da Nazirlər Soveti sədrinin birinci müavini kimi ona tapşırmışdılar.Biz onu da çox gözəl bilirik ki,Ulu Öndər bu işin öhdəsindən layiqincə gəldi.
   Ümumilli liderimiz 1993-cü ilin iyun ayında Bakıya qayıdanda ən çox diqqət ayırdığı məsələlərdən biri təhsil sistəminin yaxşılaşdırılması ilə bağlı oldu.O bu qədər qarışıq dövrdə təhsilimizə himayədarlıq etdi,onu diqqətdən kənar qoymadı.Onun təhsil sahəsində qanunverici bazanın formalaşdırılması,təhsil konsepsiyasının hüquqi əsaslarının yaradılmasını qarşısına məqsəd qoyması 1999-cu ilin iyununda "Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı"nın imzalanması ilə nəticələndi.Bu proqramla ölkəmizdə beynəlxalq standartlara uyğun,həm milli təhsil ənənələrinə sadiq təhsil sisteminin yaradılması təmin edildi.
   Dahi liderimizin vətəninə,onun dilinə olan məhəbbəti bir daha 1978-ci ildə sübut olundu.1978-ci ildə Azərbaycan SSR-in Konstitusiya layihəsi qəbul edilərkən Azərbayvan dilinin ana dili kimi təsbitlənməsi də Heydər Əliyevin,onun cəsarətinin Azərbaycan dilinə ürəkdən bağlılığının l,sevgisinin gözlə görülür təzahürü idi.
Müasir Azərbaycanın qurucusu,dahi şəxsiyyət Heydər Əliyevin bir çıxışında izlədim.O deyirdi:"Hər kəs öz həyat yoluyla məktəbin,müəllimin insanın həyatında nə kimi rolu olduğunu bilir və qiymətləndirməlidir.Mən isə həmişə həyatımda bütün varlığımla,keçdiyim həyat yoluyla məktəbə borcluyam,müəllimə borcluyam."
Digər bir çıxışında öz təhsilini rus dilində almasına,yüksək vəzifələrdə rus dilində işləməsinə,həyatında rus dilinin aparıcı rol oynamasına baxmayaraq,Azərbaycan diliylə heç bir dili yan-yana qoya biləməyəcəyini deyir.Ulu öndərimiz deyir ki,mənim üçün Azərbaycan dili hər şeydən əzizdir.Bir millətin milliliyini saxlayan onun dilidir.Cümlələrin hər kəlməsindən hiss etdiyim duyduğum tək bir şey var.Bu sözləri deyən bir insanın vətənini,millətini necə sevməsi,ürəkdən bağlılığı və millətinin gələcəyinə necə ürək yandırmasıdır.
  Hər kəsin ağlında belə bir sual yarana bilər.Saysız-hesabsız liderlər gəlib-getmiş bu dünyadan.Bu liderlərin tamamımı millətinə,vətəninə,torpağına,insanına belə can yandırmış,onların təhsilinə himayədarlıq etmiş,cəmiyyətin parlaq gələcəyi üçün yolu təhsildən keçən möhtəşəm bir zamin yaratmışdır?
Bir an belə düşünmədən cavab verirəm-Əsla yox.
Qeyd etdiyim kimi,biz çox şanslıyıq ki,bizi,cəmiyyətimizi,təhsilimizi quyunun dibindən çıxarıb yüksəkliklərə qaldıran öndərimiz var idi.Bəs mənim millətimin təəssübkeş öndəri niyə təhsilə bu qədər önəm verirdi ?Çünki mənim öndərim çox gözəl anlayirdi ki,bir milləti irəliyə aparan yeganə önəmli faktor,aparıcı qüvvə təhsil idi.Çünki mənim öndərim bilirdi ki,bir cəmiyyətdə təhsil səviyyəsi aşağıdırsa ,orada heç bir sahədə heç bir tərəqqidən söhbət belə gedə bilməz.Çünki mənim dahi liderim bilirdi ki,təhsilsiz gənclər təhsilsiz cəmiyyət və qaranlıq bir gələcəkdir.
Baxın ,bir ölkənin başında duran ən vacib fiqur,önəmli şəxsiyyət o ölkənin təhsilinə,gənclərinin savadlanmasına və ən əsası vətəninin müəlliminə,müəllim adını daşıyan o uca,şərəfli adın daşıyıcılarına bu qədər dəyər,önəm verirsə,o ölkədə təhsilin inkişafı,təhsil səviyyəsinin yüksəlməsi bu dəyərin gözlənilməz sonluğu,nəticəsi idi.
Təhsil millətin gələcəyidir.Bu dəyərli sözlər təhsilimizin himayədarına aiddir.Bu cümlə bir siyasətçinin təkcə təhsilə verdiyi dəyəri göstərmir,həmçinin Ulu öndərimizin uzaqgörən siyasətçi olduğunu,dilimizə nə dərəcədə hakim olmasını,vətən,millət təəssübkəşliyini,öz ölkəsini inkişaf etmiş ölkələr sırasında ön pillələrdə görmək arzusunu və bunun üçün necə qətiyyətlə çalışıb əməli addımlar atdığını,özündən sonrakı dövlətimizin başında duran varislərinə dövlət siyəsətlərinin əsas xəttinin nəyin təşkil edəcəyini öyrətməsi deməkdir.Təhsil bir millətin inkişaf etməsində başlıca rol oynayan amillərdən ən əsasıdır.Təhsil bir uşağın layiqli övlad kimi yetişdirilməsi,bir övladın xarakterli,dünyagörüşlü,şərəfli,vicdanlı bir gənc kimi böyüməsi,bir gəncin kamil bir insan olma yolunda uğurla addımların atması və nəticədə bir ölkənin uğurlu gələcəyə,tərəqqiyə,zəfərlərə dogru gedən yolunda-onu öz təhsili,elmi,zəkası ilə təmsil edəcək,adını qürurla daşıya biləcək vətəndaslarin yetişməsi deməkdir.Lakin bir şeyi də qeyd edim ki,güclü insanları güclü valideynlər yetişdirə bilər.Güclü valideyn olmağın tək bir yolu vardır-bu yolda elm,təhsil yolundan keçir.
Bir nüansa da diqqət yetirək ki,bir ölkənin ağ xələtli həkimini də,fədakar müəllimini də,əzmkar hüquqşünasını da,duyğusal yazarını,peşəkar mühəndisini,təcrübəli sürücüsünü,dənizin dalğalarıyla boğuşan neftçisini,alın təriylə pulunu qazanan zəhmətkeş ustasını da,cəsur polisini,igid əsgərini,savadlı və millətini sevən millət vəkilini və hətta dövlət başçısını da məktəb və müəllim yetişdirir.Bu səbəbdəndir ki,Heydər Əliyev qazandığı iş və şəxsi həyat yolundakı bütün uğurlarını məktəb və müəllimə borclu olduğunu qeyd etmişdir.O ,müəlliminin dəyərini anlayan,onu layiq olduğu şərəfə ucaldan bir şəxsiyyət idi.
Müəllimin dəyəri bilinməyən bir cəmiyyət məhv olunmağa məhkumdur.Heydər Əliyevin təhsillə bağlı əksər çıxışlarında da bu məsələnin əhəmiyyətini vurğuladığını görə bilərik.
Ümumilli lider elmə,təhsilə yüksək qiymət verməklə yalnız ölkəsinin təhsil sahəsinin yox,həm də ölkənin iqtisadi və mədəni yüksəlişini təmin edir və mədəniyyətə böyük töhfə vermişdir.
Rahatlıqla deyə bilərik ki,Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan möhtəşəm tarixi mərhələ bugünkü Azərbaycan elminin inkişaf dövrünün başlanğıcı sayılır.
Heydər Əliyev azərbaycanlı olduğu ilə fəxr etdiyi kimi bizdə qürur duyuruq ki,bizim Heydər Əliyev kimi təhsilə,elmə,məktəbəm,müəllimə yüksək dəyər verən dahi liderimiz olub.
                                                  
                   Günel Fateh

0 0

Şərhlər

Oxşar xəbərlər