Müjdə! - Müəllimlərə maaşdan əlavə 100 manat ayrıla bilər - AÇIQLAMA
15-06-2023, 14:03
5 528

Müjdə! - Müəllimlərə maaşdan əlavə 100 manat ayrıla bilər - AÇIQLAMA

Keçmiş təhsil naziri Firidun Cəlilov AzEdu.az- a müəllimlərin sosial şəraitlərinin yaxşılaşdırılmasından danışıb. O qeyd edib ki, nazir olduğu dönəmdə müəllimlərin maaşını yüksəltdiblər:

 

 

"Müəllimləri kommunal xərclərdən azad etdik. Onlar işıq, su və qaz pulu ödəmirdilər. Belə köməklikləri edirdik. Bu addımdan sonra müəllimliyə gələnlərin sayı artırdı. Bu peşəyə diqqət artdı. Dəfələrlə demişəm müəllimlərin reputasiyasını artırmaq üçün ciddi islahatlar lazımdır".
Bu açıqlamadan sonra hazırda da müəllimlərin kommunal və nəqliyyat xərclərindən azad edilməsi məsələsi gündəmə gəlib. Bu məsələnin reallaşması üçün Azərbaycanın iqtisadi qüdrətinin yetərli olub-olmamasını öyrənmək üçün iqtisadi-ekspert Natiq Cəfərli ilə əlaqə saxladıq.

Natiq Cəfərli: "“Media haqqında” qanuna etiraz edən deputatı ictmai müzakirəyə dəvət etmirlər"

 

TehsilForumu.Az xəbər verir ki, bildirdi ki, müəllimlərə sözügedən xərclərin qarşılanması üçün dövlət büdcəsindən maaşdan əlavə ödəniş olunmaldır:“Dünya görüşümə və iqtisadi təcrübəmə əsasən deyə bilərəm ki, maaş artımı bu məsələ üçün daha məqsədəuyğundur. Əhali kateqoriyalarına güzəştlər veriləndə bu, bir az Sovet İttifaqının yanaşmasına bənzəyir. Bu da sonradan həm iqtisadi, həm də sosial cəhətdən ciddi problemlərə zəmin yarada bilər.

 

Güzəştlər kateqoriyası yarananda həmin dövlət orqanlarında - "Azərişıq", "Azərsu", "Azəriqaz" bundan istifadə edib, başqa kateqoriyalara tətbiq etməyə çalışırlar və bu güzəştlər korrupsiya mənbəyinə çevrilir. Ondansa, maaş artımı daha doğrudur. Ya onların əmək haqları yüksəldilməli, ya da o qədər əlavələr edilməlidir ki, müəllimlər o kommunal xərcləri qarşılaya bilsinlər. Müəllimlərə kommunal və nəqliyyat xərcləri üçün ayrıca vəsaitin ödənilməsi də məntiqli olar. Ölkədə 270 minə yaxın təhsil işçisi var.

 

Səhv etmirəmsə, bu rəqəmin 70 faizini orta ümumtəhsil müəssisələrində çalışan müəllimlər təşkil edir. Onlara sözügedən xərclərin qarşılanması üçün maaşdan əlavə 100 manat ayrılması dövlət büdcəsi üçün yük olmaz, amma bu, müəllimlər üçün kifayət qədər dəstək ola bilər”.

 
21 2

Şərhlər

Oxşar xəbərlər