"Evdə iki uşağına baxa bilməyənlər müəllimi qınayır"
16-06-2023, 11:00
4 527

"Evdə iki uşağına baxa bilməyənlər müəllimi qınayır"

"Hər birimiz haqlı olaraq mövcud təhsil sistemindən, təhsilin idarə olunmasından, keyfiyyətindən narazıyıq. Amma bu narazılığın günahkarı kimi yalnız müəllimi, xüsusilə ibtidai sinif müəllimini görmək doğru deyil".

TehsilForumu.Az xəbər verir ki , Bunu açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, heç bir təhsil sisteminin gücü, keyfiyyəti onun müəlliminin biliyindən yüksək deyil:

"Gün ərzində iki ibtidai sinif müəlliminə valideynlər tərəfindən qızıl zinət əşyasının hədiyyə edilməsini əks etdirən videoları çox insan mənə yollayıb. Sizi əmin edirəm ki, o müəllimlərin heç biri bunun təşəbbüskarı deyil. Müəllimi qınamaq olmaz demirəm, qınaq obyektinə çevrilməli o qədər müəllim var ki. Şagirdlərindən parta yerinə görə pul alan, yanına hazırlığa gəlmədiyi üçün şagirdinə psixoloji təsir göstərən, qiymətini kəsən, dərsi bazara döndərən o qədər yetərincə müəllim var. Amma yaxşılar da var, özü də çox var".

Kamran Əsədov müəllimləri müdafiə edərək bunları qeyd edib:

"Siz müəllimlik indi nə qədər çətindir, bilirsinizmi? O aktyorluq edib, selfi edənləri demirəm. Siz müəllimliyin nə qədər fiziki, psixoloji, mənəvi, maddi çətin olduğunu bilirsinizmi? Siz müəllimlərin neçə faizinin ehtiyacı ucbatından banklara kredit borcu olduğunu bilirsinizmi? Qınamayın müəllimi. İnanın ki, bu gedişlə qınamağa bir müəllim də tapa bilməyəcəksiniz. Evdə iki uşağına baxmaqda çətinlik çəkənlər 42 uşağa 45 dəqiqə ərzində baxan və buna görə də aldığı maaşı yol puluna çatmayan müəllimi qınayır".
51 0

Şərhlər

Oxşar xəbərlər