"Müəllimlərimizi Tanıyaq" - Toğrul Baxşəliyev
19-10-2023, 12:54
1 168

"Müəllimlərimizi Tanıyaq" - Toğrul Baxşəliyev


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Toğrul Baxşəliyev haqqında danışacağıq.

Baxşalıyev Toğrul Zakir oğlu 30 Dekabr 1997-ci ildə Azərbaycan Respublikası Ağdaş rayon Aral bir kəndində anadan olmuşdur. 
15 sentyabr 2004-cü ildə həmin kəndin tam orta məktəbinə daxil olmuş və 30 May 2015-ci ildə həmin məktəbi xüsusi fərqlənmə ilə bitirmişdir. 
15 Sentyabr 2015-ci ildə Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsində ingilis dili və ingilis dili müəllimliyini peşəsinə daxol olmuşdur. 
15 iyun 2019-cu ildə həmin Universitetin məzunu olub və həmin il də hərbi xidmətə yola düşmüşdür. Hərbi xidməti 15 iyun 2020-ci ildə başa vurmuş, 15 sentyabr 2021-ci ildə Ağdaş rayonu Cüvə kənd tam orta məktəbinə Miq imtahanından keçərək müəllim kimi işə başlamışdır. Həmin ildə əlavə iş yeri kimi Ağdaş rayonu Aral bir kənd orta məktəbinə müəllim təyin olunur. 
15 Sentyabr 2022-ci ildə Ağdaş Dövlət Humanitar kollecinə və Ağdaş rayon Pirəzə kəndinə müəllim olunmuşdur..
Hal hazırda Ağdaş Dövlət Humanitar kollecində işləyir. Ağdaş rayonu Region kurslarında ingilis dilində repititor kimi fəaliyyət göstərir.
Təkmilləşmə, Abuturiyent hazırlığı, Magistratura dərsləri, Miq və Sertifikatsiya dərslərini tədris edir. İngilis dilində Təlimçi kimi fəaliyyətində "müəllimlərin müəllimi" adlı sertifikat verilir. 
Danışıq dərslərinin ən qısa zamanda öyrənilməsi üçün " Oxford" təhsil metodunu Ağdaşa gətirir. Bununla yanaşı bir çox ölkələrdən hər ay bir xarici müəllimi canlı dərslərə dəvət edir və bu sektorda uğurla irəliləyir. Ən qısa zamanda müəllim olmaqla yanaşı özəl sektorlarda tərcüməçi kimi də fəaliyyət göstərir. 2022-ci ildə Göyçay Xəzər kurslarından dəvət alaraq orada da abituriyent hazırlıqları ilə məşğul olur. 
7 oktyabr 2023-cu ildə Dövlət İmtahan mərkəzinə marker müəllim kimi təyin olunur. 2019-cu ildən bu yana Azərbaycanın müəyyən bölgələrində Online platforma ilə ingilis dilini tədris edir.
13 0

Şərhlər

Oxşar xəbərlər