Milli Məclisin Təhsil haqqında qanuna etdiyi əlavə və dəyişikliklər. İlkin oxunuşda qəbul edilib.
13-05-2023, 18:21
8 837

Milli Məclisin Təhsil haqqında qanuna etdiyi əlavə və dəyişikliklər. İlkin oxunuşda qəbul edilib.

Milli Məclisin Təhsil haqqında qanuna etdiyi əlavə və dəyişikliklər.
İlkin oxunuşda qəbul edilib.

Məktəblərdə 60 və daha yuxarı yaşda olan müəllimlərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq. 

 Əgər müəllim yüksək əməkhaqqı arzu edirsə və 65 yaşdan sonra müqaviləsinin mövcud qaydalara uyğun artırılmasını istəyirsə, sertifikasiyada iştirak edib müsbət nəticə əldə etməlidir. 

 Sınaq məqsədi ilə iştirak etmək mümkün deyil. Əgər iştirak edib keçməyən müəllimlərə bir il sonra təkrar şans veriləcək. Əgər bir sonra da minimum keçid balını toplamasa, onunla bağlanmış müqaviləyə xitam verilir və o işdən azad edilir  

Məktəblərdə ilk dəfə işə qəbul olunan müəllimlər 3 il sertifikatlaşdırmadan keçməyəcəklər.

Bu müddət əvvəl 5 il idi, indi azaldıldı. Amma düşünürəm ki, Müəllimlərin işə qəbulu imtahanı sertifikasiya imtahanı ilə eyniləşdirilməli idi. Çünki yeni işə qəbul edilən müəllimlərin artımla əməkhaqqı alması üçün 3 il gözləməsi doğru deyil. 

 Bağça müəllimləri sertifikatlaşdırmadan keçəcək.

Təhsilin olub-olmadığından asılı olmayaraq, baxçada çalışan müəllim-tərbiyəçilərin hər biri sertifikasiyada iştirak edəcək. 
Onların sertifikasiyada iştirak etməsi məcburidir. Onlar əgər ilk sertifikasiyadan keçməsə, onlara növbəti il bir də şans veriləcəkdir. Amma bu dəfə də keçməsələr, onlarla bağlanmış müqaviləyə xitam verilir və onlar işdən azad edilir.

Hələ təsdiq edilməyib.
15 2

Şərhlər

Oxşar xəbərlər