Məktəbəhazırlıq və ibtidai siniflərdə əlavə yaz tətili başlayır
26-04-2024, 06:33
203

Məktəbəhazırlıq və ibtidai siniflərdə əlavə yaz tətili başlayır

“Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, mayın 1-dən dövlət ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə dövlət məktəbəhazırlıq qruplarında və ibtidai siniflərində əlavə yaz tətili başlayır.

 
TehsilForumu.Az - a verilən məlumata görə bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib. Məlumatda qeyd olunub ki, tətildən sonra ilk dərs günü 6 may tarixində olacaq.
0 0

Şərhlər

Oxşar xəbərlər