9 şagird XI sinif buraxılış imtahanında maksimum bal (100 bal) toplayıb....
8-04-2024, 13:50
1 539

9 şagird XI sinif buraxılış imtahanında maksimum bal (100 bal) toplayıb....

TehsilForumu.Az - a verilən məlumata görə Bakı şəhəri Elçin Qaranzadə adına 270 nömrəli tam orta məktəbin 9 şagirdi XI sinif buraxılış imtahanında müxtəlif fənlər üzrə maksimum bal (100 bal) toplayıb."Azərbaycan müəllimi" qəzeti xəbər verir ki, təhsil aldıqları məktəbə başucalığı gətirən şagirdlərdən Telman Azad oğlu Ağayev, Gülçöhrə Cəfər qızı Həşimzadə, Zeynəb Kamil qızı Mamedzadə, Təyyar Namik oğlu Mustafayev, Məryəm Məhərrəm qızı Məmmədli, Dilarə Hikmət qızı Səfərova və Məhəmməd Vüqar oğlu Tağıyev riyaziyyat, Jalə Əkrəm qızı Babayeva Azərbaycan dili, Səbinə Əlibala qızı Məmmədzadə isə ingilis dili fənni üzrə maksimum nəticə (100 bal) göstərib. Sözügedən şagirdlər eyni sinifdə təhsil alırlar.
 
 
Onu da qeyd edək ki, şagirdlərdən Telman Ağayev həm də Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının qalibi olub. 
 
 
Bütövlükdə adıçəkilən məktəbin bu il buraxılış imtahanı verən 112 nəfər XI sinif şagirdindən 30-u 200-dən, 12-si isə 250-dən yuxarı bal toplayıb
1 0

Şərhlər

Oxşar xəbərlər