Təhsil İdarəsi Laçında müəllim işləmək istəyənlərə müraciəti.....
18-11-2023, 07:47
5 435

Təhsil İdarəsi Laçında müəllim işləmək istəyənlərə müraciəti.....

Yaxın günlərdə Laçın rayonunun Zabux kəndində Ə.Məmmədov adına Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayacaq.

 

TehsilForumu.Az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsi məlumat yayıb.

 

Qeyd edilib ki, Laçın rayon Ə.Məmmədov adına Zabux kənd tam orta məktəbində müəllim vəzifəsində çalışmaq istəyənlər üçün məktəbdə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, informatika, coğrafiya, ingilis dili, fiziki tərbiyə fənləri üzrə qeydiyyat prosesi başlayıb.

 

Son qeydiyyat tarixi noybarın 23-dür.

 

Qeydiyyatdan keçmək istəyən namizədlər aşağıda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər: 

ttps://forms.gle/mzshVrBMtppXTWFi7
43 6

Şərhlər

Oxşar xəbərlər