Yaradandan olan payın mübarək
23-04-2024, 15:30
502

Yaradandan olan payın mübarək

     Mücadilələrdən keçən uğur yolu
 Ömrü boyu yol gedirik.Yolun uğurlu olması iki amillə bağlıdır. Qarşına qoyduğun məqsəd, kiminlə, yaxud kimlərə gedəcəksən bu yolu. İlk növbədə səni başa düsən, düz yola istiqamətləndirən, daim sənə dəstək olan İnsanlarla istənilən yolu rahat getmək, uğur əldə etmək mümkündü. Hər kəsin yolunu müəyyən edən Allah, bu yolda ona köməkdə göndərir. Rastına çıxan xeyirhaqq xislətli insanlar sənin mükafatındır. İnsanın niyyəti, xisləti, inamı, etiqatı onu ən yaxşı keyfiyyət göstəricisidir.   Fəaliyyətinə nəzər salmaq  istəyəndə onun insanlığa xas olan ən vacib xüsusiyyətlərini sadalamaq  istəyirik: mübariz, əməksevər, vicdanlı ,xeyirxah, fədakar, bu günü ilə şükr edib sabahını dualar içində açan insan!  İnsani dəyərlər həyatımızın bütün sahələrini tənzimləməklə bizim üçün müəyyən mənada yazılmamış qanunlar, əxlaq kodeksi rolunu oynayır. Həyatsa mübarizədir. TehsilForumu.Az -  Cəmiyyətin tərəqqisi məktəbdən, məktəbin dəyəri isə keyfiyyətli və səriştəli kadr potensialından, ilk növbədə müəllimdən asılıdır. Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyətimiz ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir və onun qarşısında belə bir vəzifə qoyur: Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək pedaqoqların həyata keçirməli olduğu müqəddəs bir vəzifə, ilahi bir missiyadır. Cəmiyyət tərəqqi, inkişaf, mədəni yüksəliş üçün məhz müəllimlərə borcludur. Müəllim hazırlığında elmi nəzri, həm də praktiki xidməti olan Pəri xanım Paşayevanın xidmətləri təqdirə layiqdir.
        1954-cü ildə aprelin 3-də Tovuz rayonunda ziyalı ailəsində anadan olmuş Pəri xanım Paşayeva 1970-ci ildə Tovuz şəhəri A.S.Puşkin adına orta məktəbi müvəffəqiyyətlə bitirmişdir.1976-ci ildə ADPU-nun(keçmiş V.İ.Lenin adına APİ) filologiya fakültəsini bitirmişdir; 2003-cu ildən pedaqogika üzrə fəlsəfə doktoru,2011-ci ildən dosentdir.Əmək fəaliyyətinə 1982-ildən ADPU-nun pedaqoji fakültəsində musiqi fənləri və onun tədrisi metodikası kafedrasında baş laborant; 1994-ci ildə Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasında kabinə müdiri;1996-cı ildən həmin kafedrada müəllim;1998-ci ildə kafedranın dissertantı olmuş;2004-cü ildə "İbtidai siniflərdə fonetikanın tədrisinin elmi-metodik əsasları" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır; 2006-cı ildə baş müəllim;
2011-ci ildə dosent;
2011-ci ildən filologiya fakültəsində dekan müavini vəzivəsində çalışır.Pəri xanım
Universitetin içtimai həyatında fəal iştirak edir.O,Universitetin :-
•Müdafiə şurası yanında elmi seminarın üzvü;
•Filologiya fakültəsi üzrə pedaqoji təcrübə rəhbəri;
•Universitetdə fəaliyyət göstərən “Resurs” mərkəzinin əməkdaşı; • Universitet üzrə metodbirləşmənin üzvü.
•Dövlət müdafiə şurasının nəzdində təşkil olunmuş elmi seminarın üzvüdür.
Müasir müəllim araşdırmalar aparmağı bacarmalı, müasir təhsil, tərbiyə, inkişaf texnologiyalarından baş çıxarmalı, düzgün diaqnozlaşdırma, proqnozlaşdırma, layihələşdirmə, informasiyavermə, təşkiletmə, qiymətləndirmə, nəzarətetmə və korreksiya funksiyalarını bilməli, tədqiqatçılıq keyfiyyətinə malik olmalıdır. Tədqiqatçılıq bacarığı olmayan müəllim bu keyfiyyəti öz şagirdlərinə aşılaya bilməz. Müasir məktəbin müəllimi yaradıcı olmalı, dərs dediyi şagirdin inkişafını bütün mərhələlər üzrə görməyi bacarmalı, onların şəxsiyyət kimi formalaşmasını düzgün istiqamətləndirməlidir. Məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə və xalqın milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək üçün müəllim şagirdin yaradıcı təfəkkürünə məxsus bütün psixo-pedaqoji xüsusiyyətləri bilməlidir.
     Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Pəri xanım Paşayeva ADPU-da Ana dilinin tədrisi metodikası;Xüsusi məktəblərdə ana dili;Orfoqrafiyanın tədrisi (seçmə fənn)Orfoqrafiya ilə orfoepiyanın əlaqəli tədrisi;Ümumi təhsil pilləsi üzrə dövlət standartları və proqramlarının (kurikulum) ali və orta məktəblərdə tədrisi proqramlarının, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Pəri xanım Paşayeva ADPU-da Ana dilinin tədrisi metodikası;Xüsusi məktəblərdə ana dili;Orfoqrafiyanın tədrisi (seçmə fənn)Orfoqrafiya ilə orfoepiyanın əlaqəli tədrisi;Ümumi təhsil pilləsi üzrə dövlət standartları və proqramlarının (kurikulum) ali və orta məktəblərdə tədrisi; 35 elmi məqalənin, 3 metodik vəsaitin, 3 kitab və 4 proqramın müəllifidir. İbtidai siniflərdə ATM-in tədrisi ilə məşğuldur. . Tədqiqat sahəsi:- İbtidai siniflərdə fonetikanın tədrisi ilə bağlıdır 
“Dilimiz, mənəviyyatımız,dilimizin saflığına dövlət qayğısı” məqaləsində Pəri xanımın Vətəninə,dilinə,adət ənənəərin olan alim,ziyalı mövqeyi:-
Azərbaycan dili müasir dünyada öz mahiyyətinə görə, türk dillərinin ən zəngin milli dillərindən biri sayılır. Xalqımızla bərabər yaranmış dilimiz ünsiyyətin, fikir mübadiləsinin ən qüdrətli vasitəsi və silahı kimi tarix boyu xalqımızın xidmətində dayanılmışdır. O insanların bir-birini başa düşməsinə, onların qarşılıqlı əlaqələrinə kömək etmiş, cəmiyyətin yetkinləşməsinə təsir edən başlıca amillərdən biri olmuşdur. Xalqımızın tarixi kimi qədim olan dilimiz mənəviyyatımızın daşıyıcısıdır. Bu gün mükəmməl lüğət fondu, lüğət tərkibi, orfoqrafiyası, orfoepiyası, əlifbası olan Azərbaycan dili ahəngdar səslər sisteminə, zəngin və rəngarəng söz ehtiyatına malikdir. Xalqımızın iqtisadi, mədəni inkişafı ilə əlaqədar son dövrlərdə dilimizin inkişaf spektrləri daha da genişlənmiş, bu dildə diplomatik sənədlər, yüksək səviyyəli bədii, publisistik əsərlər yazılmışdır. Məhz bu dilin vasitəsilə Nizamilər, Füzulilər tanıdılmış, dünya klassiklərinin əsərləri xalqımızın mənəvi sərvətinə çevrilmişdir. “Həqiqətdə Azərbaycan dili öz təbiətinə görə çox elastikdir və asanlıqla zərif üslubi formalara düşmə bacarığına malik olmaqla öz xüsusiyyətləri ilə fəxr edə bilər. Buna hər hansı bir başqa dildə az təsadüf etmək olar”. Azərbaycan dili yeni və yüksək inkişaf mərhələsindədir. Onu bu səviyyədə saxlamaq, daha ucalara qaldırmaq ziyalılarımızdan, ali məktəb partasında oxuyan tələbələrimizdən çox asılıdır. Azərbaycan dilinin özünəməxsus gözəlliyi və ahəngi həmişə öz xalqına baş ucalığı gətirmişdir. Azərbaycan dilində dünya mədəniyyətini zənginləşdirən sənət abidələri yaradılmışdır. Azərbaycan dili hazırki inkişaf səviyyəsinə çatmaq üçün böyük mübarizədən keçmiş, onun tarix meydanından çıxarılmasına qarşı sinə gərmiş, öz varlığını qorumuşdur.Dilimizin saflığına dövlət qayğısı ali məktəb müəllimləri və tələbələrin də üzərinə böyük və məsuliyyətli vəzifələr qoyur. Mühazirə oxuyan hər bir müəllimin nitqi aydın olmalı və sözlərin səlisliyinə, orfoepiya qaydalarına düzgün riayət edilməlidir. Tələbələr şifahi nitqində hər sözün orfoepik qaydada tələffüzünə alışmalı və nitqin gözəlliyinə səy etməlidir. Mütaliə biliyi zənginləşdirdiyi, dili səlisləşdirdiyi üçün kitab mədəniyyəti tələbinə riayət olunmalıdır.
    Ömrünü müqəddəs peşəyə, elmə həsr etmiş, Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Pəri xanım Paşayeva yeni yaşına qədəm qoyur. Respublika pedaqoji ictimaiəti, ADPU-nun professor müəllim heyəti, elimi əməkdaşları, tələbə və məzunlarımiz adından Pəri xanımı təbrik edir, sağlam ömür payı, yaradıcılıq uğurları arzulayirıq! Yaş üstunə yaş gəlir mübarək! Təbrik edirik!!! Sağlamlıq, xöşbəxətlık nəsibiniz olsun! Səmərəli fəaliyyətinizdə uğurlarınız davamlı olsun!


Zülfiyyə Vəliyeva

ADPU ETM-nin Elmi İşçisi, “ADPU-100” layihəsinin müəllifi. Respublikanın Əməkdar Müəllim



1 0

Şərhlər

Oxşar xəbərlər