Heydər Əliyev, əsrinin görkəmli, ictimai – siyasi xadimi
1-05-2023, 00:30
144 056

Heydər Əliyev, əsrinin görkəmli, ictimai – siyasi xadimi

TehsilForumu.Az təqdim edir .

Müəllif:  Nəsirli Hamayıl 
Göygöl rayon Xaqani kənd A.Möyləmov adına  tam orta məktəbin UB rəhbəri: 

  “Mən xalqıma arxalanıram. Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”.
                      Heydər Əliyev.
 Azərbaycan xalqının böyük oğlu, ümumxalq məhəbbəti qazanmış ümummilli lider Heydər Əlirza oğlu Əliyev, 10 may 1923 – cü ildə Azərbaycanın qədim Naxçıvan şəhərində, fəhlə ailəsində anadan olmuşdur. XX əsirdə əzəmətli görünüşü ilə əsri yaşayanların tarixində silinməz iz buraxmışdır. Bu görkəmli, əzəmətli dahi şəxsiyyət ölkəmizə gəlişi ilə uğur, xeyir, bərəkət gətirən, insanları daim xəşbəxtliyə səsləyən dahimiz, öz xidmətləri ilə xalqının sevgisini qazanan vətənimizin böyük oğlu ümummilli lider Heydər Əliyev olmuşdur. Heydər Əliyev ən mürəkkəb və müthiş dövrdə yeganə düzgün və qətiyyətli qərarlar qəbul etməklə, ölkədə vətəndaş müharibəsinin qarşısını aldı. Xalqın birliyinə, gücünə arxalanaraq, çox qısa zaman ərzində Azərbaycanı tarixin amansız təkərləri altında məhv olmaq təhlükəsindən, siyasi, iqtisadi, sosial və başlıcası mənəvi – psixoloji böhran məngənəsindən xilas etdi. Azərbaycanın rəhbəri seçilən gündən həyatının hər anını doğma Azərbaycanımızın çiçəklənməsinə həsr etmişdir. “Odlar ölkəsi” olan Azərbaycan bu gün “Çiçəklənən Azərbaycan” adına layiq olmuşsa, bunda ümummilli lider Heydər Əlirza oğlu Əliyevin böyük rolu var.
 Heydər Əliyev bütün ömrünü Azərbaycan xalqına bağışlamışdır.O, gecə - gündüz durmadan fəaliyyəti nəticəsində Azərbaycanın işıqlı gələcəyinin olmasına, Azərbaycanın daim müqstəqil respublika olmasına çalışmışdır. Heydər Əliyev 1993 – cü ildə Azərbaycana qayıdışı ilə Azərbaycanın müstəqilliyini əbədiləşdirdi.
 Heydər Əliyev belə deyirdi: “Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir!”.
Bu gün Azərbaycanın hər yanında Heydər Əliyev siyasəti və arzuları həyata keçirilir. Heydər Əliyevin uzaqgörənliyi, güclü siyasəti sayəsində xalqımızın firəvan yaşayışı bu gün təmin olunmuşdur. Keçmiş dahimiz, ölkəmizin siyasətçisi, bu gün isə ancaq onu sevənlərin qəlbində silinməz izə çevrilən Heydər Əliyev xalqının xatirəsində əbədi yaşayacaq, hər kəs üçün örnək olacaq. Xalqının böyük oğlu, ölkəmizin elə bir guşəsi yoxdur ki, orada onun izi insanların diqqət mərkəzinə çevrilməsin.
Xalqım var olsun, yaşasın, yaratsın ki, bu dahi siyasətçinin kim olduğunu, Azərbaycanın müstəqillik tarixində və xalqının xatirində hansı zirvədə olduğunu həm gələcək nəslə, həm də Azərbaycanın sərhədlərindən kənarda da tanıtsın.
Bu gün xalqı ilə bir sırada olmasa da, onun ruhuna rəhmət hər kəs tərəfindən söylənilir.
Qoy xalqının böyük oğlu, Heydər Əlirza oğlu Əliyev rahat uyusun ki, özü kimi dahi siyasətçi yetişdirib. Xalqının taleyi ehtibarlı əllərdədir.



52 16

Şərhlər

Oxşar xəbərlər