Ya dövlət imtahanı olsun, ya da MİQ…  – “İmtahan-imtahan oyunu” bitmir!
14-07-2023, 20:03
5 380

Ya dövlət imtahanı olsun, ya da MİQ… – “İmtahan-imtahan oyunu” bitmir!

TehsilForumu.Azxəbər verir ki, Sualmızı cavablandıran təhsil eksperti Elçin Əfəndiyev AzEdu.az-a bildirib ki, yeni məzun olmuş tələbələrin həm dövlət imtahanına, həm də MİQ-ə hazırlaşması ilə razı deyil:

 

 

“Əlbəttə, mən də bunun tərəfdarıyam ki, pedaqoji yönümlü ixtisaslarda təhsil alan tələbələr yekun qiymətləndirmə əsasında müvafiq müsabiqədə iştirak edə bilsinlər. Biz ölkədə tam şəffaf bir sistem qura bilməyəcəyik. Ancaq özümüz də mövcud cəmiyyətimizi yaxşı tanıyırıq. Bilirik ki, istənilən boşluqdan maksimum faydalanmağa çalışırıq. Bu, aşkardır. Əgər biz bu prinsipi qəbul ediriksə, ortalama göstərici əsasında birbaşa müsahibə mərhələsində iştirak etmələri təmin olunsun. O zaman həmin təhsil müəssisələrində oxuyan tələbələrin bir qismi ÜOMG-nin yüksək olması üçün qeyri-qanuni yollardan istifadə edəcək. Semestr imtahanlarından yüksək bal toplamaq üçün rüşvət kimi yollara baş vuracaq.

 

 

Biz bu sistemi o zaman tətbiq edə bilərik ki, qurumla təhsilalan arasında şəffaflıq və ədalətli qiymətləndirmə olsun.

 

 

Mən də yeni məzun olmuş tələbələrin həm dövlət imtahanına, həm də MİQ-ə hazırlaşması ilə razı deyiləm. Bu dorğu yanaşma deyil”.
15 1

Şərhlər

Oxşar xəbərlər