Builki "Yüksəliş" müsabiqəsinə 10 mindən çox müraciətin qəbulu nəzərdə tutulub
17-02-2022, 13:16
296

Builki "Yüksəliş" müsabiqəsinə 10 mindən çox müraciətin qəbulu nəzərdə tutulub

"Yüksəliş" müsabiqəsinə bu gündən başlayan qeydiyyat prosesi bir aydan çox davam edəcək, martın 31-də bitəcək.

TehsilForumu.Az  xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, builki müsabiqə üçün 10 mindən artıq müraciətin olacağı nəzərdə tutulub: "Pandemiya şəraitindən asılı olaraq müsabiqənin avqust ayında bitməsi planlaşdırılır".

F.Hacıyev əlavə edib ki, ötən seçilən 27 qalibin adı ehtiyat kadr bankına daxil ediləcək.
0 0

Şərhlər

Oxşar xəbərlər