Hansı müəllimlərin məktəblərdə metodist kimi fəaliyyət göstərə biləcəyinə aydınlıq gətirilib.
2-05-2024, 15:19
1 678

Hansı müəllimlərin məktəblərdə metodist kimi fəaliyyət göstərə biləcəyinə aydınlıq gətirilib.

Təhsil İnstitutunun (ARTİ) Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova bununla bağlı “Azərbaycan müəllimi" qəzetinə müsahibə verib.
 
O bildirib ki, metodist sertifikatlaşdırma prosesindən uğurla keçərək 50+ bal toplayan müəllimlərdən olur.
 
“Sertifikatlaşdırmaya bu il cəlb ediləcək fənn müəllimləri də bu prosesə qatılıblar. Nəticədə bu il ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə yanaşı, sertifikatlaşdırmaya cəlb ediləcək riyaziyyat, xarici dillər və Azərbaycan dili (dövlət dili) müəllimlərinin də seçilməsi nəzərdə tutulub". 
 
ARTİ-nin şöbə müdiri əlavə edib ki, qeydiyyat forması istəyən hər kəsə təqdim edilir. 
 
"Müəllimlər könüllü şəkildə müraciət edirlər. Müraciətlərə baxılarkən müəllimlərin problem həlletmə, qərar qəbuletmə, nəticəçıxarma, təhliletmə kimi bacarıqları ilə yanaşı, metodiki bilik və bacarıqları da ölçülür. Müsahibələr də məhz bu məqsədlə təşkil edilir. Müsabiqənin bu mərhələsinin əsas meyarları iştirakçılara əvvəlcədən elan olunur. Bu mərhələdən də uğurla keçənlər təlimlərə cəlb edilirlər".
 
2 0

Şərhlər

Oxşar xəbərlər