Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi
18-10-2023, 07:59
2 650

Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi

TehsilForumu.Azxəbər verir ki, Pedoqoji Şura ümumi təhsil müəssisəsinin ali idarəetmə orqanıdır. Müəssisənin səlahiyyətinə dair bütün vacib məsələlər məhz pedoqoji şurada müzakirə edilir və kolegial qərar qəbul olunur.

I. Ümumi müddəalar

• 1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)" sənədinin 3.6-cı bəndinə əsasən hazırlanmışdır.

• 1.2. Pedaqoji Şura ümumi təhsil müəssisələrində ali idarəetmə orqanı hesab olunur, öz fəaliyyətində bu Əsasnaməni rəhbər tutur.

• 1.3. Ümumi təhsil müəssisəsində Pedaqoji Şura pedaqoji kollektivin hər bir üzvünü müəssisənin idarə olunmasına fəal cəlb etməklə demokratik şəraitdə qarşıda duran aktual məsələləri müzakirə edib kollegial qərarlar qəbul etmək məqsədilə yaradılır.

• 1.4. Pedaqoji Şura ən azı 3 nəfərdən ibarət pedaqoji kollektivi olan ümumi təhsil müəssisəsində təşkil olunur.

II. Pedaqoji Şuranın tərkibi və fəaliyyətinin təşkili

• 2.1. Pedaqoji Şuranın tərkibinə "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 31.0.2-ci bəndində müəyyən olunmuş aidiyyəti pedaqoji işçilər, müəssisənin həkimi və ictimai əsaslarla fəaliyyət göstərən VMA-nın (valideyn komitəsinin) sədri daxil edilirlər.

• 2.2. Müəssisənin direktoru Pedaqoji Şuranın sədri olur. Şuranın katibi hərdərsili üçünilk şuraiclasındaonun üzvləri arasındanseçilir.

• 2.3. Pedaqoji Şuranın illik fəaliyyət planı şuranın ilk iclasında müzakirə olunduqdan sonra müəssisənin illik ümumi Fəaliyyət planının tərkibində təsdiq edilir.

• 2.4. Müzakirə olunan məsələlərlə bağlı zərurət yarandığı hallarda Pedaqoji Şura iclaslarında müəssisə rəhbərinin dəvəti ilə bilavasitə müəssisədə yaradılmış ictimai əsaslarla fəaliyyət göstərən digər özünüidarə orqanlarının (məktəb şurası, qəyyumlar və himayəçilər şuraları, uşaq parlamenti), habelə valideynlərin nümayəndələri məşvərətçi səs hüququnda iştirak edə bilərlər.

II. Pedaqoji Şuranın tərkibi və fəaliyyətinin təşkili

• 2.5. Dərs ili ərzində müəssisədə keçirilən Pedaqoji Şura iclaslarının sayına məhdudiyyət qoyulmur. Şura iclaslarının keçirilməsi zərurəti müzakirəyə çıxarılan aktual məsələlərdən, pedaqoji kollektivin üzvlərinin, habelə özünüidarə orqanlarının təkliflərindən, qaldırılan məsələlərdən asılı olaraq müəssisənin direktoru tərəfindən müəyyən edilir.

• 2.6. Üzvlərinin üçdə ikisi iştirak etdikdə Pedaqoji Şura səlahiyyətli hesab olunur. Şura qərarları adi səs çoxluğu ilə qəbul edilir.

• 2.7. Pedaqoji Şura qərarlarının icrasına nəzarət bilavasitə müəssisənin direktoru tərəfindən həyata keçirilir.

• 2.8. Pedaqoji Şuranın qərarları məktəb direktorunun müvafiq əmrləri ilə rəsmiləşdirilir.

III. Pedaqoji Şuranın vəzifələri

• 3.1. Pedaqoji Şuranın vəzifələrinə daxildir:

• 3.1.1. Ümumi təhsillə bağlı Azərbaycan dövləti və hökumətinin qərar və sərəncamlarının, Təhsil

Nazirliyinin kollegiya qərarlarının, əmr, sərəncam və təlimatlarının, habelə digər aidiyyəti normativhüquqi sənədlərin məzmunu və mahiyyəti ilə kollektiv üzvlərini tanış etmək, müəssisənin fəaliyyətinin dövlət siyasətinin tələbləri əsasında qurulması üçün səmərəli iş sistemi yaradılmasına hərtərəfli köməklik göstərmək.

III. Pedaqoji Şuranın vəzifələri

• 3.1.2. Aşağıdakı məsələlər ətrafında müzakirələr keçirib müvafiq qərarlar qəbul etmək:
11 1

Şərhlər

Oxşar xəbərlər