Şagird KSQ-də üzrlü səbəbdən iştirak etmədiyi halda:
9-05-2024, 12:41
429

Şagird KSQ-də üzrlü səbəbdən iştirak etmədiyi halda:

TehsilForumu.Az xəbər verir ki , Azərbaycan müəllimi" Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən Kiçik Summativ Qiymətləndirmə (KSQ) və Böyük Summativ Qiymətləndirmədə (BSQ) şagirdlərin üzrlü və üzrsüz iştirakının onların qiymətləndirilməsinə necə təsir etdiyini təqdim edir.
 
Şagird KSQ-də üzrlü səbəbdən iştirak etmədiyi halda:
 
           1. Bal və qiymət xanaları diaqonalla iki hissəyə ayrılır, xanaların hər ikisinin sürətinə "q" (qaib) yazılır;
 

           2. Növbəti KSQ-yə qədər şagirdin iştirakı təmin olunur və qiymətləndirilir;
 

           3. Şagird növbəti KSQ-yə qədər üzrlü səbəbdən iştirak etməzsə, məxrəclərə "q" (qaib) yazılır və yarımillik qiymətlərin hesablanmasında nəzərə alınmır.

 
Şagird KSQ-də üzrsüz səbəbdən iştirak etmədiyi halda isə bal xanasına "0" bal, qiymət xanasına "q" (qaib) yazılır və yarımillik qiymətlərin hesablanmasında nəzərə alınır.
 
Şagird BSQ-də üzrlü səbəbdən iştirak etmədiyi halda:
 
           1. Bal və qiymət xanaları diaqonalla iki hissəyə ayrılır, xanaların hər ikisinin sürətinə "q" (qaib) yazılır;
 
           2. BSQ-nin keçirildiyi gündən sonra növbəti iki həftə ərzində şagirdin iştirakı təmin olunur və qiymətləndirilir;
 
           3. Şagird növbəti iki həftə ərzində istənilən səbəbdən iştirak etməzsə, məxrəclərdə bal xanasına "0" bal, qiymət xanasına "q" (qaib) yazılır və yarımillik qiymətlərin hesablanmasında nəzərə alınır.
 
Şagird BSQ-də üzrsüz səbəbdən iştirak etmədiyi halda isə bal xanasına "0" bal, qiymət xanasına "q" (qaib) yazılır və yarmilik qiymətlərin hesablanmasında nəzərə alınır.
 
Qeyd edək ki, şagirdin KSQ və BSQ-də üzrlü səbəbdən iştirak etməməsini təsdiq edən sənədin olması mütləqdir. Sənəddə tarixlər aydın şəkildə bilinməlidir.
1 0

Şərhlər

Oxşar xəbərlər