ELƏ  YAŞAMISAN Kİ...
8-05-2024, 20:32
500

ELƏ YAŞAMISAN Kİ...

Elə yaşama ki, sağlığında unudulasan,
Elə yaşa ki, öləndən sonra da yaşayasan!
          
    Respublikamızın tanınmış təhsil işçisi  ADPU-nun  İbtidai təhsil fakültəsinin “İbtidai təhsilin pedaqogikası ” kafedrasının dossenti, pedaqoqika üzrə fəlsəfə doktoru , dəyərli ziyalı, örnək alimi ömrünü şərəflə yaşayan Ağayev Şahrza Oğul  oğlu Haqq  dərgahına qovuşmuşdur.
        Allah insanı müxtəlif biçimdə, müxtəlif taledə, müxtəlif xislətdə yaradır. Taleyin sınağına çəkilir insan. Dözən, dözümlu insan üçün olur Allahın məhəbbəti və mərhəməti. Bax, belə bir məhəbbət və mərhəmət payından şükürlü olan, Allahına  sığınan bəndəyə  düşən pay:- Elm öyrənib öyrədən,  səmimi insan olan Şahrza  müəllim.
      Şahrza Ağayev yaradıcılığ və pedaqoji fəaliyyəti örnək elmi yaradıcılıq və örnək pedaqoji fəaliyyət kimi dəyərləndirilən alimlərimizdəndir.Onun elmi və pedaqoji fəaliyyəti haqqında:
-Şahrza Ağayevin elmi yaradıcılığı demək olar ki, pedaqoji elmin bütün sahələrini özündə ehtiva edir. Şahrza Ağayev bütün çıxışlarında və yazılarında pedaqoji elmin yeniliklərinə baş vuran, onu təhlil edərək səmərəli nəticə çıxaran alimlərdəndir;
-Onun nəzəri hazırlığı ilə praktik fəaliyyətindəki vəhdətdən yaranan elmiəsərləri Azərbaycan pedaqoji fikir tariximizi zənginləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
-Ölkəmizdə didaktika sahəsində səmərəli və layiqli tədqiqat aparanlarıbarmaqla saymaq olar.Onların içərisində Şahrza Ağayevdə var;
-Şahrza Ağayev əmək təlimi, əməktərbiyəsi, peşəyönümü ilə bağlı etnopedaqoji dəyərləri seçərək ümumiləşdirmələr aparan alimlərimizdən biridir;
 Şahrza Ağayevin zəngin yaradıcılığı , elmi pedaqogikanın bütün sahələrinə aid əsərlər yazan görkəmli bir pedaqoq alimin əməyinin bəhrəsidi.
 Görkəmli alim, tanınmış pedaqoq və səmimi insan Ağayev Şahrza Oğul oğlunun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
 
 Bu bir Qədər,bu bir Qismət!!!
 Dünyaya gələn Zaman!!!
 Yazın yazılan Zaman!!! 
 Yaradana qovuşan,
 Bil anında yazılır!!!
                   
Günün ,ayın, bil dəqiqən yazılır!!! 
Nə tələsmək,Nə də gecikmək olmaz!!!                      
   Vaxt yetişən Zamanda,
   Haqqına qovuşursan!!!
   Doğmalarınla vidalaşırsan!!!                                 Yaddaşlarda Yaşayırsan!!!

  Şahrza müəllim yeni mənzilin mübarək!Döğmalarına,əzizlərinə dərin hörmət və ehtiramla başsağlığı verirık!  Ruhunuz şad ,yeriniz Cənnər Məkan Olsun!
                                                                      Zülfiyyə Vəliyeva                                            ADPU ETM-nin elmi işçisi                                  Respublikanin Əməkdar Müəllimi
3 0

Şərhlər

Oxşar xəbərlər