“Ən yaxşı təqdimat” müsabiqəsinin rayon (şəhər) mərhələsi keçirilir.
3-03-2023, 13:28
474

“Ən yaxşı təqdimat” müsabiqəsinin rayon (şəhər) mərhələsi keçirilir.

TehsilForumu.Az xəbər verir ki , Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi həyata keçirilir.

Müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil edilir, ölkə mərhələsi 2023-cü ilin aprel ayında Bakı şəhərində həyata   keçiriləcək.
0 0

Şərhlər

Oxşar xəbərlər