Məktəb laborantının vəzifə təlimatı - ƏTRAFLI
25-02-2023, 17:53
12 668

Məktəb laborantının vəzifə təlimatı - ƏTRAFLI

İnformatika kabinetin müdirinin işində laborant ( və ya texnik) köməklik edir. Laborant ( və ya texnik) bilavasitə kabinet müdirinə tabedir və dərs avadanlığının saxlanması, düzgün qorunması və istifadəsinə görə ona hesabat verir. 



Laborant İHTK ( informatika və hesablama texnikası kabinetinin) bütün sistemini, ona qulluq qaydalarını, texnikanın və əyani vəsaitlərin saxlanılma şərtlərini bilməlidir. İnformatika kabinetinin perspektivli inkişaf planına uyğun olaraq, laborant kabinet müdirinin rəhbərliyi altında lazımı dərs avadanlığın alınmasında iştirak edir, uçotunu, inventar qeydləri aparır. 

Laborant, müəllimin planı üzrə və onun rəhbərliyi altında avadanlığı dərsə hazırlayır. Laborant şagirdlərin təhlükəsizlik texnikası qaydalarına riayət etməklərini, yanğına qarşı vasitələrin və ilk yardım vasitələrin daima hazır olmasını,dərs zamanı texnikanın işləməməsini qeyd edir və həmçinin sıradan çıxmış avadanlığın xırda təmirini həyata keçirir. 

 

Nəzərə almaq lazımdır ki , informatika kabinetinin nəzdində 18 kv. metrdən az olmayan sahəsi ilə laborant otağı olmalıdır, həmin o otağın iki girişi olmalıdır: dərs otağına və pilləkənə ( və ya tənəffüsə). Yeri gəlmişkən, mən olduğum bir sıra informatika kabinetlərində mən nədənsə belə laboratoriya otağı görməmişəm. 

 

İNFORMATIKA KABINETINin LABORANTIN VƏZIFƏ TƏLIMATI 

İnformatikaa kabinetinın laborantın hazırkı vəzifə təlimatı ümumtəhsil məktəbin informatika kabinetinin laborantı üçün işlənib. 

1. VƏZIFƏ TƏLIMATININ ÜMUMI MÜDDƏALARI 

1.1. Məktəbin informatika kabinetin laborantın hazırkı vəzifə təlimatı , Əmək Məcəlləsinə və işçi və iş verənlə arasında əmək münasibətlərini tənzimləyən digər normativ aktlarına uyğun, işlənib. 

1.2.Informatika kabinetin laborantı, məktəbdə informatika kabinetinin laborantın vəzifə təlimatlna uyğun, iş stajına tələblər olmadan , orta peşə təhsili olan və ya ibtidai peşə təhsili olan , müəyyən edilmiş proqram üzrə xüsusi hazırlığı olan və ixtisas 2 illdən az olmayan iş stajı olan işçilər sırasından, direktorun əmri vəzifəyə ilə işə təyin edilir və işdən azad edilir.

Xüsusi hazırlığı olmayan və ya lazımı iş stajı olmayan ,lakin kifayət qədər praktiki təcrübəyə malik olan və onun üzərinə qoyulmuş vəzifə öhdəliklərini tam həcmdə və keyfiyyətli icra edən şəxs , istisna şəklində informatika kabinetin laborantı vəziəsinə təyin oluna bilər.  



1.3. Informatika kabinetin laborantı bilməlidir: 

təhsil məsələləri üzrə təhsilin idarəetmə orqanların qərarlarını, uşaq hüquqları haqqında Konvensiyanı;

təhsilin və pedaqoji elmin əsas istiqamətlərini və inkişaf perspektivlərini ;

informatika üzrə dərs avadanlığın təsnifatını, təyinatını və xüsusiyyətlərini ;

informatika fənni çərçivəsində əsas ümumi, orta ümumi təhsilin dövlət təhsil standartın tələblərinin xüsusiyyətini ;

informatika dərs kabinetlərinin təchizatına və avadanlıqla zənginləşməsinə tələbləri ;

informatika dərs kabinetlərinin dərslik kompüter avadanlığı ilə təchiz edilmə qaydasını ;

kompüter avadanlığın profilaktik və cari təmirin keçirilmə qaydasını ;

informatika üzrə profilaktik işlərin keçirilmə qaydasını ;

informasiya daşıyıcılarından yoxlamaların, yazıların oxunuş metodların keçirilmə qaydasın;ı  

ixtisaslaşdırılmış istifadəçi səviyyəsində qurulmuş proqram təminatı ;

Şəbəkədən məlumatın daxil etmə və çıxarılma vasitələri və metodlarını ;

hesablama texnikasının, multinediyalı proyektorun , LCD-panelin , routerin istismar qaydalarını ;

informatika kabinetində laborant əməyinin mühafizəsi üzrə təlimatı ;

əmək qanunvericiliyin əsaslarını, əmək mühafizəsinin, həkimdən əvvəlki yardınmın göstərilmə qaydalarını və normalarını.

Laborant həmçinin yanğın təhlükəsizliyi tələblərini və dövlət təhsil standartlarına uyğun, informatika kabinetin laborantın hazırkı vəzifə təlimatını bilməlidir.

1.4. Informatika kabinetin laborantı bilavasitə informatika kabinetin müdirinə tabedir.

İnformatika kabinetin laborantı olmadığı zamanı( məzuniyyət, xəstəlik və s.) , onun öhdəliklərini müəyyən qaydada təyin edilmiş şəxs icra edir. Həmin şəxs müvafiq hüquqları alır və onun üzərinə qoyulmuş öhdəliklərin lazımı qaydada yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. 3.15.. Məktəbin növbətçi administratoruna bədbəxt hadisələr haqqında dərhal məıumat verir , zərərçəkmişlərə yardımın göstərilməsi üçün tədbirləri görür. 



4. Məktəbdə informatika kabinetin laborantının hüquqları 

4.1. İnformatika və İKT kabinetn laborantı Azərbaycan Respublikasının Əmək Məcəlləsində, məktəb Nizamnaməsində,Kollektiv Müqavilə ilə, daxili əmək intizamı qaydalarında nəzərdə tutulmuş hüquqlara malikdir.4.2. Nasaz avadanlıqdan istifadə etməyə qadağan etməyə ( kompüterlərlə,multimediya proyektorları ilə, printerlərlə, skanerlərlə, kserokslarla, digər texniki təlim vasitələri ilə) 

4.3.Şagirdlər tərəfindən avadanlıqdan və materiallardan istifadə zamanı təhlükəsizlik texnikasının , əmək mühafizəsi, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydaların açıq-aşkar pozulmasının dərhal qarşısını almaq.    

4.4. Praktiki işlərin keçirilməsi zamanı məktəbin şagrdlərinə mütləq sərəncamlar vermək. Əmək mühafizəsi üzrə müxtəlif təlimatların işlənməsində və informatika kabiinetində praktiki işlərin keçirilməsində fəal iştirak edir.  

4.5.. İnformatika kabinetində şagirdlərin iş yerlərinin texniki zənginləşdirilməsinin təkmilləşdirilməsi üzrə təkliflər vermək. 

4.6.. Informatika kabinetində məktəblilərdən şagirdlər üçün Davranış Qaydalarına riayət edilməsini , məktəbin Nizamnaməsinin, təhlükəsizlik texnikasının tələblərinin yerinə yetirilməsini tələb etmək. 

4.7. Peşə şərəfin və ləyaqətin müdafiəsinə

5. İnformatika kabinetin laborantının məsuliyyəti 

5.1. Üzürsüz səbəbdən tədsis prosesinin təşkilinin pozulmasına gətirən məktəb Nizamnaməsini və daxili əmək intizam qaydalarını , direktorun, onun müavinlərinin qanuni sərəncamlarının, digər lokal normativ aktların, informatika üzrə laborantın hazırkı vəzifə təlimatın yerinə yetirilməməsinə görə və ya lazımı dərəcədə yetirilməməsinə görə, o cümlədən hazırlı tılimatla təqdim edilən hüquqlardan istifadə etmədiyinə görə, informatika kabinetin laborantı Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyır.

5.2. Təlim-tərbiyə prosesin təşkilinin yanğın təhlükəsizlik qaydaların ,əmək mühafizəsi , sanitar-qiqiyenik qaydaların pozulmasına görə, müəllim-psixoloq, Azərbaycan Respublikasının inzibati qanunvericiliyi ilə nəzərdə tutulan hallarda və qaydada, inzibati məsuliyyətə cəlb edilir. 

5.3. Öz vəzifə öhdəliklərin yerinə yetirilməsi ( yetirilməməsi) ilə bağlı maddi zərər yetirdiyinə görə, informatika kabinetin laborantı Azərbaycan Respublikasının əmək və mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır

5.4. Şagirdin şəxsiyyəti üzərində fiziki və ( və ya) psixi zor tətbiq etməklə bağlı olan tərbiyə metodların tətbiq edilməsinə görə, o cümlədən birdəfəlik və həmçinin digəq əxlaqsız hərəkəti etdiyinə görə , informatika kabnitein laborantı əmək qanunvericiliyinə və Azərbaycan Respublikasının Təhsil haqqında Qanuna uyğun, tutduğu vəzifədən azad edilə bilər. 

6. İnformatika kabinetin laborantının qarşılıqlı əlaqələri  



İnformatika kabinetində laborant: 

6.1. 40 saatlıq iş həftəsinə istinad edərək tərtib edilən və məktəb direktoru tərəfindən təsdiq edilən cədvəl üzrə. normalaşdırılmamış iş günü rejimində işləyir. r

6.2. Məzuniyyət vaxtına düşməyən tətil zamanı , məktəb direktorun İTŞ üzrə müavininin sərəncamı üzrə , təsərrüfat və tərtibat işlərini ( ixtisaslaşma nəzərə almaqla), kompüter avadanlığı və periferiya qurğuları ilə profilaktik işləri yerinə yetirir.

6.3. Məktəb direktorun İTŞ üzrə müavininin, əmək mühafizəsi üzrə mühəndisin rəhbərliyi altında təhlükəsizlik texnikası üzrə, əməyin mühafizəsi üzrə, istehsalat sanitariyası və yanğın təhlükısizliyi üzrə təlimat keçir. 

6.4. Məktəbin direktorundan və ( və ya ) onun müavinlərindən normativ-hüquqi və təşkilati-metodiki xarakterli məlumatları alır, müvafiq sənədlərlə, əmrlərlə qəbzlə tanış olur.

6.5. Onun səlahiyyətinə daxil olan məsələlər üzrə ümumtəhsil müəssisənin pedaqoji işçiləri ilə məlumat mübadiləsini aparır. 

 



Vəzifə təlimatı ilə tanış oldum, ikinci nüsxəni aldım:   

«___»____20___ il __________ (______________________)


8 0

Şərhlər

Oxşar xəbərlər