Heydər Əliyev elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşırdı.Heydər Əliyev elm və təhsilin himayədarı idi
16-05-2022, 19:18
2 423

Heydər Əliyev elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşırdı.Heydər Əliyev elm və təhsilin himayədarı idi

Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bütün sahələrə, ocümlədən elm və təhsilə diqqət və qayğı daha da artırıldı. Bu təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir.
Məhz buna görə də ümummilli liderimizin rəhbərliyi ilə respublikamızın iqtisadi potensialının gücləndirilməsi, elm və təhsilin inkişafı ilə paralel aparılırdı. Heydər Əliyevin rəhbərliyi dövründə illər Azərbaycanın tarixinə elmin və təhsilin tərəqqi dövrü kimi daxil oldu. Təkcə paytaxtımızda deyil, respublikamızın ucqarlarında da yüzlərlə məktəb, mədəniyyət evi, kitabxana, uşaq bağçası tikildi. Bütün sahələrində görünməmiş uğurlar qazanıldı.
1993-cü ilin iyununda xalqın istəyi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycan mədəniyyətinə yeni ab-hava gətirdi. Təhsil işçiləri, ziyalılar dövlətin yüksək qayğısı ilə əhatə olundular.
Yuxarıda qeyd etdiyimiz kimi, ümummilli lider hələ Azərbaycana birinci rəhbərliyi dövründə təhsilin inkişafına böyük önəm verirdi. Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənardakı ali məktəblərə gənclərin göndərilməsi, hərbi kadrların yetişdirilməsi, respublika elmlər akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli müstəqillik üçün zəruri intellektual zəmin yaratmışdır. Ulu öndər yaxşı bilirdi ki, yüksək ixtisaslı mütəxəssislər yetişdirilməsi istənilən ölkədə dövlət müstəqilliyinin əsasını təşkil edən ən mühüm amillərdən biridir. Buna görə dahi öndər cəmiyyətin inkişaf zəminini düzgün olaraq təhsildə və maarifçilikdə görürdü, bu sahənin inkişafına diqqət və qayğısını əsirgəmirdi. Keçmiş sovetlər dövründə ulu öndər Azərbaycan təhsilinin tərəqqisinə mane olan bir sıra amilləri aradan qaldırmış, mövcud potensialı ölkənin gələcək inkişafının elmi əsaslar üzərində qurulmasına, respublikanın mədəni intellektual resurslarının gücləndirilməsinə, Azərbaycan üçün layiqli vətəndaşların yetişdirilməsi işinə səfərbər etmişdir. Məhz həmin illərdə respublikada məktəblərin, ali və orta ixtisas müəssisələri üçün yeni binaların tikintisi geniş vüsət almış, təhsil infrastrukturu tamamilə yeniləşdirilmiş, ixtisaslı kadrlar hazırlayan ali və orta ixtisas məktəbləri açılmışdır. Respublikanın müxtəlif bölgələrində 800-ə yaxın məktəb tikilərək istifadəyə verilmiş, ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin ümumi sayı 12-dən 17-yə, tələbələrin sayı 70 mindən 100 minə qədər artmışdır.

Heydər Əliyev çıxışların birində demişdir: İnsan təhsilin əsasını orta məktəbdə alır. Ona görə də bütün təhsil sistemində orta məktəb xüsusi yer tutmalıdır" - konseptual göstərişini əsas tutaraq ümumi orta təhsil sistemində də bu müddət ərzində ciddi irəliləyişlər əldə olunub. Ulu öndər təhsil haqqında deyib: “Təhsil millətin gələcəyidir; Mən millətimdən yüksək ad tanımıram; Müəllim sənəti şərəfli bir sənətdir”.

Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin hazırlayan dövlət xadimi 1969-1982-ci illərdə milli ruhun və azərbaycançılığın sovet ideologiyası çərçivəsində sıxışdırılmasının qarşısını almaqla onun dirçəldilməsi istiqamətində böyük işlər görüb. Ulu Öndər mövcud imkanlardan bacarıqla istifadə edərək deyirdi ki, həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun təhsilə malik olmalıdır.

Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”, - deyə təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən Ulu Öndərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir. Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlər görən müdrik rəhbər təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxmayıb, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu daim önə çəkib.
İlk gündən sovet rejiminin bütün ideoloji-siyasi baryerlərinə sinə gərən, cəmiyyəti bütün istiqamətlərdə yüksəlişə aparan dahi şəxsiyyət cəmiyyətdə milli məfkurənin güclənməsi, dövlətçilik şüurunun yenidən formalaşması üçün hər bir azərbaycanlının yüksək təhsil almasını, elmi yenilikləri mənimsəməsini son dərəcə vacib amil hesab edirdi. Ulu Öndərin rəhbərliyi altında təhsilin milliləşdirilməsi, dilimizin inkişafı, ictimai elmlərin tarixi xarakterinin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilirdi.

Ulu Öndər elm və təhsilə xüsusi həssaslıqla yanaşıb, bu sahəyə daim qayğı göstərib. Ümummilli Lider öz çıxışlarında da dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayaraq qeyd edib ki, “təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.
Bu gün ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi-pedaqoji kadr potensialı öz mənbəyini məhz ötən əsrin 70-ci illərindən Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan məqsədyönlü siyasətdən almış, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu gələcək inkişafın güclü təməlini yaratmışdır.
Heydər Əliyev dünya tarixinə parlaq və silinməz iz qoymuş, boyük şəxsiyyət, müdrik dövlət xadimi, fenomenal biliyə malik olan dahi bir liderdir. Ulu Öndər deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.
Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və müəllifliyi ilə ərsəyə gələn və 1999-cu ildən həyata keçirilən “Təhsil sahəsində İslahat Proqramı” inkişaf etmiş demokratik cəmiyyət quruculuğunda önəmli və müstəsna əhəmiyyət kəsb edir.

Ümumtəhsil məktəblərində qazanılan biliklərin mahiyyətini, mündəricəsini yüksək qiymətləndirən ulu öndər hər bir insanın həyat mövqeyinin formalaşmasında, cəmiyyətdə öz yerini tutmasında orta təhsilin çox böyük əhəmiyyət daşıdığını vurğulayırdı. Ulu öndərimizin aşağıdakı dəyərli fikirləri bu baxımdan səciyyəvidir: “İnsan təhsilinin əsasını orta məktəbdə alır... Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, ...cəmiyyətimizin şüurlu üzvü olacaqdır”.

Bu mərhələdə ulu öndər Heydər Əliyevin ölkənin rəhbərliyinə gəlməsi ilə respublikanın ictimai, siyasi, təsərrüfat, mədəni və təhsil həyatında da bir canlanma başlandı.
1998-ci ildə müstəqil Azərbaycan müəllimlərinin 1-ci qurultayı keçirildi. Xalqımızın böyük oğlu Heydər Əliyev qurultayda tarixi çıxış etdi. Bu çıxış təhsil işçilərinin qarşısında duran vəzifələrin həlli üçün tam bir proqram idi. Qurultayda təhsil tariximizdə ilk dəfə Respublika Təhsil Şurası yaradıldı. “Təhsil sahəsi xalqımızın bu günü,millətimizin,dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir” deyən Ümumilli Liderimiz Azərbaycan təhsilinin dinamik inkişafını təmin edən fərman və sərəncamlar verdi. “Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli, “Dövlət dilinin tətbiq işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli, “Azərbaycan əlifbası və Azərbaycan dili günü təsis edilməsi haqqında 09.08.2001- ci il tarixli bəyanat, “Azərbaycan Respublikasında dövlət dili haqqında” fərman və sərəncamlar təhsilimizi dünya standartları səviyyəsinə qaldırdı. Azərbaycan tarixinin, ədəbiyyatının, coğrafiyasının öyrədilməsinə, mükəmməl dərsliklər hazırlanmasına, xüsusilə Azərbaycan dilinin öyrədilməsinə, Dövlət dili statusunda təbliğinə diqqət artırıldı.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu möhtəşəm və uğurlu siyasət indi də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 18 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması bu günümüzün reallıqlarıdır.
Ulu Öndərimiz Heydər Əliyev Təhsil ilə bağlı çıxışlarında demişdir: Təhsil millətin gələcəyidir.Mən dünyada müəllimdən yüksək ad tanımıram.Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır.
Müəllimlik sənəti şərəfli bir sənətdir.Bizdə təhsil çox inkişaf edibdir. Azərbaycanda, demək olar ki, təhsil almayan adam yoxdur.Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir.Bu ifadələri Ulu Öndərimiz, Azərbaycanın Dahi Rəhbəri, Dahi Şəxsiyyət, Tarixi İnsan, Ümummilli Liderimiz, Dahi Heydər Əliyev Təhsil ilə bağlı çıxışlarında demişdir.

Heydər Əliyev elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşırdı.
Azərbaycan təhsilinin inkişafı ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
Ulu Öndərin təhsil sahəsinə diqqət və qayğısı əvəzsiz olub.
Hələ ölkəmizə rəhbərliyinin birinci dövründə - 1969-1982-ci illərdə ümummilli lider Heydər Əliyevin təhsilimizə böyük qayğısının nəticəsi olaraq Azərbaycanda çoxlu sayda məktəb binası tikilərək istifadəyə verilib.

Ölkədə yeni ali təhsil müəssisələri açılıb, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib, lazımi avadanlıqla təchiz olunub. Ulu Öndər daim gənclərin hərtərəfli inkişafına böyük önəm verirdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hər il yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilirdi. Həmin gənclər Azərbaycan üçün çox vacib olan ixtisaslar üzrə təhsil alırdılar və respublikamıza bacarıqlı mütəxəssislər kimi qayıdırdılar.
Görkəmli dövlət xadimi Heydər Əliyev təhsilə həmişə prioritet sahə kimi baxırdı. “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövrü olan 1993-2003-cü illərdə də bu sahənin fəaliyyətinin yüksəldilməsinə xüsusi diqqət göstərib. Bu illərdə Azərbaycanın təhsil sistemi təkmilləşdirilib və təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb. Xeyli sayda məktəb binaları tikilərək istifadəyə verilib, yeni dərsliklər hazırlanıb və şagirdlərə pulsuz verilib. Təhsil üzrə müxtəlif proqram və layihələr hazırlanaraq uğurla həyata keçirilib.
1998-ci ildə Azərbaycan müəllimlərinin qurultayında ümummilli lider Heydər Əliyev geniş nitq söyləyib. Ulu Öndər təhsilimizin inkişafı ilə bağlı fikirlərini bildirib, tövsiyələrini verib. Müəllimlik peşəsini, müəllim əməyini həmişə yüksək qiymətləndirən müdrik rəhbər Heydər Əliyev deyirdi: “...Bizim müstəqil respublikamızda, Azərbaycan cəmiyyətində müəllim bu gün də, gələcəkdə də ən hörmətli insan kimi qəbul edilməlidir və müəllimlik peşəsi ən yüksək qiymətə layiq olan peşədir”.
Dahi rəhbər Heydər Əliyev təhsil sahəsi ilə bağlı mühüm fərman və sərəncamlar imzalayıb və bu sahənin inkişafında həmin sənədlərin xüsusi rolu olub.
Heydər Əliyev elm və təhsilin himayədarı idi.
Ulu Öndər Heydər Əliyev sayəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm Ümummilli Liderimiz, Ulu Öndər Heydər Əliyev Bütün sahələrə, həmçinin elm və təhsilə diqqət və qayğı göstərirdi.

Milli elm və təhsilin inkişafı Heydər Əliyev siyasi kursunun uğurudur.
Heydər Əliyev elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşırdı.

Heydər Əliyev Azərbaycanın müasir elm və təhsil konsepsiyasının banisidir.

Azərbaycan təhsilinin inkişafı ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.

Hörmətlə YAP-ın Üzvü, Xətai Rayon İcra Hakimiyyətinin Könüllüsü, İDEA İctimai Birliyin Üzvü, və Könüllüsü, Sabunçu Gənclər Evinin Üzvü, Prezident Yanında Qeyri Hökumət Təşkilatların İctimai Birliklər Üzrə Nümayəndəsi, Regional İnkişaf İctimai Birliyin Üzvü və Könüllüsü, Gənc Könüllü, Gənc Fəal, YAP Fəalı, Qeyd İctimai Birliyin Üzvü və Könüllüsü, Gənc Beynəlxalq Hüquqşünaslar İctimai Birliyin Üzvü və Könüllüsü, Böyük Qayıdış Gənclər Təşkilatın Üzvü və Könüllüsü, İrəli ictimai Birliyin Üzvü, Gənclər və İdman Nazirliyin İdman Könüllüsü, 1-ci Vitse Prezident Mehriban Əliyeva Xanımın Könüllüsü, Deputat Nigar Arapadari Xanımın Könüllüsü, Binəqədi Gənclər Evinin Üzvü, Heydər Əliyev Fondun Tədbirlərin İştirakçısı, Bakı Gənclər Mərkəzinin Tədbirlərinin İştirakçısı, Nərgiz Fondun Tədbirlərinin İştirakçısı, Xeyriyyə Tədbirlərinin İştirakçısı, Ümid Yeri Xeyriyyə Cəmiyyətinin Üzvü, Azərbaycan Mədəniyyəti Sosial Platformasının Sədr Muavini və Azərbaycan Mədəniyyəti Sosial Platformasının İcraçı Direktoru Fərid Şərifov


3 0

Şərhlər

Oxşar xəbərlər