BEYNƏLXALQ TƏHSİL FORUMU - 2024
12-05-2024, 16:30
766

BEYNƏLXALQ TƏHSİL FORUMU - 2024

TehsilForumu.Az xəbər verir ki 12 may 1250 müəllim Beynəlxalq Forumda bir araya gəldi.Möhtəşəm bir Forum keçrildi.

Ətraflı : Müasir dövrdə inkişaf etmiş dövlətlərin təcrübəsi təsdiqləyir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hər tərəfli tərəqqiyə nail olurlar. Təhsilin inkişafına göstərilən müstəsna diqqət və qayğı təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ilə bağlıdır. Bir sözlə, təhsilə göstərilən xidmət təqdirəlayiqdir.Hər bir xalqın, məmləkətin taleyində təhsil mühüm əhəmiyyət kəsb edir. O, cəmiyyətin irəliyə getməsi üçün bir mayakdır, işıqdır. Təhsilsiz xalq heç vaxt öz sərvətinin, dövlətinin sahibi ola bilməz. Cəmiyyətin, xalqın və dövlətin inkişafında təhsilin rolu danılmazdır: gənc nəslin müasir tələblər zəminində təhsillənməsi, gənclərin bilik və intellektual səviyyəsinin yüksəlməsi, onların gələcəkdə kamil mütəxəssis və ləyaqətli vətəndaşlar kimi yetişməsi kimi vacib işlər…
   Fəaliyyətinin 5 illiyi tamam olan Təhsil Forumu Sosial Platformasının ( təşkilatın təsisçisi və rəhbəri Emil Tağızadə) xətti ilə görülən işlər, əldə olunan nəticələr təqdirəlayiqdir.
Təşkilatın əsas qayəsi milli-mənəvi dəyərlərimizə hörmət etməklə, sağlam ruhlu və müasir düşüncəli şəxsiyyət yetişdirməyə yardımçı olmaqdır. Şəxsiyyət yetişdirmək isə çox çətin bir öhdəlikdir ki, bu iş valideynlərin və müəllimlərin üzərinə daha çox düşür. Təşkilat tərəfindən müəllimlər arasında maarifləndirici seminarlar, təlimlər təşkil etməklə onları nəzəri cəhətdən silahlandırmaq daim diqqətdə saxlanılır, müəllimlərə bu işə yaradıcı olmaqla nəzəri biliklərini səriştəyə çevirmələrində yardım göstərilir.
    Təhsilin inkişafına ictimai dəstək olan "Təhsil Forumu" Sosial Platformasının fəaliyyətinə nəzər salaq:
TehsilForumu.Az -2019-cu ildə yaradılmış bu qrup ilk öncə bütün fənlər üzrə test toplularını,hazırlıq vəsaitlərini, sınaq imtahanlarını PDF formatında paylaşımlar etməklə fəaliyyətə başlamışdır;
-2019-cu ildə 24 rayonda ödənişsiz olaraq 3 aylıq təlim və seminarlar təşkiledilmiş;
-2019-cu ildə Tanıyaq və Tanıdaq layihəmizlə qabaqcıl təhsil işçilərinin, gəncmüəllimlərin, fəal valideynlərin, istedadlı şagirdlərin tanınması,layihələr vasitəsi ilə 3895 müəllim, 275 direktor, 72 valdeyn və 435 şagirdlər arasında təqiqaqt aparılmış,nəticələr ictimaiyyətə çatdırılmışdır;
 -2019-cu il Pandemiya dövründə onlayn olaraq rəsm, şeir, məqalə və intellektual müsabiqələr təşkil olunmuş və qaliblər müxtəlif mükafatlarla təltif olunmuşlar; - 2019-cu ildə ümumi olaraq qrupa cəmi 5258 müraciət daxil olmuşdur ki, onun da 4906-sı öz həllini tapmışdır;
-2020-ci ildə Tanıyaq və Tanıdaq layihəsi ilə bərabər digər layihələr həyata keçirilmişdir, layihələrdən bir çox təhsil səhifələri, təhsil ilə bağlı assosiasiyalar, təhsil qrumları istifadə edirlər;
-Müəllimin Töhfəsi - bu layihədə iştirak edən 48 müəllim öz dərs metodlarını, açıq dərslərini, təhsilin inkişafı üçün təkliflərini video və məqalə formatında təqdim etmiş, müəllimlərin hər biri xüsusi mükaatlar və onlayn sertifikatlar ilə təltif olunmuşlar;
-Bələdçi Müəllim - layihəsində iştirak edən 130 müəllim tədris etdiyi fənn üzrə testlər tərtib edərək, izahlar verərək, canlı yayımlar edərək, maraqlı mövzulara toxunaraq tədris etdiyi fənni təbliğ etmişlər, hər biri xüsusi mükafatlar və onlayn olaraq Media Diplomları ilə təltif olunmuşlar;
-Təhsilimiz Bu Gün - layihəsində iştirak edən 92 məktəb direktoru, 3 Təhsil Şöbə müdiri və 24 körpələr evinin direktoru öz fəaliyyətlərini, pandemiya dövründə qarşılaşdığı çətinlikləri, yaranan nöqsanları necə aradan qaldırılmasına nail olmuşlar;
-İnnovativ müəllim - layihəsində iştirak edən 38 müəllim öz kreativ və fərqli dərs metodlarını video formatda təqdim etməklə iştirak etmişdi və qaliblər müxtəlif mükafatlarla təltif olunmuşlar;
-Gənc Müəllim nə düşünür - layihəsində iştirak edən 356 gənc müəllim və 18 gənc direktor təhsildə baş verən problemləri aradan qaldırmaq üçün, təhsilin inkişafı üçün öz təkliflərini bizimlə bölüşlər;
-Direktor və İctimaiyyət - bu layihədə iştirak edən 54 direktorla müsahibə götürülüb onların fəaliyyəti haqqında ictimaiyyətə geniş məlumat verilmişdir;
-2020-ci ildə 20 Yanvar, 2Fevral Gənclər Günü, 26 Fevral Xocalı Faciəsi, Novruz Bayramı, Aprel Döyüşlərinin anım günü, 10 May Ulu Öndər H. Əliyevin doğum günü, 15 İyun Milli Qurtuluş Günü, 26 İyun Silahlı Qüvvələr Günü münasibəti ilə rəsm, şeir, məqalə, videoçarx müsabiqələri keçirilmiş və qaliblər xüsusi mükafatlar və onlayn sertifikatlarla təltif edilmişlər;
-2020-ci ildə MİQ imtahanlarına hazırlaşanlara dəstək üçün bütün fənlər üzrəayrı-ayrılıqda ödənişsiz vatsapp qrupları yaradılaraq 6 aylıq onlayn dərslər keçirilmişdi; -2020-ci ildə Pandemiya dövründə bir çox ucqar kəndlərdən olan əlaçı şagirdləri onlayn dərslərdən yayınmasın deyə təşkilat tərəfindən 48 şagirdin İnternet Resurslarından istifadə etməsi təmin olunmuşdur;
-2020-ci ildə şagirdlər üçün ödənişsiz onlayn sınaq imtahanları həyatakeçirilmişdir;
-2020-ci ildə MİQ imtahanına hazırlaşanlara dəstək üçün təmənnasız olaraq çox sadə və asan şəkildə tərtib olunmuş Kurikulum vəsaiti və Müsahibə Sualları vəsaiti PDF formatında paylaşım edilmişdir;
-2020-ci il II Qarabağ müharibəsi zamanı Məktəbdən Səngərə layihəsi çərçivəsində bir qrup bütün xarici dil müəllimlərini səfərbər edib xarici kanalların səhifələrində ermənilərə arxa cəbhə olaraq lazımı cavablar verməyə çağırışlar etdi.
-2021-ci ildə qrup olaraq Təhsil Nazirliyinin 7 ən böyük layihələrin həyatakeçrilməsində fəlal içtirak etmişlər;
 -2021-ci ildə Aran Media Group Təşkilatı və Hədəf Nəşrləri ilə birlikdə təşkil Bilik Gününə həsr edilmiş Şagird - Müəllim - Valideyn adı altında şeir müsabiqəsi keçirilmiş, qaliblərin mükafatlandırılmışlar;
-2021-ci ildə "Təhsil Forumu" Sosial Platforması fəaliyyətini bölgələr üzrə qurmuş, hazırda 36 rayonda birgə fəaliyyət göstərir;
-2021-ci ildə 2 ən böyük Tədris Mərkəzləri olan MHM və TAİM ilə rəsmi olaraq əməkdaşlıq etməyə start verilmiş, 2021-ci ildə noyabr ayından etibarən "Təhsil Forumu" Sosial Platorması artıq adi sosial şəbəkə qrupu kimi deyil, özünəməxsus əsasnaməsi olan bir qrum kimi fəaliyyətə başlamışdır;
-2022-ci ildə Təhsil Forumu Sosial Platformasının TAM (Təhsildə Araşdırmalar Mərkəzi) internet televiziyası fəaliyyətə başlamışdır;
-2022-ci ildə Məktəbdən Bir Pəncərə adlı 52 məktəb iştirak edib layihəyə start verilib ;
 -2022-ci ildə Təhsil Forumu Sosial Platforması ilə 12 ölkənin tanınmış təhsil ocaqları ilə rəsmi olaraq əməkdaşlıq etmək üçün razılıq əldə olunmuş, birigə vebinar və seminarlar keçirir;.
-2023-cü ildə Tovuz Teleradio Company MMC-nin (təhsisçisi və rəbəri,baş drektoru Xəyal Quliyev) nəzdində fəaliyyət göstərən Kristal TV ilə əməkdaşlıq çərçivəsində razılıq əldə olunmuşdur ;
-2023-cü ildə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100- cü il dönümümünasibətilə "Ən yaxşı məqalə" müsabiqəsinə start verilmişdir;.
-2023-cü ildə (hazırda) Təhsil Forumu sosial platformasında MİQ vəSertifikasiya imtahanlarına hazırlaşanlara dəstək olaraq vəsaitlərin (testlər, suallar, PDF-lər) paylaşım olunmasına və müəyyən təlimçilər tərəfindən canlı yayımların təşkilinə başlanılıb.
-TEHSİLFORUMU.AZ-Təhsilin İnkişafına İctimai dəstək saytı (Baş redaktor Nigar xanım Məmmədova Əlmirzəyeva) fəaliyyət göstərir.
       Dünya ölkələrinin təcrübələrinin öyrənmək,beynəlxalq konfrans və seminarların keçirilməsi ilə müəllimlərimizin təhsil səviyyəsini artırılmasıda onlara dəstək olmağa ehtiyac var. 5il çox qısa zaman olsa da əslində bunun arxasında uzun illərin təcrübəsi dayanır. Bütünlüklə hədəf valideyn və müəllimlərələ bağlıdır.Bu günümüz və gələcəyimiz olan uşaq, yeniyetmə və gənclərin əsas tərbiyəedici qüvvəsi evdə valideynlər, təhsil ocağında isə müəllimlərdir. Ümumiyyətlə, sevgi möcüzələr yaradan, yeni insanlar, ən böyük bəşəri sərvətlər yaradan olduqca böyük və ali bir hissdir. Cəmiyyətimizi bu günümüzü və sabahımızı xoşbəxt görmək istiyiriksə, hər birimiz var gücümüzlə çalışmalyıq.
Təhsil Forumu Sosial Platforması peşəkar təhsil mütəxəssisləri ilə əməkdaşlıq edərək, gündən-günə auditoriyasını böyüdən,hədəfləri böyük, arzuları tükənməzdir.Təhsil Forumu Sosial Platformasının komandası cəmiyyətə güclü olmağı, elmə, biliyə, can atmağı təbliğ edir. Məqsəd elmi, təhsili, kitabı, bərabərliyi, sosial birliyi və fəal vətəndaşlığı təşviq etmək,təhsilimizin inkişafına əməli köməklik göstərməkdir. Xeyirhaq fəaliyyətində kollektivə cəsarətli addımlar atmağı və hədəflərinə çatmağı arzulayırıq.




 Zülfiyyə VƏLİYEVA 
ADPU-nin ETM 

Elmi işcisi.Əməkdar müəllim. Akademik M.Mehdizadə mükafatı laureatı

1 0

Şərhlər

Oxşar xəbərlər