“Təhsil vloqeri” müsabiqəsinə start verilir
29-03-2022, 07:15
353

“Təhsil vloqeri” müsabiqəsinə start verilir

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Təhsil vloqeri” müsabiqəsinə start verilir.

Bu barədə TehsilForumu.Az- a  Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd fərqli ideyaları və innovativ təşəbbüsləri ilə seçilən, maraqlı tədris mühiti formalaşdıraraq şagirdlərinin sevimlisinə çevrilən müəllimlərin ictimaiyyətə tanıdılmasıdır.

Müsabiqə üzrə tələblər:

- İştirakçı özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), çalışdığı təhsil müəssisəsinin adı, tədris etdiyi fənnin adı, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu mayın 20-dək [email protected] elektron ünvanına göndərməlidir.

Qeyd edək ki, müsabiqənin yekununda Təşkilat Komitəsi tərəfindən qaliblər müəyyənləşdirilərək təltif olunacaqlar.
0 0

Şərhlər

Oxşar xəbərlər