Təhsil və Elm Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Təhsil vloqeri” müsabiqəsinin qalibi mükafatlandırılıb.
8-08-2022, 17:38
359

Təhsil və Elm Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Təhsil vloqeri” müsabiqəsinin qalibi mükafatlandırılıb.


TehsilForumu.Az xəbər verir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev “Təhsil vloqeri” müsabiqəsində qalib olan Gəncə şəhər S.Vurğun adına 41 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Arzu Kərimovu qəbul edərək ona hədiyyə və təşəkkürnamə təqdim edib.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd fərqli ideyaları və innovativ təşəbbüsləri ilə seçilən, maraqlı tədris mühiti formalaşdıraraq şagirdlərinin sevimlisinə çevrilən müəllimlərin ictimaiyyətə tanıdılmasıdır
0 0

Şərhlər

Oxşar xəbərlər