Kişi və Qadın müəllimlərin geyim tərzi necə olmalıdır ?
19-05-2024, 08:13
1 130

Kişi və Qadın müəllimlərin geyim tərzi necə olmalıdır ?


TehsilForumu.Az. xəbər verir ki, Kişi və qadın müəllimlərimizin geyim tərzi zaman-zamna müzakirə olunan mövzulardan biridir. Baxmayaraq ki , vahid formaya qadın müəllimlərimiz ( xüsusi ilə gənclər ) daha çox etiraz edirlər , ölkəmizin ayrı-ayrı məktəblərində fərdi qaydada müəllimlər vahid geyim tətbiq ediblər . məktəb tərbiyə müəssisəsi kimi cəmiyyətə nümunəvi davranışı aşılmalıdır:

"Dar geyimdə, qısa ətəkdə, zinyət əşyaları ilə məktəbə gəlməyi doğru hesab etmirəm. Mən bunu insan hüquqlarının məhdudlaşdırılması kimi yox, nümunəvi davranışın təşviqi kimi görürəm. Vahid məktəbli forması tətbiq olunub. Həmçinin şənbə, bazar və istirahət günləri işə sərbəst və rahat geyim tərzində gəlmək olar. Həmin günlərdə əməkdaşın işgüzar görüşü planlaşdırılıbsa, o halda korporativ geyim tərzi istisna olmadan saxlanılmalıdır"

Ə.Ələkbərov qeyd edib ki, riayət etməkdə əməkdaşlarla yanaşı, struktur bölmələrin rəhbərləri də məsuliyyət daşımalıdırlar:

"Bu qaydaların pozulması halları əmək intizamının pozulması kimi qiymətləndirilməli, müvafiq tədbir görülməlidir".


Maraqlıdır , müəllimlərin geyim tərzi ilə bağlı təlimat varmı ?- Var . Təhsil Nazirliyinin hələ 2000-ci illərdə verdiyi təlimatla sizi tanış etmək istəyirik.Təlimatın dəqiq tarixini müəyyən edə bilməsək də , " Təhsil işçilərinin korporativ geyim tərzi " adlanan təlimatda , müəllimlərimizin geyim tərzi ilə bağlı aydın şəkildə göstərişlər var. 

Ümumi qaydalar :

səliqə və ciddilik;

kişilərdə təmiz təraşlı üz;

 manikür – açıq rəngli dırnaq boyaları;

 təmiz və baxımlı ayaqqabı;

 ətirlərdən orta dərəcədə istifadə olunmalıdır.

Kişi əməkdaşlar üçün korporativ geyim qaydaları :

Qadın əməkdaşlar üçün korporativ geyim qaydaları

Zəruridir 

kostyumun rəngi: tünd-göydən (boz, bej, tünd-qəhvəyi, zeytun və krem çalarlı) fil sümüyü rənginə
qədər;

mərasim və rəsmi görüşlər zamanı tünd rəngli kostyum;

 pencək ətək və ya şalvar ilə uyğun olmalıdır;

 dabanı qədərincə enli və hündürlüyü 10 sm-ə qədər olan işgüzar üslublu ayaqqabı;
 mövsümə uyğun corablar.

İcazə verilir

 qol saatı (işgüzar üslubda);

 nişan üzüyü;

 yaz və yay fəsillərində parçası daha yüngül, rəngi açıq çalarlı olan kostyum;

 kaşne, gödək şal və ya qalstuk;

 orta ölçülü bəzək əşyaları (evlilik üzüyü, sırğa, kulon, boyunbağı)


Qadağandır !

üzərində rəsmlər, mətnlər, insanların portretləri və heyvanların şəkilləri olan geyim;

dəri və ya cins parçadan olan geyim;
 
saçaqlar, lələklər;

ətək və ya don geyindikdə botinkanın uzunluğu dizdən 3 sm aşağı; 
artıq dekorla olan ayaqqabı;

corabsız geyilən açıq yay ayaqqabıları;

çimərlik ayaqqabıları;

sabo;

idman üslublu ayaqqabı;

parlaq parçalar;


qolsuz köynəklər;

açıq dekolte;

dar və gödək (dizdən 2 sm yuxarı) don və ətəklər, dərin kəsilmələr; bir qulağa 2-3 sırğa taxmaq 

şəffaf don və köynəklər və .s.


0 1

Şərhlər

Oxşar xəbərlər