“Azərbaycan 2030 və Dayanıqlı İnkişaf” Milli Tələbə Müsabiqəsi elan edilir.
8-04-2024, 14:46
328

“Azərbaycan 2030 və Dayanıqlı İnkişaf” Milli Tələbə Müsabiqəsi elan edilir.

TehsilForumu.Az - a verilən məlumata görə Müsabiqə Azərbaycan Gənclər Fondu və "Bir Könüllü" Tələbə Təşkilatının birgə təşkilatçılığı, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Təhsilin İnkişafı Fondu və BP Azərbaycanın dəstəyi ilə həyata keçirilir.

Hakaton formatında həyata keçiriləcək müsabiqənin məqsədi iqlim dəyişikliklərinə uyğunlaşma və onun təsirlərinin azaldılması istiqamətində tələbələrin innovativ layihə ideyalarının dəyərləndirilməsidir. 

Müsabiqə “Azərbaycan 2030” gündəliyinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetinə əsaslanaraq qeyd edilmiş mili prioritetin reallaşdırılması üçün nəzərdə tutulmuş məqsədlərə fokuslanacaq.

Müsabiqədə ali təhsil müəssisələrinin bakalavriat və ya magistratura səviyyəsində təhsil alan tələbələr iştirak edə bilər.

Müsabiqənin mükafatları: 
I yer - 2000 AZN
II yer - 1500 AZN
III yer - 1000 AZN

Qeyd: Müsabiqəyə müraciət komanda və fərdi şəkildə aparılır və komanda tərkibi 10 nəfərdən ibarət olmalıdır.

Məkan: Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
Tarix: 26-28 aprel
Son qeydiyyat tarixi: 20 aprel

Fərdi şəkildə müraciət üçün qeydiyyat üçün linki: https://forms.gle/ariLke23enkgwqTV7 
Komanda şəklində müraciət üçün qeydiyyat linki: https://forms.gle/naNKUFEohNxjY4YbA

#EATDA #TəhsilinİnkişafıFondu #AzGF #BirKönüllü #BP #BPAzerbaijan
0 0

Şərhlər

Oxşar xəbərlər