Bakı məktəblisinin növbəti uğuru
25-04-2024, 15:30
455

Bakı məktəblisinin növbəti uğuru

TehsilForumu.Az -  a verilən məlumata görə Bakı məktəblilərinin olimpiadalarda, müxtəlif  müsabiqə və yarışlarda qazandığı qələbələr bizi sevindirməkdə davam edir. Gündən-günə yeniyetmə və gənclərimizin uğurları barədə yeni-yeni xəbərlər alırıq.
Gürcüstan Qori şəhərində keçirilən Karate üzrə Beyxalxaq yarışda  Bakı şəhəri A.İ.Məmmədov adına 38 nömrəli tam orta məktəbin 10 a sinif şagirdi Əhmədova Nərmin yarım finalda erməni rəqibinə qalib gələrək finala vəsiqə qazanıb. Bu barədə Nərminin məşqçisi Qori şəhərindən məktəb rəhbərliyinə zəng edərək, məlumat verib.



0 0

Şərhlər

Oxşar xəbərlər