Azərbaycan müəllimi ilə qürur duy, çünki yeganə varlıqdır ki , onun əməyinin dəyəri bilinməz.
25-04-2024, 21:47
665

Azərbaycan müəllimi ilə qürur duy, çünki yeganə varlıqdır ki , onun əməyinin dəyəri bilinməz.

Azərbaycan müəllimi ilə qürur duy, çünki yeganə varlıqdır ki , onun əməyinin dəyəri bilinməz.

"Təhsildə yeni çağırışlar” regional konfransı Xaçmazda
Mayın 4-də növbəti “Təhsildə yeni çağırışlar” regional konfransı Xaçmazda keçiriləcək. 
Konfrans Quba–Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin pedaqoji heyəti üçün nəzərdə tutulur. 
Regional konfrans Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və “T–Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Quba–Xaçmaz Regional Təhsil İdarəsinin dəstəyi ilə keçiriləcək. Konfransa media dəstəyi isə Təhsil TV və “Azərbaycan müəllimi” qəzeti tərəfindən göstəriləcək. 
Konfransda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva, Quba–Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, ADA Universitetinin prorektoru Vəfa Kazdal, Qazi Universitetinin müəllimi Necati Cemaloğlu, TKTA-nın “Məktəbəqədər və ümumi təhsil müəssisələrində keyfiyyət monitorinqi layihəsi”nin icrası üzrə rəhbəri Nəcməddin Mehtiyev çıxış edəcəklər.
‼️Konfransda iştirak etmək istəyən hər müəllim “Facebook” profilində “Azərbaycan müəllimi ilə qürur duy, çünki...” cümləsini yazaraq tamamlamalı və hər kəsə açıq formada #dahatəhsilligələcək həştəqi ilə paylaşmalıdır. Sonra isə müvafiq link vasitəsilə qeydiyyatdan keçməlidir: 

https://forms.gle/ZZHVWW4TR3GmcfgE7
Qeyd edək ki, konfransda iştirak üçün yalnız seçilmiş şəxslərlə əlaqə saxlanılacaq. Yekunda isə iştirakçılara sertifikat veriləcək.

 Növbəti konfransın hansı regionda keçirilməsini istərdiniz, əziz həmkarlar? Şərhdə qeyd edin, görüşək! 




#dahatəsilligələcək
0 0

Şərhlər

Oxşar xəbərlər