Təhsil müəssisəsinin, ixtisasın və ya təhsilalma formasının dəyişdirilməsi-QAYDALAR
24-03-2024, 16:50
257

Təhsil müəssisəsinin, ixtisasın və ya təhsilalma formasının dəyişdirilməsi-QAYDALAR

Təhsil müəssisəsinin, ixtisasın və ya təhsilalma formasının dəyişdirilməsi

Ətraflı məlumat üçün keçidə daxil olaraq qaydalarla tanış ola bilərsiniz:

https://e-qanun.az/framework/56513

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİNİN

KOLLEGİYASININ QƏRARI

№ KQ-02

Bakı şəhəri “21” fevral 2024-cü il

Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində, habelə orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi qaydalarının təsdiq edilməsi, “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 1996-cı il 7 avqust tarixli 402 nömrəli əmrində dəyişiklik edilməsi və “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli, 5/2 nömrəli Qərarının ləğv edilməsi barədə 

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 790-VIQD nömrəli Qanununun tətbiqi və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 10 fevral tarixli 2036 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyası qərara alır:

1. “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nazirliyinin 1996-cı il 7 avqust tarixli 402 nömrəli əmrinin 1-ci hissəsi ləğv edilsin.

4. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli, 5/2 nömrəli Qərarı ləğv edilsin.

5. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının Hüquq şöbəsinə (S.Mahmudov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

6. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparatının Elm və ali təhsil siyasəti şöbəsinə (T.Süleyman), Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə (Ü.Səttarova), Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə (V.Xanlarov) tapşırılsın ki, bu Qərardan irəli gələn vəzifələrin icrasını təmin etsinlər.

7. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinə (R.Xanlarov) tapşırılsın ki, bu Qərarın surətinin Nazirliyin aidiyyəti struktur bölmələrinə və qurumlarına göndərilməsini təmin etsin.

8. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2024-cü il 12 yanvar tarixli 3-29/3-2-05F/2024 nömrəli əmri ilə müəyyən edilmiş kurasiya bölgüsünə əsasən həyata keçirilsin.

Kollegiyanın sədri,

Nazir
Emin Əmrullayev

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1 nömrəli əlavə

Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi)

QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.10-1-ci maddəsinə əsasən hazırlanmışdır və ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların (bundan sonra -tələbələr) təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) məsələlərini tənzimləyir.

1.2. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə şamil edilir.

1.3. Təhsil müəssisəsini, ixtisasını dəyişən və təhsil müəssisəsinə bərpa olunan şəxslər (dövlət sifarişi ilə təhsil alıb eyni ixtisas üzrə təhsil müəssisəsini, təhsilalma formasını dəyişən, akademik məzuniyyətdən qayıtdıqda əvvəllər təhsil aldığı ixtisas üzrə həmin müəssisədə kadr hazırlığı aparılmadığı halda ixtisasını dəyişən tələbələr istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Bu zaman tələbə təhsil alacağı tədris qrupunda təhsil alanlar üçün müvafiq ixtisas üzrə müəyyən edilən məbləğdə təhsil haqqı ödəyir.

1.4. Dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramı əsasında və təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota çərçivəsində Azərbaycan Respublikasında təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslər akademik məzuniyyətdən qayıtdıqda təhsillərini ödənişsiz əsaslarla davam etdirirlər.

1.5. Tələbə təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdikdə, təhsil müəssisəsinə bərpa olunduqda və ya akademik məzuniyyətdən qayıtdıqda, onun əvvəllər qazandığı kreditlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.15-ci yarımbəndinin müddəaları gözlənilməklə nəzərə alınır.1.6. Təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, təhsil müəssisəsinə bərpa olunma və ya akademik məzuniyyətdən sonra təhsilini davam etdirmə tələbənin əvvəl təhsil aldığı tədris dilinə (tədris dilinin ingilis dilindən ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinə və ya ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinin ingilis dilinə dəyişdirilməsi halları istisna olmaqla) uyğun aparılır.

2. Tələbələr tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi

2.1. Tələbələrin təhsil aldıqları müddətdə təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi onların müraciətləri əsasında yay tətili dövründə ali təhsil müəssisələri tərəfindən yalnız 1 (bir) dəfə həyata keçirilir.

2.2. Təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamayan tələbələrin təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişdirməsinə yol verilmir.

2.3. Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində normativ təhsil müddətinin sonuncu tədris ilində və ya normativ təhsil müddətindən artıq (müddətli həqiqi hərbi xidmət dövrü daxil deyil) müddətdə təhsil alan tələbələrin təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsinə yol verilmir.

2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”na uyğun olaraq ali təhsil müəssisəsinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmuş subbakalavrların təhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə yol verilmir.

2.5. Ali təhsilin magistratura səviyyəsində təhsil alan tələbələrin ixtisaslarını (ixtisaslaşmasını) dəyişdirməsinə yol verilmir.2.6. Ali təhsilin magistratura səviyyəsində normativ təhsil müddətindən artıq (müddətli həqiqi hərbi xidmət dövrü daxil deyil) müddətdə təhsil alan tələbələrin təhsil müəssisəsini və təhsilalma formasını dəyişdirməsinə yol verilmir.

2.7. Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində təhsil alan tələbələr tərəfindən ixtisasın dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları” ilə müəyyən olunmuş eyni ixtisas qrupu daxilində aparılır.

2.8. Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində təhsil alan tələbənin (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbələr, eləcə də “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci və 26.5-3-cü maddələrinə əsasən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunanlar istisna olmaqla) təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi o şərtlə aparılır ki, həmin tələbənin tələbə qəbulu imtahanında topladığı bal ali təhsil müəssisəsinə qəbul olunduğu ildə dəyişmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas və təhsilalma forması üzrə minimal keçid balından (tələbənin qəbul olduğu il üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə (bundan sonra – Nazirlik) razılaşdırmaqla müəyyən edilmiş müsabiqə şərtləri gözlənilməklə) çox olsun.
maddəsinə əsasən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunan tələbələrin ixtisasını dəyişməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri”nin 6-cı hissəsi nəzərə alınmaqla həyata keçirilir.

2.12. Ali təhsilin magistratura səviyyəsində təhsil alan tələbənin öz ixtisası (ixtisaslaşması) üzrə təhsil müəssisəsini dəyişməsi o şərtlər aparılır ki, həmin tələbənin magistraturaya qəbul imtahanında topladığı bal, dəyişmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas (ixtisaslaşması) üzrə minimal keçid balından (tələbənin magistraturaya qəbul olunduğu il üzrə) çox olsun.
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİNİN

KOLLEGİYASININ QƏRARI

№ KQ-02

Bakı şəhəri “21” fevral 2024-cü il

Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində, habelə orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi qaydalarının təsdiq edilməsi, “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 1996-cı il 7 avqust tarixli 402 nömrəli əmrində dəyişiklik edilməsi və “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli, 5/2 nömrəli Qərarının ləğv edilməsi barədə

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 790-VIQD nömrəli Qanununun tətbiqi və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 10 fevral tarixli 2036 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyası qərara alır:

1. “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nazirliyinin 1996-cı il 7 avqust tarixli 402 nömrəli əmrinin 1-ci hissəsi ləğv edilsin.

4. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli, 5/2 nömrəli Qərarı ləğv edilsin.

5. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının Hüquq şöbəsinə (S.Mahmudov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

6. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparatının Elm və ali təhsil siyasəti şöbəsinə (T.Süleyman), Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə (Ü.Səttarova), Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə (V.Xanlarov) tapşırılsın ki, bu Qərardan irəli gələn vəzifələrin icrasını təmin etsinlər.

7. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinə (R.Xanlarov) tapşırılsın ki, bu Qərarın surətinin Nazirliyin aidiyyəti struktur bölmələrinə və qurumlarına göndərilməsini təmin etsin.

8. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2024-cü il 12 yanvar tarixli 3-29/3-2-05F/2024 nömrəli əmri ilə müəyyən edilmiş kurasiya bölgüsünə əsasən həyata keçirilsin.

Kollegiyanın sədri,

Nazir

Emin Əmrullayev

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1 nömrəli əlavə

Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi)

QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.10-1-ci maddəsinə əsasən hazırlanmışdır və ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların (bundan sonra -tələbələr) təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) məsələlərini tənzimləyir.

1.2. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə şamil edilir.

1.3. Təhsil müəssisəsini, ixtisasını dəyişən və təhsil müəssisəsinə bərpa olunan şəxslər (dövlət sifarişi ilə təhsil alıb eyni ixtisas üzrə təhsil müəssisəsini, təhsilalma formasını dəyişən, akademik məzuniyyətdən qayıtdıqda əvvəllər təhsil aldığı ixtisas üzrə həmin müəssisədə kadr hazırlığı aparılmadığı halda ixtisasını dəyişən tələbələr istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Bu zaman tələbə təhsil alacağı tədris qrupunda təhsil alanlar üçün müvafiq ixtisas üzrə müəyyən edilən məbləğdə təhsil haqqı ödəyir.

1.4. Dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramı əsasında və təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota çərçivəsində Azərbaycan Respublikasında təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslər akademik məzuniyyətdən qayıtdıqda təhsillərini ödənişsiz əsaslarla davam etdirirlər.

1.5. Tələbə təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdikdə, təhsil müəssisəsinə bərpa olunduqda və ya akademik məzuniyyətdən qayıtdıqda, onun əvvəllər qazandığı kreditlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.15-ci yarımbəndinin müddəaları gözlənilməklə nəzərə alınır.

1.6. Təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, təhsil müəssisəsinə bərpa olunma və ya akademik məzuniyyətdən sonra təhsilini davam etdirmə tələbənin əvvəl təhsil aldığı tədris dilinə (tədris dilinin ingilis dilindən ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinə və ya ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinin ingilis dilinə dəyişdirilməsi halları istisna olmaqla) uyğun aparılır.

2. Tələbələr tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi

2.1. Tələbələrin təhsil aldıqları müddətdə təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi onların müraciətləri əsasında yay tətili dövründə ali təhsil müəssisələri tərəfindən yalnız 1 (bir) dəfə həyata keçirilir.

2.2. Təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamayan tələbələrin təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişdirməsinə yol verilmir.

2.3. Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində normativ təhsil müddətinin sonuncu tədris ilində və ya normativ təhsil müddətindən artıq (müddətli həqiqi hərbi xidmət dövrü daxil deyil) müddətdə təhsil alan tələbələrin təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsinə yol verilmir.

2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”na uyğun olaraq ali təhsil müəssisəsinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmuş subbakalavrların təhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə yol verilmir.

2.5. Ali təhsilin magistratura səviyyəsində təhsil alan tələbələrin ixtisaslarını (ixtisaslaşmasını) dəyişdirməsinə yol verilmir.

2.6. Ali təhsilin magistratura səviyyəsində normativ təhsil müddətindən artıq (müddətli həqiqi hərbi xidmət dövrü daxil deyil) müddətdə təhsil alan tələbələrin təhsil müəssisəsini və təhsilalma formasını dəyişdirməsinə yol verilmir.

2.7. Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində təhsil alan tələbələr tərəfindən ixtisasın dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları” ilə müəyyən olunmuş eyni ixtisas qrupu daxilində aparılır.

2.8. Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində təhsil alan tələbənin (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbələr, eləcə də “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci və 26.5-3-cü maddələrinə əsasən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunanlar istisna olmaqla) təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi o şərtlə aparılır ki, həmin tələbənin tələbə qəbulu imtahanında topladığı bal ali təhsil müəssisəsinə qəbul olunduğu ildə dəyişmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas və təhsilalma forması üzrə minimal keçid balından (tələbənin qəbul olduğu il üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə (bundan sonra – Nazirlik) razılaşdırmaqla müəyyən edilmiş müsabiqə şərtləri gözlənilməklə) çox olsun.

2.9. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbənin təhsil müəssisəsinin, ixtisasının, təhsilalma formasının dəyişdirilməsi zamanı onun tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının və ali təhsil müəssisəsinə qəbulu üçün verdiyi qabiliyyət imtahanının nəticələri nəzərə alınır.

2.10. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 26.5-ci maddəsinə əsasən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunan tələbələr ixtisaslarını yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın 2-ci hissəsində göstərilən ixtisaslara dəyişdirmək hüququna malikdirlər.

2.11. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 26.5-3-cü maddəsinə əsasən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunan tələbələrin ixtisasını dəyişməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri”nin 6-cı hissəsi nəzərə alınmaqla həyata keçirilir.

2.13. Ali təhsil müəssisəsinə tələbə qəbulu imtahanlarında (və ya qəbul imtahanlarının ikinci mərhələsində) iştirak etməyən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 3.1.5-ci yarımbəndinə uyğun qəbul olunanlar istisna olmaqla) və ya iştirak edib xarici dövlətlərin ali təhsil müəssisələrinə tam orta təhsil haqqında dövlət sənədi əsasında qəbul olunan tələbələrin təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını digər ali təhsil müəssisəsinə, ixtisasa, təhsilalma formasına dəyişdirməsi zamanı aşağıdakı göstəricilərdən biri nəzərə alınır:

2.13.1. beynəlxalq səviyyəli imtahanlarda və ya təhsil aldığı ölkədə ali təhsil müəssisəsinə qəbul olunmaq üçün keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarında qazandığı nəticələr (bakalavriat səviyyəsi üçün SAT imtahanından yeni şkala üzrə ən azı 1200 bal (riyaziyyat üzrə ən azı 650 bal), YÖS imtahanlarında ən azı 75 faiz, ЕГЭ imtahanlarında 300 bal (hər fənn üzrə minimum 75 bal), AP – 3 və ya 4, İB diplom – 25-35, A-Level – C və ya B, ACT – 27 bal);

2.13.2. tələbənin ali təhsil müəssisəsinə qəbul olunduğu ildə həmin ali təhsil müəssisəsinin “Times Higher Education World University Rankings”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai Ranking)” beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların ən azı birində ilk 500 pillədə yer alması.

2.14. Xarici ölkələrin ali təhsil müəssisələrində dövlət proqramları və ya hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin ali təhsil müəssisələrinə dəyişməsi yalnız həmin proqramlar çərçivəsində təhsilinə xitam verildiyi halda həyata keçirilir.

2.15. Təhsilalma formasının dəyişdirilməsi tələbənin ali təhsil müəssisəsinə qəbul olduğu tədris ilində həmin ixtisas (ixtisaslaşma) üzrə müvafiq təhsilalma formasına qəbul aparıldığı halda həyata keçirilir.

2.16. Xüsusi təyinatlı ali təhsil müəssisəsinin tələbəsinin təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişdirməsi yalnız həmin müəssisənin nizamnaməsində nəzərdə tutulduğu halda bu Qaydaların 2.1-2.15-ci bəndlərinin tələbləri nəzərə alınmaqla həyata keçirilir.

3. Təhsil müəssisəsindən xaric olunma

3.1. Tələbələr aşağıdakı hallarda ali təhsil müəssisəsindən xaric edilir:

3.1.1. öz arzusu ilə;

3.1.2. ali təhsil müəssisəsini dəyişdikdə;

3.1.3. ali təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarını kobud şəkildə (o cümlədən 3 ay davamlı olaraq dərslərdə iştirak etmədikdə və bu müddətdə ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda) və ya dəfələrlə pozduqda;

3.1.4. səhhətinə görə (həkim-məsləhət (və ya tibbi-həkim ekspertiza) komissiyasının arayışına (və ya qərarına) əsasən);

3.1.5. növbəti tədris ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda;

3.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) və ya həmin icazənin ləğv edildiyi halda;

3.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının təhsil müəssisəsinə əyani təhsilalma formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün icazənin verildiyini təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim etmədikdə;

edilmiş şəxsə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinə uyğun olaraq müvafiq arayış və şəxsi işində saxlanılan təhsil haqqında dövlət sənədinin əsli (olduğu halda) verilir, həmin sənədin surəti və xaric olunma haqqında əmrdən çıxarış isə ali təhsil müəssisəsində tələbənin şəxsi işində saxlanılır.

3.4. Xüsusi təyinatlı ali təhsil müəssisəsinin tələbəsinin həmin müəssisədən xaric olunması həmin müəssisənin nizamnaməsində nəzərdə tutulan əsaslarla həyata keçirilir.

4. Təhsil müəssisəsinə bərpa olunma

4.1. Ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər xaric olunma tarixindən 15 il müddətində yalnız əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq üçün müraciət edə bilərlər. Bu zaman payız semestrində təhsil müəssisəsindən xaric olunan şəxslər növbəti payız semestrində (semestrlərində), yaz semestrində xaric olunan şəxslər isə yalnız növbəti yaz semestrində (semestrlərində) təhsil müəssisəsinə bərpa olunurlar.

4.2. Təhsil müəssisəsi (xüsusi təyinatlı ali təhsil müəssisəsi istisna olmaqla) yenidən təşkil edildiyi və ya ləğv olunduğu halda, sabiq tələbə təhsil aldığı ali təhsil müəssisəsinin hüquqi varisi olan və ya Nazirliyin müəyyən etdiyi ali təhsil müəssisəsinə bu Qaydaların 4.1-ci bəndində göstərilən müddət ərzində bərpa oluna bilər.

4.3. Təhsil müəssisəsinə bərpa olunma yay və qış tətili dövründə həyata keçirilir.2.12-ci bəndinin tələbləri nəzərə alınmaqla bərpa oluna bilər. Bərpa olunmaq istəyən şəxsin əvvəl təhsil aldığı ixtisas, ixtisaslaşma və təhsilalma forması üzrə heç bir təhsil müəssisəsində kadr hazırlığı aparılmırsa (ixtisas ləğv olunduğu halda), o, uyğun ixtisas və ixtisaslaşma üzrə (ixtisas və ixtisaslaşmaların uyğunluğu Nazirlik tərəfindən müəyyən olunur, bu zaman şəxsin əvvəl təhsil aldığı və bərpa olduğu ixtisasların eyni ixtisaslar qrupuna daxil olması nəzərə alınır) öz təhsil müəssisəsinə (təhsil müəssisəsi ləğv edildiyi halda digər təhsil müəssisəsinə) bərpa oluna bilər.4.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”na uyğun olaraq ali təhsil müəssisəsinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmuş subbakalavrlar təhsil müəssisəsindən xaric olunduqda yalnız qəbul olunduğu ixtisas və təhsilalma forması (qəbul olunduqları ixtisas və təhsilalma formasında kadr hazırlığı aparılmadığı halda həmin təhsil müəssisəsində digər ixtisas və təhsilalma forması) üzrə bərpa oluna bilərlər.

4.7. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 26.5-ci maddəsinə əsasən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunan tələbələr təhsil müəssisəsindən xaric olunduqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın 2-ci hissəsində göstərilən ixtisaslardan kənar ixtisasa bərpa üçün müraciət edə bilməzlər.

4.8. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 26.5-3-cü maddəsinə əsasən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunan tələbələr təhsil müəssisəsindən xaric olunduqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri”nin 6-cı hissəsi nəzərə alınmaqla bərpa oluna bilərlər.bilərlər. Belə hallarda xüsusi təyinatlı ali təhsil müəssisələrinə bərpa həmin təhsil müəssisələrinin tabe olduqları qurumların razılığı ilə, bu Qaydaların 4.1-ci bəndinin ikinci cümləsində və 4.3-4.9-cu bəndlərində göstərilən qaydada, lakin ən çoxu müvafiq ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç) il ərzində (müddətli həqiqi hərbi xidmət dövrü nəzərə alınmamaqla) həyata keçirlir. Bu zaman xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric olunaraq müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnu saxlayan sabiq kursantlar həmin möhlət hüququnun qüvvədə olduğu müddətdə, müddətli həqiqi hərbi xidmətə göndərilən sabiq kursantlar müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra, hərbi və xüsusi rütbəli şəxslərlə komplektləşdirilən dəyişən heyətin sırasından xaric edilmiş digər şəxslər isə xidməti fəaliyyətlərini davam etdirdikləri müddətdə (qanunla müvafiq heyətlər üçün müəyyən edilmiş xidmətkeçmənin yaş hədləri daxilində) xüsusi təyinatlı ali təhsil müəssisələrinə bərpa olunurlar.

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİNİN

KOLLEGİYASININ QƏRARI

№ KQ-02

Bakı şəhəri “21” fevral 2024-cü il

Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində, habelə orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi qaydalarının təsdiq edilməsi, “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 1996-cı il 7 avqust tarixli 402 nömrəli əmrində dəyişiklik edilməsi və “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli, 5/2 nömrəli Qərarının ləğv edilməsi barədə

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 790-VIQD nömrəli Qanununun tətbiqi və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 10 fevral tarixli 2036 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyası qərara alır:

1. “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nazirliyinin 1996-cı il 7 avqust tarixli 402 nömrəli əmrinin 1-ci hissəsi ləğv edilsin.

4. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli, 5/2 nömrəli Qərarı ləğv edilsin.

5. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının Hüquq şöbəsinə (S.Mahmudov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

6. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparatının Elm və ali təhsil siyasəti şöbəsinə (T.Süleyman), Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə (Ü.Səttarova), Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə (V.Xanlarov) tapşırılsın ki, bu Qərardan irəli gələn vəzifələrin icrasını təmin etsinlər.

7. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinə (R.Xanlarov) tapşırılsın ki, bu Qərarın surətinin Nazirliyin aidiyyəti struktur bölmələrinə və qurumlarına göndərilməsini təmin etsin.

8. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2024-cü il 12 yanvar tarixli 3-29/3-2-05F/2024 nömrəli əmri ilə müəyyən edilmiş kurasiya bölgüsünə əsasən həyata keçirilsin.

Kollegiyanın sədri,

Nazir

Emin Əmrullayev

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1 nömrəli əlavə

Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi)

QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.10-1-ci maddəsinə əsasən hazırlanmışdır və ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların (bundan sonra -tələbələr) təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) məsələlərini tənzimləyir.

1.2. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə şamil edilir.

1.3. Təhsil müəssisəsini, ixtisasını dəyişən və təhsil müəssisəsinə bərpa olunan şəxslər (dövlət sifarişi ilə təhsil alıb eyni ixtisas üzrə təhsil müəssisəsini, təhsilalma formasını dəyişən, akademik məzuniyyətdən qayıtdıqda əvvəllər təhsil aldığı ixtisas üzrə həmin müəssisədə kadr hazırlığı aparılmadığı halda ixtisasını dəyişən tələbələr istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Bu zaman tələbə təhsil alacağı tədris qrupunda təhsil alanlar üçün müvafiq ixtisas üzrə müəyyən edilən məbləğdə təhsil haqqı ödəyir.

1.4. Dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramı əsasında və təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota çərçivəsində Azərbaycan Respublikasında təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslər akademik məzuniyyətdən qayıtdıqda təhsillərini ödənişsiz əsaslarla davam etdirirlər.

1.5. Tələbə təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdikdə, təhsil müəssisəsinə bərpa olunduqda və ya akademik məzuniyyətdən qayıtdıqda, onun əvvəllər qazandığı kreditlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.15-ci yarımbəndinin müddəaları gözlənilməklə nəzərə alınır.

1.6. Təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, təhsil müəssisəsinə bərpa olunma və ya akademik məzuniyyətdən sonra təhsilini davam etdirmə tələbənin əvvəl təhsil aldığı tədris dilinə (tədris dilinin ingilis dilindən ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinə və ya ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinin ingilis dilinə dəyişdirilməsi halları istisna olmaqla) uyğun aparılır.

2. Tələbələr tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi

2.1. Tələbələrin təhsil aldıqları müddətdə təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi onların müraciətləri əsasında yay tətili dövründə ali təhsil müəssisələri tərəfindən yalnız 1 (bir) dəfə həyata keçirilir.

2.2. Təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamayan tələbələrin təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişdirməsinə yol verilmir.

2.3. Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində normativ təhsil müddətinin sonuncu tədris ilində və ya normativ təhsil müddətindən artıq (müddətli həqiqi hərbi xidmət dövrü daxil deyil) müddətdə təhsil alan tələbələrin təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsinə yol verilmir.

2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”na uyğun olaraq ali təhsil müəssisəsinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmuş subbakalavrların təhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə yol verilmir.

2.5. Ali təhsilin magistratura səviyyəsində təhsil alan tələbələrin ixtisaslarını (ixtisaslaşmasını) dəyişdirməsinə yol verilmir.

2.6. Ali təhsilin magistratura səviyyəsində normativ təhsil müddətindən artıq (müddətli həqiqi hərbi xidmət dövrü daxil deyil) müddətdə təhsil alan tələbələrin təhsil müəssisəsini və təhsilalma formasını dəyişdirməsinə yol verilmir.

2.7. Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində təhsil alan tələbələr tərəfindən ixtisasın dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları” ilə müəyyən olunmuş eyni ixtisas qrupu daxilində aparılır.

2.8. Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində təhsil alan tələbənin (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbələr, eləcə də “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci və 26.5-3-cü maddələrinə əsasən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunanlar istisna olmaqla) təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi o şərtlə aparılır ki, həmin tələbənin tələbə qəbulu imtahanında topladığı bal ali təhsil müəssisəsinə qəbul olunduğu ildə dəyişmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas və təhsilalma forması üzrə minimal keçid balından (tələbənin qəbul olduğu il üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə (bundan sonra – Nazirlik) razılaşdırmaqla müəyyən edilmiş müsabiqə şərtləri gözlənilməklə) çox olsun.

2.9. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbənin təhsil müəssisəsinin, ixtisasının, təhsilalma formasının dəyişdirilməsi zamanı onun tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının və ali təhsil müəssisəsinə qəbulu üçün verdiyi qabiliyyət imtahanının nəticələri nəzərə alınır.

2.10. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 26.5-ci maddəsinə əsasən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunan tələbələr ixtisaslarını yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın 2-ci hissəsində göstərilən ixtisaslara dəyişdirmək hüququna malikdirlər.

2.11. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 26.5-3-cü maddəsinə əsasən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunan tələbələrin ixtisasını dəyişməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri”nin 6-cı hissəsi nəzərə alınmaqla həyata keçirilir.

2.12. Ali təhsilin magistratura səviyyəsində təhsil alan tələbənin öz ixtisası (ixtisaslaşması) üzrə təhsil müəssisəsini dəyişməsi o şərtlər aparılır ki, həmin tələbənin magistraturaya qəbul imtahanında topladığı bal, dəyişmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas (ixtisaslaşması) üzrə minimal keçid balından (tələbənin magistraturaya qəbul olunduğu il üzrə) çox olsun.

2.13. Ali təhsil müəssisəsinə tələbə qəbulu imtahanlarında (və ya qəbul imtahanlarının ikinci mərhələsində) iştirak etməyən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 3.1.5-ci yarımbəndinə uyğun qəbul olunanlar istisna olmaqla) və ya iştirak edib xarici dövlətlərin ali təhsil müəssisələrinə tam orta təhsil haqqında dövlət sənədi əsasında qəbul olunan tələbələrin təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını digər ali təhsil müəssisəsinə, ixtisasa, təhsilalma formasına dəyişdirməsi zamanı aşağıdakı göstəricilərdən biri nəzərə alınır:

2.13.1. beynəlxalq səviyyəli imtahanlarda və ya təhsil aldığı ölkədə ali təhsil müəssisəsinə qəbul olunmaq üçün keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarında qazandığı nəticələr (bakalavriat səviyyəsi üçün SAT imtahanından yeni şkala üzrə ən azı 1200 bal (riyaziyyat üzrə ən azı 650 bal), YÖS imtahanlarında ən azı 75 faiz, ЕГЭ imtahanlarında 300 bal (hər fənn üzrə minimum 75 bal), AP – 3 və ya 4, İB diplom – 25-35, A-Level – C və ya B, ACT – 27 bal);

2.13.2. tələbənin ali təhsil müəssisəsinə qəbul olunduğu ildə həmin ali təhsil müəssisəsinin “Times Higher Education World University Rankings”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai Ranking)” beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların ən azı birində ilk 500 pillədə yer alması.

2.14. Xarici ölkələrin ali təhsil müəssisələrində dövlət proqramları və ya hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin ali təhsil müəssisələrinə dəyişməsi yalnız həmin proqramlar çərçivəsində təhsilinə xitam verildiyi halda həyata keçirilir.

2.15. Təhsilalma formasının dəyişdirilməsi tələbənin ali təhsil müəssisəsinə qəbul olduğu tədris ilində həmin ixtisas (ixtisaslaşma) üzrə müvafiq təhsilalma formasına qəbul aparıldığı halda həyata keçirilir.

2.16. Xüsusi təyinatlı ali təhsil müəssisəsinin tələbəsinin təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişdirməsi yalnız həmin müəssisənin nizamnaməsində nəzərdə tutulduğu halda bu Qaydaların 2.1-2.15-ci bəndlərinin tələbləri nəzərə alınmaqla həyata keçirilir.

3. Təhsil müəssisəsindən xaric olunma

3.1. Tələbələr aşağıdakı hallarda ali təhsil müəssisəsindən xaric edilir:

3.1.1. öz arzusu ilə;

3.1.2. ali təhsil müəssisəsini dəyişdikdə;

3.1.3. ali təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarını kobud şəkildə (o cümlədən 3 ay davamlı olaraq dərslərdə iştirak etmədikdə və bu müddətdə ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda) və ya dəfələrlə pozduqda;

3.1.4. səhhətinə görə (həkim-məsləhət (və ya tibbi-həkim ekspertiza) komissiyasının arayışına (və ya qərarına) əsasən);

3.1.5. növbəti tədris ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda;

3.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) və ya həmin icazənin ləğv edildiyi halda;

3.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının təhsil müəssisəsinə əyani təhsilalma formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün icazənin verildiyini təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim etmədikdə;

3.1.8. yekun dövlət attestasiyasından keçmədikdə (təqvim ilinin sonuna qədər yekun dövlət attestasiyasında iştirak etmədikdə).

3.2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ali təhsil müəssisəsindən xaric edilmiş Azərbaycan Respublikasının vətəndaşı (qanunla müəyyən edilmiş hallarda hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilərək müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilənlər istisna olmaqla) 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Möhlət hüququnu itirmiş şəxslər barədə rəsmi məlumat 7 (yeddi) gün müddətində ali təhsil müəssisəsi tərəfindən tələbələrin hərbi qeydiyyatda olduqları dövlət qurumuna verilir.

3.3. Ali təhsil müəssisəsindən xaric edilmiş şəxsə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinə uyğun olaraq müvafiq arayış və şəxsi işində saxlanılan təhsil haqqında dövlət sənədinin əsli (olduğu halda) verilir, həmin sənədin surəti və xaric olunma haqqında əmrdən çıxarış isə ali təhsil müəssisəsində tələbənin şəxsi işində saxlanılır.

3.4. Xüsusi təyinatlı ali təhsil müəssisəsinin tələbəsinin həmin müəssisədən xaric olunması həmin müəssisənin nizamnaməsində nəzərdə tutulan əsaslarla həyata keçirilir.

4. Təhsil müəssisəsinə bərpa olunma

4.1. Ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər xaric olunma tarixindən 15 il müddətində yalnız əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq üçün müraciət edə bilərlər. Bu zaman payız semestrində təhsil müəssisəsindən xaric olunan şəxslər növbəti payız semestrində (semestrlərində), yaz semestrində xaric olunan şəxslər isə yalnız növbəti yaz semestrində (semestrlərində) təhsil müəssisəsinə bərpa olunurlar.

4.2. Təhsil müəssisəsi (xüsusi təyinatlı ali təhsil müəssisəsi istisna olmaqla) yenidən təşkil edildiyi və ya ləğv olunduğu halda, sabiq tələbə təhsil aldığı ali təhsil müəssisəsinin hüquqi varisi olan və ya Nazirliyin müəyyən etdiyi ali təhsil müəssisəsinə bu Qaydaların 4.1-ci bəndində göstərilən müddət ərzində bərpa oluna bilər.

4.3. Təhsil müəssisəsinə bərpa olunma yay və qış tətili dövründə həyata keçirilir.

4.4. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində bərpa zamanı şəxsin əvvəl təhsil aldığı ixtisas və təhsilalma forması üzrə kadr hazırlığı aparılmırsa, o, təhsil müəssisəsinə digər ixtisas və təhsilalma forması üzrə bərpa oluna bilər. Bu zaman tələbənin əvvəl təhsil aldığı və bərpa olunduğu ixtisaslar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları” ilə müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

4.5. Magistratura səviyyəsində bərpa zamanı şəxsin əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisaslaşması və təhsilalma forması üzrə kadr hazırlığı aparılmırsa, o, öz təhsil müəssisəsinə ixtisası daxilində digər ixtisaslaşma və təhsilalma forması üzrə bərpa oluna bilər. Magistratura səviyyəsində bərpa zamanı şəxsin əvvəl təhsil aldığı ali təhsil müəssisəsində ixtisası üzrə kadr hazırlığı aparılmırsa, şəxs öz ixtisası, ixtisaslaşması və təhsilalma forması üzrə digər təhsil müəssisəsinə bu Qaydaların 2.12-ci bəndinin tələbləri nəzərə alınmaqla bərpa oluna bilər. Bərpa olunmaq istəyən şəxsin əvvəl təhsil aldığı ixtisas, ixtisaslaşma və təhsilalma forması üzrə heç bir məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası (magistraturada təhsil alanlara münasibətdə ixtisaslaşması) və təhsilalma forması üzrə kadr hazırlığı aparılmadıqda tələbə həmin müəssisədə mövcud təhsilalma formasında və ali təhsil müəssisəsi tərəfindən müəyyən olunan uyğun ixtisasda (magistraturada təhsil alanlara münasibətdə ixtisas daxilində digər ixtisaslaşmada) təhsilini davam etdirə bilər. Bu zaman bu Qaydaların 2.7-2.12-ci bəndlərinin tələbləri nəzərə alınır. Magistratura səviyyəsində akademik məzuniyyətdən qayıdan şəxsin əvvəl təhsil aldığı ixtisas, ixtisaslaşma və təhsilalma forması üzrə heç bir təhsil müəssisəsində kadr hazırlığı aparılmırsa, o, Nazirlik tərəfindən müəyyən olunan uyğun ixtisas və ixtisaslaşma üzrə (bu zaman şəxsin əvvəl təhsil aldığı və bərpa olduğu ixtisasların eyni ixtisaslar qrupuna daxil olması nəzərə alınır) öz təhsil müəssisəsində təhsilini davam etdirə bilər.

6. Tələbələr tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsinə bərpa olunması, habelə tələbələrin təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) üçün müraciətin edilməsi

6.1. Təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, təhsil müəssisəsinə bərpa olunma, habelə təhsilin müvəqqəti dayandırılması (akademik məzuniyyətin verilməsi) üzrə tələbələrin müraciətlərinin qəbulu və baxılması elektron qaydada Nazirliyin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin (bundan sonra – TMİS) altsistemi vasitəsilə həyata keçirilir.

6.2. Tələbə TMİS-in altsistemində təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilin müvəqqəti dayandırılması (akademik məzuniyyətin verilməsi) və ya akademik məzuniyyətdən qayıtması ilə bağlı seçimlərini edərək elektron ərizəni doldurur və təsdiq edir.

6.3. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci və 32.2-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

6.3.1. təhsil müəssisəsinin və (və ya) ixtisasın dəyişdirilməsi halında:

6.3.1.1. akademik arayış (akademik transkript) - tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri (saatları) və qiymətləri (rəqəm və (və ya) hərflərlə) özündə əks etdirən sənəd (xarici dövlətin ali təhsil müəssisəsinin tələbəsinə münasibətdə mövcud qaydada leqallaşdırılmış və ingilis, rus və türk dillərindən başqa digər dillərdə olduğu halda Azərbaycan dilinə tərcümə olunmuş);
təsdiq edən digər sənədlərin surəti (xarici ölkə ali təhsil müəssisəsindən köçürülən və Azərbaycan Respublikasında müvəqqəti yaşama icazəsi olmayan əcnəbi və vətəndaşlığı olmayanlara münasibətdə);.

6.3.2. təhsilalma formasının dəyişdirilməsi halında – müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnun olması barədə arayış və ya hərbi bilet (qiyabi təhsilalma formasını əyani təhsilalma formasına dəyişmək istəyən kişi cinsli tələbələrə münasibətdə).

6.3.3. təhsil müəssisəsinə bərpa olunma halında:

6.3.3.1. akademik transkript və ya “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinə uyğun olaraq müvafiq arayış;

6.3.3.2. xarici dövlətin ali təhsil müəssisəsində aldığı kvalifikasıyaların qismən akademik tanınması haqqında şəhadətnamə (xarici dövlətin ali təhsil müəssisəsinin tələbələrinə münasibətdə);

6.3.3.3. beynəlxalq səviyyəli imtahanlarda qazanılan nəticələri və ölkə daxilində beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə imtahanların nəticələrini təsdiq edən sənədlər (xarici dövlətin ali təhsil müəssisəsinin tələbəsinə, tələbə qəbulu imtahanlarında iştirak etmədən müsabiqədənkənar ölkə ali təhsil müəssisəsinə bu imtahanların nəticələri ilə qəbul olunana münasibətdə);

6.3.3.4. dövlət proqramları və ya hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alanın həmin proqramlar çərçivəsində təhsilinə xitam verildiyini təsdiq edən arayış (xarici ölkələrin ali təhsil müəssisələrində dövlət proqramları və ya hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alanlara münasibətdə);

6.3.3.5. ödənişli əsaslarla təhsil alanlar üçün təhsil haqqı borcunun olmaması barədə təhsil müəssisəsinin arayışı və ya təhsil haqqının ödənilməsi ilə bağlı müvafiq illər üzrə ödəniş qəbzləri (ingilis, rus və türk dillərindən başqa digər dillərdə olduğu halda mövcud qaydada Azərbaycan dilinə tərcümə olunmuş);

6.3.3.6. pasport və ya şəxsiyyətini təsdiq edən digər sənədlərin surəti (Azərbaycan Respublikasında müvəqqəti yaşama icazəsi olmayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə münasibətdə).

6.3.4. təhsilin müvəqqəti dayandırılması (akademik məzuniyyətin verilməsi) halında - bu Qaydaların 5.1-ci bəndində göstərilən halları təsdiq edən sənədlər.

6.4. Elektron ərizə təsdiq edildikdən sonra məlumatların tamlığı üç iş günü müddətində ali təhsil müəssisəsi tərəfindən yoxlanılır. Şəxsi kabinetə ərizə və sənədlərin (məlumatların) natamamlığı və ya uyğunsuzluğu barədə məlumat göndərildikdən sonra ərizəçi üç gün müddətində onların tamlığını təmin edib təkrar elektron ərizəni təsdiq etməlidir.6.5.2. təhsilalma formasının dəyişdirilməsi üzrə:

6.5.2.1. bu Qaydaların 1.6-cı bəndi və 2-ci hissəsi ilə müəyyən edilmiş tələblər ödənildiyi üçün təhsilalma formasının dəyişdirilməsi barədə;

6.5.2.2. bu Qaydaların 1.6-cı bəndi və 2-ci hissəsi ilə müəyyən edilmiş tələblər ödənilmədiyi üçün təhsilalma formasının dəyişdirilməsindən imtina barədə;

6.5.3. təhsil müəssisəsindən xaric olunma üzrə:

6.5.3.1. bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq təhsil müəssisəsindən xaric olunma barədə;

6.5.4. təhsil müəssisəsinə bərpa üzrə:

6.5.4.1. bu Qaydaların 1.6-cı bəndi və 4-cü hissəsi ilə müəyyən edilmiş tələblər ödənildiyi halda və tələbə bu Qaydaların 6.5-ci bəndində göstərilən məlumatlarla razılaşdıqda təhsil müəssisəsinə bərpa olunma barədə;

6.5.4.2. təhsil müəssisəsinə bərpa olunmadan imtina barədə (bu Qaydaların 1.6-cı bəndi və 4-cü hissəsi ilə müəyyən edilmiş tələblər ödənilmədiyi və ya bu Qaydaların 1.6-cı bəndi və 4-cü hissəsi ilə müəyyən edilmiş tələblər ödənildikdə, lakin tələbə bu Qaydaların 6.5-ci bəndində göstərilən məlumatlarla razılaşmadığı hallarda);

6.5.5. akademik məzuniyyətin verilməsi üzrə:

6.8. Ali təhsil müəssisələri təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilin müvəqqəti dayandırılması (akademik məzuniyyətin verilməsi) ilə bağlı qərar qəbul edildikdən sonra 5 (beş) iş günü müddətində müvafiq əmrlər verir.

6.9. Təhsil müəssisəsi dəyişdiyi halda, tələbənin əvvəl təhsil aldığı ali təhsil müəssisəsi 3 (üç) iş günü müddətində akademik transkriptlə birlikdə tələbənin şəxsi işini onun dəyişdiyi ali təhsil müəssisəsinə göndərir. Şəxsi iş ali təhsil müəssisəsi tərəfindən tələbənin özünə və ya etibarnamə əsasında onun səlahiyyətli nümayəndəsinə verilə və ya poçt vasitəsilə göndərilə bilər.
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİNİN

KOLLEGİYASININ QƏRARI

№ KQ-02

Bakı şəhəri “21” fevral 2024-cü il

Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində, habelə orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi qaydalarının təsdiq edilməsi, “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 1996-cı il 7 avqust tarixli 402 nömrəli əmrində dəyişiklik edilməsi və “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli, 5/2 nömrəli Qərarının ləğv edilməsi barədə

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 790-VIQD nömrəli Qanununun tətbiqi və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 10 fevral tarixli 2036 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyası qərara alır:

1. “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nazirliyinin 1996-cı il 7 avqust tarixli 402 nömrəli əmrinin 1-ci hissəsi ləğv edilsin.

4. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli, 5/2 nömrəli Qərarı ləğv edilsin.

5. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının Hüquq şöbəsinə (S.Mahmudov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

6. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparatının Elm və ali təhsil siyasəti şöbəsinə (T.Süleyman), Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə (Ü.Səttarova), Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə (V.Xanlarov) tapşırılsın ki, bu Qərardan irəli gələn vəzifələrin icrasını təmin etsinlər.

7. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinə (R.Xanlarov) tapşırılsın ki, bu Qərarın surətinin Nazirliyin aidiyyəti struktur bölmələrinə və qurumlarına göndərilməsini təmin etsin.

8. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2024-cü il 12 yanvar tarixli 3-29/3-2-05F/2024 nömrəli əmri ilə müəyyən edilmiş kurasiya bölgüsünə əsasən həyata keçirilsin.

Kollegiyanın sədri,

Nazir

Emin Əmrullayev

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1 nömrəli əlavə

Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi)

QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.10-1-ci maddəsinə əsasən hazırlanmışdır və ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların (bundan sonra -tələbələr) təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) məsələlərini tənzimləyir.

1.2. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə şamil edilir.

1.3. Təhsil müəssisəsini, ixtisasını dəyişən və təhsil müəssisəsinə bərpa olunan şəxslər (dövlət sifarişi ilə təhsil alıb eyni ixtisas üzrə təhsil müəssisəsini, təhsilalma formasını dəyişən, akademik məzuniyyətdən qayıtdıqda əvvəllər təhsil aldığı ixtisas üzrə həmin müəssisədə kadr hazırlığı aparılmadığı halda ixtisasını dəyişən tələbələr istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Bu zaman tələbə təhsil alacağı tədris qrupunda təhsil alanlar üçün müvafiq ixtisas üzrə müəyyən edilən məbləğdə təhsil haqqı ödəyir.

1.4. Dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramı əsasında və təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota çərçivəsində Azərbaycan Respublikasında təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslər akademik məzuniyyətdən qayıtdıqda təhsillərini ödənişsiz əsaslarla davam etdirirlər.

1.5. Tələbə təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdikdə, təhsil müəssisəsinə bərpa olunduqda və ya akademik məzuniyyətdən qayıtdıqda, onun əvvəllər qazandığı kreditlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.15-ci yarımbəndinin müddəaları gözlənilməklə nəzərə alınır.

1.6. Təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, təhsil müəssisəsinə bərpa olunma və ya akademik məzuniyyətdən sonra təhsilini davam etdirmə tələbənin əvvəl təhsil aldığı tədris dilinə (tədris dilinin ingilis dilindən ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinə və ya ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinin ingilis dilinə dəyişdirilməsi halları istisna olmaqla) uyğun aparılır.

2. Tələbələr tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi

2.1. Tələbələrin təhsil aldıqları müddətdə təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi onların müraciətləri əsasında yay tətili dövründə ali təhsil müəssisələri tərəfindən yalnız 1 (bir) dəfə həyata keçirilir.

2.2. Təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamayan tələbələrin təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişdirməsinə yol verilmir.

2.3. Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində normativ təhsil müddətinin sonuncu tədris ilində və ya normativ təhsil müddətindən artıq (müddətli həqiqi hərbi xidmət dövrü daxil deyil) müddətdə təhsil alan tələbələrin təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsinə yol verilmir.

2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”na uyğun olaraq ali təhsil müəssisəsinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmuş subbakalavrların təhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə yol verilmir.

2.5. Ali təhsilin magistratura səviyyəsində təhsil alan tələbələrin ixtisaslarını (ixtisaslaşmasını) dəyişdirməsinə yol verilmir.

2.6. Ali təhsilin magistratura səviyyəsində normativ təhsil müddətindən artıq (müddətli həqiqi hərbi xidmət dövrü daxil deyil) müddətdə təhsil alan tələbələrin təhsil müəssisəsini və təhsilalma formasını dəyişdirməsinə yol verilmir.

2.7. Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində təhsil alan tələbələr tərəfindən ixtisasın dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları” ilə müəyyən olunmuş eyni ixtisas qrupu daxilində aparılır.

2.8. Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində təhsil alan tələbənin (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbələr, eləcə də “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci və 26.5-3-cü maddələrinə əsasən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunanlar istisna olmaqla) təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi o şərtlə aparılır ki, həmin tələbənin tələbə qəbulu imtahanında topladığı bal ali təhsil müəssisəsinə qəbul olunduğu ildə dəyişmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas və təhsilalma forması üzrə minimal keçid balından (tələbənin qəbul olduğu il üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə (bundan sonra – Nazirlik) razılaşdırmaqla müəyyən edilmiş müsabiqə şərtləri gözlənilməklə) çox olsun.

2.9. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbənin təhsil müəssisəsinin, ixtisasının, təhsilalma formasının dəyişdirilməsi zamanı onun tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının və ali təhsil müəssisəsinə qəbulu üçün verdiyi qabiliyyət imtahanının nəticələri nəzərə alınır.

2.10. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 26.5-ci maddəsinə əsasən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunan tələbələr ixtisaslarını yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın 2-ci hissəsində göstərilən ixtisaslara dəyişdirmək hüququna malikdirlər.

2.11. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 26.5-3-cü maddəsinə əsasən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunan tələbələrin ixtisasını dəyişməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri”nin 6-cı hissəsi nəzərə alınmaqla həyata keçirilir.

2.12. Ali təhsilin magistratura səviyyəsində təhsil alan tələbənin öz ixtisası (ixtisaslaşması) üzrə təhsil müəssisəsini dəyişməsi o şərtlər aparılır ki, həmin tələbənin magistraturaya qəbul imtahanında topladığı bal, dəyişmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas (ixtisaslaşması) üzrə minimal keçid balından (tələbənin magistraturaya qəbul olunduğu il üzrə) çox olsun.

2.13. Ali təhsil müəssisəsinə tələbə qəbulu imtahanlarında (və ya qəbul imtahanlarının ikinci mərhələsində) iştirak etməyən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 3.1.5-ci yarımbəndinə uyğun qəbul olunanlar istisna olmaqla) və ya iştirak edib xarici dövlətlərin ali təhsil müəssisələrinə tam orta təhsil haqqında dövlət sənədi əsasında qəbul olunan tələbələrin təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını digər ali təhsil müəssisəsinə, ixtisasa, təhsilalma formasına dəyişdirməsi zamanı aşağıdakı göstəricilərdən biri nəzərə alınır:

2.13.1. beynəlxalq səviyyəli imtahanlarda və ya təhsil aldığı ölkədə ali təhsil müəssisəsinə qəbul olunmaq üçün keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarında qazandığı nəticələr (bakalavriat səviyyəsi üçün SAT imtahanından yeni şkala üzrə ən azı 1200 bal (riyaziyyat üzrə ən azı 650 bal), YÖS imtahanlarında ən azı 75 faiz, ЕГЭ imtahanlarında 300 bal (hər fənn üzrə minimum 75 bal), AP – 3 və ya 4, İB diplom – 25-35, A-Level – C və ya B, ACT – 27 bal);

2.13.2. tələbənin ali təhsil müəssisəsinə qəbul olunduğu ildə həmin ali təhsil müəssisəsinin “Times Higher Education World University Rankings”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai Ranking)” beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların ən azı birində ilk 500 pillədə yer alması.

2.14. Xarici ölkələrin ali təhsil müəssisələrində dövlət proqramları və ya hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin ali təhsil müəssisələrinə dəyişməsi yalnız həmin proqramlar çərçivəsində təhsilinə xitam verildiyi halda həyata keçirilir.

2.15. Təhsilalma formasının dəyişdirilməsi tələbənin ali təhsil müəssisəsinə qəbul olduğu tədris ilində həmin ixtisas (ixtisaslaşma) üzrə müvafiq təhsilalma formasına qəbul aparıldığı halda həyata keçirilir.

2.16. Xüsusi təyinatlı ali təhsil müəssisəsinin tələbəsinin təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişdirməsi yalnız həmin müəssisənin nizamnaməsində nəzərdə tutulduğu halda bu Qaydaların 2.1-2.15-ci bəndlərinin tələbləri nəzərə alınmaqla həyata keçirilir.

3. Təhsil müəssisəsindən xaric olunma

3.1. Tələbələr aşağıdakı hallarda ali təhsil müəssisəsindən xaric edilir:

3.1.1. öz arzusu ilə;

3.1.2. ali təhsil müəssisəsini dəyişdikdə;

3.1.3. ali təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarını kobud şəkildə (o cümlədən 3 ay davamlı olaraq dərslərdə iştirak etmədikdə və bu müddətdə ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda) və ya dəfələrlə pozduqda;

3.1.4. səhhətinə görə (həkim-məsləhət (və ya tibbi-həkim ekspertiza) komissiyasının arayışına (və ya qərarına) əsasən);

3.1.5. növbəti tədris ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda;

3.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) və ya həmin icazənin ləğv edildiyi halda;

3.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının təhsil müəssisəsinə əyani təhsilalma formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün icazənin verildiyini təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim etmədikdə;

3.1.8. yekun dövlət attestasiyasından keçmədikdə (təqvim ilinin sonuna qədər yekun dövlət attestasiyasında iştirak etmədikdə).

3.2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ali təhsil müəssisəsindən xaric edilmiş Azərbaycan Respublikasının vətəndaşı (qanunla müəyyən edilmiş hallarda hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilərək müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilənlər istisna olmaqla) 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Möhlət hüququnu itirmiş şəxslər barədə rəsmi məlumat 7 (yeddi) gün müddətində ali təhsil müəssisəsi tərəfindən tələbələrin hərbi qeydiyyatda olduqları dövlət qurumuna verilir.

3.3. Ali təhsil müəssisəsindən xaric edilmiş şəxsə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinə uyğun olaraq müvafiq arayış və şəxsi işində saxlanılan təhsil haqqında dövlət sənədinin əsli (olduğu halda) verilir, həmin sənədin surəti və xaric olunma haqqında əmrdən çıxarış isə ali təhsil müəssisəsində tələbənin şəxsi işində saxlanılır.

3.4. Xüsusi təyinatlı ali təhsil müəssisəsinin tələbəsinin həmin müəssisədən xaric olunması həmin müəssisənin nizamnaməsində nəzərdə tutulan əsaslarla həyata keçirilir.

4. Təhsil müəssisəsinə bərpa olunma

4.1. Ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər xaric olunma tarixindən 15 il müddətində yalnız əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq üçün müraciət edə bilərlər. Bu zaman payız semestrində təhsil müəssisəsindən xaric olunan şəxslər növbəti payız semestrində (semestrlərində), yaz semestrində xaric olunan şəxslər isə yalnız növbəti yaz semestrində (semestrlərində) təhsil müəssisəsinə bərpa olunurlar.

4.2. Təhsil müəssisəsi (xüsusi təyinatlı ali təhsil müəssisəsi istisna olmaqla) yenidən təşkil edildiyi və ya ləğv olunduğu halda, sabiq tələbə təhsil aldığı ali təhsil müəssisəsinin hüquqi varisi olan və ya Nazirliyin müəyyən etdiyi ali təhsil müəssisəsinə bu Qaydaların 4.1-ci bəndində göstərilən müddət ərzində bərpa oluna bilər.

4.3. Təhsil müəssisəsinə bərpa olunma yay və qış tətili dövründə həyata keçirilir.

4.4. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində bərpa zamanı şəxsin əvvəl təhsil aldığı ixtisas və təhsilalma forması üzrə kadr hazırlığı aparılmırsa, o, təhsil müəssisəsinə digər ixtisas və təhsilalma forması üzrə bərpa oluna bilər. Bu zaman tələbənin əvvəl təhsil aldığı və bərpa olunduğu ixtisaslar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları” ilə müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

4.5. Magistratura səviyyəsində bərpa zamanı şəxsin əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisaslaşması və təhsilalma forması üzrə kadr hazırlığı aparılmırsa, o, öz təhsil müəssisəsinə ixtisası daxilində digər ixtisaslaşma və təhsilalma forması üzrə bərpa oluna bilər. Magistratura səviyyəsində bərpa zamanı şəxsin əvvəl təhsil aldığı ali təhsil müəssisəsində ixtisası üzrə kadr hazırlığı aparılmırsa, şəxs öz ixtisası, ixtisaslaşması və təhsilalma forması üzrə digər təhsil müəssisəsinə bu Qaydaların 2.12-ci bəndinin tələbləri nəzərə alınmaqla bərpa oluna bilər. Bərpa olunmaq istəyən şəxsin əvvəl təhsil aldığı ixtisas, ixtis
aslaşma və təhsilalma forması üzrə heç bir 

4.5. Magistratura səviyyəsində bərpa zamanı şəxsin əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisaslaşması və təhsilalma forması üzrə kadr hazırlığı aparılmırsa, o, öz təhsil müəssisəsinə ixtisası daxilində digər ixtisaslaşma və təhsilalma forması üzrə bərpa oluna bilər. Magistratura səviyyəsində bərpa zamanı şəxsin əvvəl təhsil aldığı ali təhsil müəssisəsində ixtisası üzrə kadr hazırlığı aparılmırsa, şəxs öz ixtisası, ixtisaslaşması və təhsilalma forması üzrə digər təhsil müəssisəsinə bu Qaydaların 2.12-ci bəndinin tələbləri nəzərə alınmaqla bərpa oluna bilər. 7.3. Ərizəçi Nazirliyin Apellyasiya Komissiyasının hərəkətlərindən (hərəkətsizliyindən), eləcə də dəyişdirilmə, bərpa və xaric olunma, akademik məzuniyyətin verilməsi ilə bağlı orta ixtisas təhsili müəssisəsinin qərarlarından inzibati və (və ya) məhkəmə qaydasında şikayət verə bilər.

0 0

Şərhlər

Oxşar xəbərlər