Dördüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib
2-03-2024, 09:09
266

Dördüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib

Martın 1-dən dördüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib.

 

“Yüksəliş”dən bildirilib ki, qeydiyyat müsabiqənin saytı www.yukselish.az vasitəsilə həyata keçirilir və mart ayının sonunadək davam edəcək.

 

Müsabiqənin qeydiyyat mərhələsi bitənədək yaşı 21-dən 51-dək olan, ali təhsilli, ən az 2 il idarəetmə təcrübəsinə sahib Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə qoşula bilərlər. Müsabiqə Qeydiyyat, Onlayn, Əyani, Yarımfinal və Finaldan ibarət olmaqla, 5 mərhələdən ibarətdir. Müsabiqədə iştirak etmək istəyən namizədlər www.yukselish.az rəsmi internet səhifəsində Şəxsi Kabinet yaratmaqla və qeydiyyat formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Ötən illərdə baş tutan müsabiqələr üçün qeydiyyatdan keçmiş şəxslər isə şəxsi kabinetlərinə daxil olaraq qeydiyyatlarını təsdiq edə bilərlər.

 

Qeyd edək ki, ilk müsabiqədə qeydiyyat üçün 11760 nəfər müraciət edib, onlardan 9775 nəfər müsabiqəyə qəbul edilib. Müsabiqənin yekunlarına əsasən, 27 qalib seçilib. İkinci “Yüksəliş” müsabiqəsinə qeydiyyatdan keçən 12299 nəfər iştirakçıdan isə 22-si adını qaliblər siyahısına yazdırıb. Üçüncü müsabiqə üçün qeydiyyatdan keçən 13474 namizəd arasından isə 22 nəfər qalib müəyyənləşib. 

 
2 0

Şərhlər

Oxşar xəbərlər