Heydər Əliyev- tarix yaradan dahi şəxsiyyət
1-05-2023, 07:39
859

Heydər Əliyev- tarix yaradan dahi şəxsiyyət

TehsilForumu.Az təqdim edir.

    Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti bütün dövrlərdə olduğu kimi II mərhələdə də müstəqilliyimizin itirilməsi təhlükəsi zamanı  xalqın təkidli tələbi ilə yeni dövrə qədəm qoydu. Bu dövr çox böyük taleyüklü məsələnin həllini dahi siyasi liderin üzərinə qoymuşdur. Xalqının xilaskarı kimi ümummilli məsələnin həll edilməsi Azərbaycan tarixində Ümummilli lider daha sonra isə Ulu Öndər anlayışını Heydər Əliyev xarizmasında tamamlamışdır. Bu xarizma müstəqilliyin təməl prinsiplərində həm ideoloji həm də siyasi təfəkkürün formalaşdıraraq güclü dövlətçilik prinsipində Heydər Əliyev şəxsiyyətinin  nəyə qadir olduğu qısa zamanda öz nəticələri ilə göstərmişdi. Tarixdə ideologiyanın siyasi hakimiyyətlə vəhdətinin xalqın taleyi üçün tez bir zamanda və ümummilli miqyasda mühüm əhəmiyyətə malik olması nadir hadisədir. Bütün bunlar şəxsiyyətin və ideologiyanın fonunda tarix yaradan dahi şəxsiyyət mövzusuna müraciəti ümummilli tələbata çevirdi. Deməli keçmişin və bu günün reallıqları Heydər Əliyev düşüncəsinin sərhədsiz olduğunu sübuta yetirib. Bu istiqamətlər hansı vəzifələrin üzərində dayanmağı bizdən tələb.
   Birinci növbədə Heydər Əliyevin yaratdığı tarixin əsasında mükəmməl milli ideologiya dayanır. Hansı dövlətin ideologiyası güclüdürsə o güclüdür. Hansı dövlətlər və xalqlar tənəzzülə gedibsə onun ideologiyası zəifdir. Heydər Əliyevin yaratdığı tarixin əsasları güclü və qalib ideologiyadadır. Bu zaman Heydər Əliyev şəxsiyyətinin yaratdığı tarixin Böyük Turan ideyasından tutmuş, Böyük Cavidin nəşinin vətənə gətirilməsi, “bircə ağac kəsən mənim qollarımı kəsir” və nəhayət “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” kəlamına qədər dərin mənaların dünya azərbaycanlılarının  vətənpərvərlik devizinə çevrilməsində bütövləşir.
  İkincisi Ulu Öndər Heydər Əliyevin azərbaycan xalqı qarşısında müstəsna xidmətlərində bütün varliğı ilə “Böyük Ermənistan” xülyasını puc edən diplomatık eranın olmasıdır. Hələ sovet dövründə XX əsrin 20-30 cu illərindən başlayaraq zaman -zaman torpaqlarımızın ermənilərə verilməsi sistemli bir prosesə çevrilmişdir. Bu prosesin qarşısının alınması XX əsri 60-cı illərində Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk günündən başlayır. 1998-ci il, yanvarın 14-də Azərbaycan Respublikasının Konstitutusiya Komissiyasının iclasındakı tarixi nitqi nəinki Böyük Qayıdışa doğru gedən proseslərin tarixinin mükəmməl şərhini verir. Həm də azərbaycan xalqının hansı çətinliklərə düçar edildiyinin mahiyyətini açır. Dahi siyasi xadim demişdir: “1968-1969-cu ildə Ermənistan Azərbaycana qarşı yenə də torpaq iddiaları ilə çıxış edibdir. Mənim xatirimdədir, o vaxt mən respublikanın rəhbəri deyildim, amma rəhbər vəzifə tuturdum. Respublikanın o vaxtkı rəhbərləri Ermənistanın rəhbərləri ilə bir neçə dəfə görüşlər keçirdilər. 1968-ci ildə bir protokol da imzalanmışdı. Təəssüflər olsun ki, Azərbaycanın o vaxtkı rəhbərləri də bununla razılaşmışdılar, protokolu da imzalanmışdı. 1969-cu ilin may ayında Azərbaycan Respublikasının Ali Sovetinin Rəyasət Heyəti, onun sədri mərhum İsgəndərov fərman imzalamışdı ki, bir sıra torpaqlar verilsin. Bunun icrası bir balaca ləngidi. Yaxşı ki, ləngidi. 1969-cu ilin iyul ayında mən Azərbaycanın o vaxtkı Mərkəzi Komitəsinin birinci katibi seçildim. İndi mən o günləri xatırlayıram. Bir neçə gün idi ki, işləyirdim, bu məsələni gətirib mənim qarşıma çıxartdılar. Moskvadan da çox böyük təzyiq edirdilər ki, qərar qəbul olunub, tez edin, icrasına sərəncam verin. Dedim, bilirsiniz, bu qərar mayda qəbul olunub, əgər iyul ayına qədər icra edilməyibsə, imkan verin, mən onu bir araşdırım. Şübhəsiz ki, mən araşdırandan sonra gördüm ki, buna razılıq verə bilmərəm. Mən razılıq vermədim. Bu da məlumdur. Nə qədər ki, mən Azərbaycanda işlədim, o qərar həyata keçmədi”. Sovet dövründən sonra itirlmiş ərazilərimizin geri qaytarılacağını isə Ulu Öndər həmişə xalqının və özünün gücünə inanaraq əminliklə ifadə edirdi. Belə də oldu. Bu şəxsiyyətin iradəsində yaradılan böyük tarixdir. Deməli, Ulu Öndər Heydər Əliyevin sovet dövrü fəaliyyəti xalqımıza qarşı qəsdlərin qarşısını almaqla sonrakı illərdə də kecmiş DQMV, Zəngəzurda, habelə digər ərazilərimizdə, nəinki, əleyihimizə qəbul olunacaq qərarların qarşısını almışdır. Onların ərazi iddialarını puç etmişdir.
   Üçüncüsü, Heydər Əliyev iradəsində Xilaskarlıq missiyası ilə Heydər Əliyevin siyasi iradəsində Böyük Qayıdışa zəmin yaradan uğurlu siyasətin keçdiyi xüsusi bir mərhələ var. Bu tarix də Ulu Öndər Heydər Əliyevin iradəsinin növbəti qələbəsindən keçir. Çünki Ulu Öndər Heydər Əliyev bu mərhələdə atəşkəsə nail olmaqla böyük siyasi müstəvidə, nəinki, itiriləcək növbəti ərazilərimizi qoruyub saxladı, azərbaycançılıq ideologiyası ilə milli birlik arasındakı vəhdət təmin edildi. Bu uğurlu siyasət Azərbaycanın ərazi bütövlüyünü gələcəkdə təmin edəcək ən mühüm amil idi. Dünyanın bütün qitələrinə səfər zamanı xəritə və əyani faktlarla əsl həqiqəti sübut etdi. Milli mənafeyimizə zidd olan heç bir sənədə imza atmadı. Ulu Öndər hələ 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayında dünya azərbaycanlılarına etdiyi çağırış zamanı qətiyyətlə bildirmişdi ki, “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, ərazilərimiz işğaldan azad olunacaq və xalq öz torpaqlarına qayıdacaq”. Bununla da Heydər Əliyev dühası özündən əvvəlki siyasi vəziyyəti kökündən dəyişə bilmiş və xalqın milli haqlarının qorunması kimi məsuliyyətli vəzifəni öz üzərinə götürmüşdür. Bu addımlar ona görə böyük məsuliyyət və iradə tələb edirdi ki, XX əsrin 90-cı illərindəki hadisələr Azərbaycanın müstəqilliyinin qorunub saxlanması üçün əsas amil olan xalq- lider arasında uçurum və inamsızlığın əsasını qoymuşdu. Xalqın bu qələbə inamını Heydər Əliyev özünə qaytardı.
      Deməli, bu zaman iki mühüm ümummilli məsələ həllini axtarırdı. Ən əvvəl verilən vədlər nə qədər çətin olsa belə, yerinə yetirilməli və xalqın inamı özünə qaytarılmalı idi. Bu müstəqilliyin dayaqlarının möhkəmləndirilməsi üçün ən önəmli şərt idi. Digər tərəfdən vahid ideya ətrafında xalqın birliyindən yaranacaq qələbənin və böyük qayıdışın şüurlarda dərki prosesini həyata keçirməli idi. Çünki məlumdur ki, xalqımızın həmrəylik istəyi 1989-cu ildə Naxçıvan MR ilə İran İslam Respublikası arasında mövcud sərhədlərin dağıdılması və xalqımızı bir -birindən ayrı salan sədlərin sındırılması ilə özünü büruzə verərkən məlum oldu ki, Azərbaycan xalqı öz bütövlüyü uğrunda milli iradəyə və həmrəylik kimi daxili tələbata yenilməz iradə ilə cavab verməyə həmişə hazırdır. Ulu Öndər Böyük Qayıdışın bu iradənin gücü ilə mümkün olması kimi reallığı zamanında tətbiq etmiş şəxsiyyətdir və həmin mərhələdə siyasi liderin iradəsi ilə xalqın istəkləri bir arada birləşdirildi. Bunun da mühüm tarixi addımı hələ 16 dekabr 1991-ci ildə Ulu Öndər Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri olarkən verdiyi Sərəncamla “31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü”nün tariximizə daxil edilməsi ilə xalqın malik olduğu potensialı vahid amal uğrunda birləşdirmək üçün tarixi şəraitdən düzgün istifadəni təmin etməsi idi. Hesab edirik ki, Azərbaycanı qüdrətli dövlətçiliyə aparan strategiyanın hədəfində dayanan Böyük Qayıdışın rüşeymləri də buradan başlayırdı.
 Dördüncüsü, Heydər Əliyev güclü Azərbaycan dövlətinin inkişaf strategiyasında siyasi varisliyi təmini etdi. Bu zaman Prezident İlham Əliyevin siyasi iradəsində siyasi peşəkarlığın bizə hansı məqamlara diqqət yetirməyi tələb edir? Bu gün bir çox dünya analitikləri Prezident İlham Əliyevin dünya miqyasında uğurlu lider obrazı ilə siyasətdə müdriklik termininin mənasının dolgunlaşdırmasını tədqiq edir. Onun xarizmasında bir sıra özünəməxsusluğu təsdiqləyirlər. Çünki, o, qlobal problemləri şərh edərkən dünyada insan haqlarına olan laqeyid münasibətin, işğalçılıq, separatizm, ayrıseçkilik, ikili standartların bəşəriyyətin təhlükəsizliyinə təhdid olduğunu bir çox siyasətçilərin dilə gətirmədiyi zamanda gündəmə gətirmişdir. Yaxud multikulturalizm, tolerantlıq ənənələrinin bərqərar olmasını bəşəriyyətdə birgəyaşayış, sülh və əməkdaşlıq üçün alternativsiz yol olduğunu bir konsepsiya kimi sözün əsl mənasında dünyaya qəbul etdirməklə, inkişafa yeni nəfəs vermişdir. Bu bəşəriyyəti sülhə çağıran Heydər Əliyev ideyalarının yeni reallıqlarda davamı idi. Azərbaycanın 44 günlük Vətən müharibəsində ədaləti bərpa etməsi, xalq-lider birliyinin güclü əsasları bir daha sübut etdi ki, Heydər Əliyevin dövlətçilik məktəbi azərbaycan xalqının zəfər və qələbə tarixidir. Onun iradəsində formalaşan müasir Azərbaycan dövləti qüdrətli, xalqı isə yenilməzdir.




3 3

Şərhlər

Oxşar xəbərlər