“Yüksəliş” müsabiqəsinə qeydiyyat başladı
17-02-2023, 17:27
410

“Yüksəliş” müsabiqəsinə qeydiyyat başladı

“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib.

TehsilForumu.Az xəbər verir ki,  Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, müsabiqədə iştirak etmək istəyənlər https://bit.ly/3k2CWnh saytına daxil olaraq müsabiqənin şərtləri ilə ətraflı tanış ola və qeydiyyatdan keçə bilərlər.

Əgər şəxsi kabinet mövcuddursa, müsabiqə şərtlərini qəbul edərək qeydiyyatı təsdiqləmək kifayətdir.

Qeydiyyat mərhələsini kompüterdən əlavə, smartfon və planşet vasitəsilə də tamamlamaq mümkündür. Müsabiqə və qeydiyyatla bağlı suallar yarandıqda "1820" Çağrı mərkəzinə müraciət etmək mümkündür.
0 0

Şərhlər

Oxşar xəbərlər