Gəncədə ilk dəfə keçirilən Muğam müsabiqəsinin yekun konserti keçirilib
23-03-2022, 07:06
376

Gəncədə ilk dəfə keçirilən Muğam müsabiqəsinin yekun konserti keçirilib

19 mart 2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Gəncədə ilk dəfə keçirilən muğam müsabiqəsinin yekun konserti keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05 yanvar 2021-ci il tarixli Sərəncamı ilə ötən ilin respublikamızda dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin şərəfinə "Nizami ili" elan olunması münasibəti ilə 2021-ci ilin noyabr ayından start götürən Muğam müsabiqəsinin layihə rəhbəri Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, müsabiqənin bədii rəhbəri isə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri Sahil Quliyevdir.


Münsiflər heyətinin üzvləri, Azərbaycan Respublikasının Xalq artistləri Şahnaz Haşımova, Fikrət Verdiyev, Adil Bayramov, Əməkdar artist, ustad tarzən Mahir Məmmədov, muğam sənətinin mahir biliciləri  və ifaçıları Vaqif və Şahin Mirzəyev qardaşları, Samux rayon Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbinin direktoru Təvəkgül Hüseynlidir.
Konsertdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə şəhər İcra Hakimiyyətinin əməkdaşları, Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Naftalan şəhər İcra Hakimiyyətinin əməkdaşları, Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş konsulu Zeki Öztürk, millət vəkili Müşfiq Cəfərov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva, Gəncə şəhər Statistika İdarəsinin rəisi Elşən Məmmədov, AMEA-nın Gəncə Bölməsinin əməkdaşları, Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən Regional filialının direktoru Ayazi Paşayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Gəncə-Qazax Regional İdarəsinin rəhbəri Anar Əliyev, Gəncə şəhər Gənclər evinin direktoru Amil Qurbanov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Dini Qurumlarla İş üzrə Gəncə bölgəsinin şöbə müdiri Həsən Məmmədov qonaq qismində iştirak etmişlər.

Konsertdə ilk öncə Vətən nüharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu.
Çıxış üçün söz Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova verildi. O, qeyd etdi ki, keçən il regional idarənin əhatə etdiyi şəhər və rayon mədəniyyət müəssisələrində "Nizami ili" ilə əlaqədar 120-dən çox silsilə tədbirlər keçirilmişdir.

Silsilə tədbirlərdən biri də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının, "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının, eləcə də "Kəpəz" Tv-nin təşkilatçılığı ilə Gəncədə ilk dəfə Muğam musabiqəsi keçirilmişdir. Vasif Cənnətov qeyd edib ki, ölkə başçısının müvafiq saylı Sərəncamı ilə 2022-ci il "Şuşa ili" elan edilmişdir. Bu gün də müsabiqənin yekun konserti də "Şuşa ili"nə təsadüf edib. Bildirib ki, Regional idarənin tabeliyində olan mədəniyyət müəssisələrində "Şuşa ili" də yüksək səviyyədə silsilə tədbirlərlə qeyd olunacaqdır.

Sonra Muğam müsabiqəsinin yekun konserti təqdim olunub.

Konsert aparıcıları Gəncə Dövlət Dram Teatrının aktyorları, Respublikanın Əməkdar artisti Kəmalə Məmmədova və Ruslan Hüseynov minnətdarlıq hissi ilə bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, "Heydər Əliyev Fondu"nun səmərəli fəaliyyəti və təşkilatçılığı ilə Azərbaycan muğamı, Novruz bayramı, Azərbaycan xalça sənəti, aşıq sənəti və s. onlarla milli-mənəvi sərvətimiz YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
Konsertdə Respublikanın Əməkdar Mədəniyyət İşçisi, şair-publisist Bəxtiyar Muradovun Azərbaycan muğamına, Novruz bayramına həsr etdiyi şeirlərdən səsləndirilib.

Yekun konsertinin sonunda muğam ifaçılarının müsabiqədə tutduqları yerlər elan olundu, onlara Gəncə Regional Mədəniyyət İdarəsinin hədiyyəsi və fəxri fərmanları təqdim olunub.

Muğam müsabiqəsinin münsiflər heyətinə, "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblına, "Kəpəz" Tv-yə Gəncə Regional Mədəniyyət İdarəsinin təşəkkürnaməsi təqdim olunub.

Müsabiqənin Qran-pri mükafatçısı Tunar Salahov, I yerin sahibləri Əli Hüseynov və Abbas Mənsimov, II yerin sahibləri Altun Mirzəyev və Səlim Əliyev, III yerin sahibləri Elgün Əlbəndov və Vasif Əliyevdir.

Yekun konsertinə qədər gəlib çatmış muğam ifaçılarından Adil Nəbizadə, Səxavət Məmmədov, Nəriman Məmmədovdur.

Sonda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov müsabiqədə zəhməti olanlara minnətdarlığını bildirdi və xalqımızı Novruz el bayramı münasibəti ilə təbrik etdi.


0 0

Şərhlər

Oxşar xəbərlər