Psixoloqların işə qəbulu müsabiqəsi yekunlaşıb
12-04-2022, 10:54
380

Psixoloqların işə qəbulu müsabiqəsi yekunlaşıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə elan edilmiş müsabiqənin yekun nəticəsi bəlli olub. 

TehsilForumu.Az xəbər verir ki, müsahibə mərhələsini müvəffəqiyyətlə başa vuran 220 namizəd vakansiya seçimi prosesinin nəticələrinə uyğun olaraq işə qəbul hüququ qazanıb.

Məktəb psixoloqlarının işə qəbulu müsabiqəsində ali təhsil müəssisələrini psixoloq ixtisası üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları iştirak ediblər.

Qeyd edək ki, “Ümumi təhsil müəssisələrində psixoloq ştatı sayının müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarına əsasən ümumi təhsil müəssisələri üçün şagird sayı 1000-dək olduqda 1, 1000-dən 3000-dək olduqda 2, 3000-dən çox olduqda isə 3 psixoloq ştatı müəyyən edilib. 
0 0

Şərhlər

Oxşar xəbərlər