Şagirdlərin nəzərinə: Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qeydiyyat başlanıb
10-03-2022, 11:44
415

Şagirdlərin nəzərinə: Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qeydiyyat başlanıb

Aprelin 10-da Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (KBRM) keçiriləcək.


Təhsil İnstitutundan TehsilForumu.Az-a bildirilib ki, müsabiqəyə qeydiyyat ttm.edu.az saytı vasitəsilə aparılır. Şagirdlər qeydiyyatdan keçərək buraxılış vərəqəsini əldə edə bilərlər.


Qeyd edək ki, istedadlı şagirdlərin üzə çıxarılması, onların elmi potensialının inkişaf etdirilməsi, fənlərə olan maraqlarının artırılması istiqamətində Təhsil Nazirliyi tərəfindən kifayət qədər layihələr həyata keçirilib. 


Şagirdlərimiz müxtəlif beynəlxalq müsabiqə və olimpiadalarda iştirak edir, nailiyyətlər qazanırlar.
KBRM hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır.


0 0

Şərhlər

Oxşar xəbərlər