Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qeydiyyat başlandı!
25-03-2023, 14:45
305

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qeydiyyat başlandı!

16 aprel 2023-cü il tarixində ARTİ tərəfindən Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (KBRM) təşkil ediləcək.

Müsabiqəyə qeydiyyat ttm.edu.az saytı vasitəsilə aparılır. Şagirdlər qeydiyyatdan keçərək buraxılış vərəqəsini əldə edə bilərlər.

Qeyd edək ki, sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur.

• Müsabiqə 2 mərhələdən ibarət olacaq.

• Hər sinif üzrə ən yaxşı nəticə göstərən 10% şagirdə diplom təqdim ediləcək.

• Birinci mərhələdə ən yaxşı nəticə göstərmiş 5% şagird final mərhələsinə vəsiqə qazanacaq.

• Finalçılardan hər sinif üzrə 18 nəfər ( 3 qızıl, 6 gümüş və 9 bürünc medal olmaqla) şagird qalib elan ediləcək.

• Qaliblər hədiyyə və medallarla, bütün iştirakçılar isə sertifikatla təltif ediləcək.

Qeyd edək ki, final mərhələsində iştirak etmək üçün əlavə ödəniş tələb olunmur.

Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır. Müsabiqə Azərbaycan, rus və ingilis dillərində keçiriləcək və 90 dəqiqə davam edəcək. İştirak etmək istəyən şagirdlər mütləq qaydada onlayn qeydiyyatdan keçməli, ödəniş etməli və buraxılış vərəqəsini çap etməlidirlər. Ödəniş 20 manat təşkil edir. Qeydiyyat Təhsil İnstitutunun nəzdindəki Təhsil Texnologiyaları Mərkəzi tərəfindən 16 mart – 10 aprel aralığında onlayn qaydada aparılacaq.


0 0

Şərhlər

Oxşar xəbərlər