İşə qəbul müsabiqəsinin müsahibə mərhələsi yekunlaşıb
1-03-2024, 18:21
456

İşə qəbul müsabiqəsinin müsahibə mərhələsi yekunlaşıb

TehsilForumu.Az - a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant və sosial məzuniyyət yerlərinə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təkilatçı, həmçinin təsərrüfat işləri üzrə direktor müavini/təsərrüfat müdiri vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başa çatıb.

 

Müsahibə nəticələrinin qiymətləndirilməsi 5 ballıq şkala əsasında aparılıb.

 

Komissiyanın qəbul etdiyi qərara əsasən uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təkilatçı vəzifəsi üçün 5 ballıq şkalaya uyğun olaraq 3-5 bal nəticə göstərən namizədlər müsahibədən uğurla keçmiş, 0-1,99 bal nəticə göstərən namizədlər uğur qazanmamış hesab olunurlar. 2-2,99 ballıq nəticə nümayiş etdirən namizədlərin isə müvafiq təlimlərə cəlb olunduqdan sonra təkrar müsahibəyə dəvət olunması nəzərdə tutulur.

 

Təsərrüfat işləri üzrə direktor müavini/təsərrüfat müdiri vəzifəsi üçün komissiyanın qəbul etdiyi qərara əsasən 5 ballıq şkalaya uyğun olaraq 3-5 bal nəticə göstərən namizədlər müsahibədən uğurla keçmiş, 0-2,99 bal nəticə göstərən namizədlər uğur qazanmamış hesab olunurlar.

 

Nəticələr barədə məlumatlar namizədlərin qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndəriləcək.

 

Qeyd edək ki, 5 iş günü ərzində saat 09:30-dan 12:30-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təkilatçı, təsərrüfat işləri üzrə direktor müavini/təsərrüfat müdiri vəzifələrinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi üzrə yaranan şikayətlərə baxılacaq.
0 0

Şərhlər

Oxşar xəbərlər