“Sabahın alimləri” XIII respublika müsabiqəsinə qeydiyyat davam edir.
14-11-2023, 07:30
466

“Sabahın alimləri” XIII respublika müsabiqəsinə qeydiyyat davam edir.

TehsilForumu.Az xəbər verir ki , noyabrın 3-dən “Sabahın alimləri” XIII respublika müsabiqəsinə qeydiyyat başlayıb.

 

Müsabiqə ABŞ-nin “Society for Science” təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində keçiriləcək. 



Müsabiqənin məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdləri elmi axtarışlara sövq etmək, həmçinin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarəolunması, mühəndislik, kompüter elmləri) üzrə elmi-tədqiqata marağı olan istedadlı şagirdləri aşkara çıxarmaqdır.



İştirak etmək istəyən şagirdlər 15 dekabradək https://sabahinalimleri.edu.az/ portalında qeydiyyatdan keçməlidirlər.



Müsabiqə ilə bağlı ətraflı məlumatı qeyd olunan linkdən əldə edə bilərsiniz: https://bit.ly/3MrX9hu
1 0

Şərhlər

Oxşar xəbərlər