
Müsabiqə
24-05-2023, 18:30
245
Ekoloji təmiz məhsul aqrobiomüxtəliflik mövzusunda məktəblilərin V respublika müsabiqəsinin zona mərhələsi keçirilib.
TehsilForumu.Az xəbər verir ki, Müsabiqədə uşaq-gənclər inkişaf mərkəzlərinin xətti ilə region ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib. Belə ki, Quba rayonundan 6 nominasiya üzrə 28, Şabran rayonundan 5 nominasiya üzrə 5, Xaçmaz rayonundan 4 nominasiya üzrə 6, Siyəzən rayonundan 2 nominasiya üzrə 2 şagird müsabiqəyə qatılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin regional idarələrinin və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin nümayəndələri münsiflər heyəti qismində iştirak edərək, məktəblilərin işlərini qiymətləndiriblər.
Bu mərəhələdə 50 baldan yuxarı nəticəsi olanlar oktyabr ayında müsabiqənin final mərhələsində iştirak edəcək.

Şərhlər