“Yüksəliş” müsabiqəsinin qalibləri Kürdəmirdə məktəblilərlə görüşüblər
22-04-2023, 13:50
471

“Yüksəliş” müsabiqəsinin qalibləri Kürdəmirdə məktəblilərlə görüşüblər

TehsilForumu.Az xəbər verir ki , Aprelin 21-də "Gəncdən gəncə" layihəsinin növbəti görüşündə Kürdəmir rayonu Atakişili kənd tam orta məktəbində yeniyetmə gənclərlə görüş keçirilib.

Layihə çərçivəsində SOCAR-ın vitse-prezidentinin müavini, birinci "Yüksəliş" müsabiqəsinin qalibi Ziya Mürsəlzadə və SOCAR-ın vitse-prezidentinin müşaviri, ikinci "Yüksəliş" müsabiqəsinin qalibi Şöhrət İsazadə və məktəblilər iştirak ediblər.

Görüş zamanı Ziya Mürsəlzadə və Şöhrət İsazadə təhsil aldığı illərdə və peşəkar fəaliyyətlərində qazandıqları bilik və bacarıqlardan danışıblar. Eyni zamanda gələcək ixtisas seçimi ilə bağlı tövsiyələrini bölüşüblər.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, görüş Kürdəmir rayonu üzrə təhsil sektorunun və Kürdəmir Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilib.

0 0

Şərhlər

Oxşar xəbərlər