Ulu Öndər Heydər Əliyev
3-05-2023, 12:20
615

Ulu Öndər Heydər Əliyev

TehsilForumu.Az təqdim edir.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il may ayının 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənayə İnstitunun memarlıq fakültəsinə daxil olub, lakin İkinci dünya müharibəsinin başlaması ona təhsilini başa çatdırmağa imkan verməyib. Heydər Əliyev 1941 – 1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komisarlığında arxiv şöbəsinin məxfi hissənin müdiri sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində Ümumi Şöbənin müdiri vəzifəsində işləyib. 1944-cü ilin may ayında Dövlət Təhlükəsizliyi orqanlarında işə göndərilir. Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində dəyanətlə çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdi. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyini ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kominist Partiyasının sıralarını tərk edib.
Heydər Əliyev 1993-cü ilin oktyabr ayının 3-də Azərbaycan Respublikasının ümumxalq səsvermə nəticəsində prezident seçilidi. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyini irəli sürülməsinə razılıq vermiş.
Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb. 2003-cü il dekabrın 12-də Azərbaycan xalqının Ümumimilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend klinikasında vəfat edib və dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunub.


Ağcabədi rayon F. Kərimov adına Bilağan kənd tam orta məktəbin
VIII sinif şagirdi Məmmədova Aygün Azay qızı
4 4

Şərhlər

Oxşar xəbərlər