“Təhsildə yeni çağırışlar” regional konfransı Xaçmazda keçirildi...
4-05-2024, 18:25
305

“Təhsildə yeni çağırışlar” regional konfransı Xaçmazda keçirildi...

Jafar Mansimi Təhsildə Yeni Çağırışlar Regional Konfransa dəvətiniz üçün təşəkkür edirik.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi 

Quba-Xaçmaz Regional Təhsil İdarəsi 

"Təhsildə yeni çağırışlar” regional konfransı Xaçmazda

TehsilForumu.Az xəbər verir ki , Bu gün (4-may) növbəti “Təhsildə yeni çağırışlar” regional konfransı Xaçmazda keçirildi...

Konfrans Quba–Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin pedaqoji heyəti üçün nəzərdə tutulub.

Regional konfrans Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və “T–Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, #Azərbaycan Dövlət Pedaqoji Universiteti və Quba - Xaçmaz Regional Təhsil İdarəsinin dəstəyi ilə keçirildi.Konfransa media dəstəyi isə Təhsil TV və “Azərbaycan müəllimi” qəzeti tərəfindən göstəriləcək. 
Konfransda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva, Quba–Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, ADA Universitetinin prorektoru Vəfa Kazdal, Qazi Universitetinin müəllimi Necati Cemaloğlu, TKTA-nın “Məktəbəqədər və ümumi təhsil müəssisələrində keyfiyyət monitorinqi layihəsi”nin icrası üzrə rəhbəri Nəcməddin Mehtiyev çıxış etdi..


Əziyyəti keçən hər bir şəxsə təşəkkür edirik !
0 0

Şərhlər

Oxşar xəbərlər