Ulu öndər Heydər Əliyevin 20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında rolu
19-01-2023, 23:00
392

Ulu öndər Heydər Əliyevin 20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında rolu

TehsilForumu.Az - Elə hadisələr var ki, onlar tarixin köksünə əbədi həkk olunur. İllər, əsrlər ötsə də xatırlanır. xalqın qan yaddaşında yaşayır. 1990-ci ilin Yanvar faciəsi kimi. Ayağa qalxan xalqın inam va iradəsini qırmaq, milli mənliyini alçaltmaq va sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə həyata keçirilmiş bu faciə Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizə tarixinə parlaq və şərəfli səhifə kimi daxil olmuşdur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası bütün mövcudiyyəti ərzində törətmiş olduğu cinayətlər sırasında misligörülməmiş birini də əlavə etdi. Həmin gecə Bakiya yeridilən sovet ordusu hissələri xalqımıza vəhşicəsinə divan tutdu. Bu, torpaqların bütövlüyü uğrunda mübarizəyə qalxmış və azadlıq ideaları ilə yaşayan xalqımıza qarşı yönəldilmiş qəsd idi. Bu vəhşiliyin, hucumun məqsədi isə xalqın milli azadlıq əzmini boğmaq idi.
Yanvar cəza əməliyyatı müharibə aparılmasının beynəlxalq hüquqla qadağan edilmiş vasitələrdən istifadə olunmaqla təqsirsiz adamların qabaqcadan təşkil edilmiş qırğını idi. Əməliyyata rəhbərlik etmiş və ordunun şəxsi heyətinin hərbi cinayətlər törətməsinə imkan vermiş SSRİ müdafiə naziri beynəlxalq hərbi tribunalın nizamnaməsinin 6- ci maddəsinə, həmçinin Azərbaycan SSRI cinayət məcəlləsinin şəxsiyyətinə qarşı cinayətlərə aid maddələrinə düşən hərbi cinayət işləmişdir.
Adamlar yaxın məsafədən açılan atəşlə, xüsusi qəddarlıqla öldürmüş, tanklar və zirehli transportyorlar qəsdən minik maşınlarını basmış və onların içərisində olan adamlar qətlə yetirilmişlər. Bu qanlı faciədə 133 nəfər həlak olmuş, 744 nəfər yaralanmış, 8 nəfər itkin düşmüş, 841 adam həbs edilmişdir. Sonrakı günlər də daxil olmaqla qətlə yetirilənlərin 122 nəfəri kişi, 5 nəfəri qadın, 4-ü isə uşaq olub. 117 nəfəri azərbaycanlı, 3 nəfəri yəhudi, 3 nəfəri tatar, 6 nəfəri rus idi. Onların arasında 4 milis işçisi, I hakim, 12 tələbə, 1 aspirant, 3 elmlər doktoru olub. 700-dən çox yaralının 25 nəfəri qadın, 20 nəfəri isə uşaq olmuşdur.
Azərbaycan xalqı 20 Yanvarda hərbi-siyasi va mənəvi təcavüzə məruz qalsa da, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. Həmin gün şəhid olanlar xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Məhz həmin günlər müstəqilliyimizin təməl daşı qoyuldu. 20 Yanvar günü xalqımız ən əziz vətəndaşlarını itirsə də, əzmkarlığını, şərəfini qoruya bildi.
Qanlı Yanvar faciəsinə, Azərbaycan xalqına qarşı törədilən cinayətə, qanlı təcavüzə ilk etiraz səsini ucaldan isə məhz ulu öndər Heydər Əliyev oldu. Hadisədən dərhal sonra 1990-ci il yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq, ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələn ümummili lideri Heydər Əliyev Sovet rəhbərliyinin xalqımıza qarşı etdiyi bu zorakılığı pisləmiş, onu törədənlərin cəzalandırılmasını sərt şəkildə tələb etmiş və təşkilatçıların, günahkarların adını kütləvi informasiya vasitələrinin gözü qarşısında bütün dünyaya bəyan etmiş və bildirmişdir: "Buraya ən əvvəl ona görə gəlmişik ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi nümayəndəliyində, böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bidirmək istəyirəm. Azərbaycanın Moskvadakı nümayəndəsindən xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın. Azərbaycanda baş vermiş hadisələrə gəlincə, man onları hüquqa, demokratiyaya yabancı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplarina zidd hesab edirəm" deyən ulu öndərin bu qətiyyətli mövqeyi respublikamızın informasiya blokadasına alındığı ağır günlərdə totalitar rejimə ağır və sarsıdıcı zərbə oldu.
Qanlı Yanvar faciəsi ila bağlı Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasını bildirdi. Heydər Əliyevin növbəti sərt addımı isə SSRI Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1990-ci il tarixli ərizəsi oldu. O, Kommunist Partiyası sıralarından çıxmasına dair bu ərizəsində 20 yanvar hadisəsi ilə bağlı qeydlərini də bildirmişdi: "Artıq 20 Yanvar hadisələrindən yarım il keçib. Nəinki bu dəhşətli cinayətin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə bunları ört basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil."
1990-cı ilin iyulunda Moskvadan vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi
Qanlı Yanvar faciəsi hərtərəfli, əhatəli və dolğun qiymətini məhz ulu öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra aldı. Ümummilli liderin 1994-cü il 5 yanvar tarixli Fərmanında qanlı aksiyanın respublika miqyasında geniş araşdırılıb ona hüquqi-siyasi qiymət verilməsi tövsiyyə olunurdu: "Xalqımızın tarixina Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-da Azərbaycan öz azadlığı va müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir".
Həmin il yanvarın 12-də Heydər Əliyevin sədrliyi ilə 20 Yanvar faciəsinin 4-cü ildönümü ilə bağlı tədbirlərin hazırlanması və keçirilməsi üzrə Dövlət Komissiyasının iclası oldu. İclasda çıxış edən Heydər Əliyev hadisəyə tam və hərtərəfli hüquqi-siyasi qiymət verilməsinin vacibliyini önə çəkdi. Dövlət Komissiyasının ciddi fəaliyyəti nəticəsində 1994-cü il mart ayının 29-da Milli Məclis "1990-cı il yanvarın 20-da Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul etdi. Sənəddə 20 Yanvar faciəsi qabaqcadan şüurlu surətdə planlaşdırılmış və vəhşicəsinə hayata keçirilmiş cinayət aktı kimi qiymətləndirilirdi.
Ulu öndərin 20 Yanvar faciəsinin 4-cü il dönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı fərmanında həm də Milli Məclisə hadisəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyyə olunurdu. Bu qiymət xalqımızın müstəqillik yolunda çarpışmasının dolğun mənzərəsini əks etdirməli idi. 1994-cü il mart ayının 29-da Respublika parlamenti "1990-ci il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz ümummilli lider Heydər Əliyevin prinsipal va ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı.

Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı. Ulu öndər hər il yanvarın 20-də Şahidlər Xiyabanına gələrək ziyarət edir, şəhid ailələri ilə görüşür, onların qayğıları ilə maraqlanırdı. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident Ilham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir. Dövlət başçımızın 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" 19 Yanvar 2006-cı il tarixli fərmanı bu baxımından müstəsna əhəmiyyət kəsb edir. O faciəli günləri öz gözləri ilə görənlərdən biri kimi mənim üçün də həmin günləri xatırlamaq çox çətindir. 20 yanvar hadisələrdən bir neçə gün keçmişdi. Artıq şəhidlərimiz torpağa tapşırılmış, xəstəxanalarda minlərlə 20 yanvarda yaralananlarımız vardı. O, vaxt mən rayon İcraiyyə Komitəsi sədrinin müavini işlayirdim. Belə qərara gəldik ki, xəstəxanalarda yatan yaralılarımıza Quba şirniyyatı, təzə meyvə və digər ərzaq məhsulları aparaq.
 Düzü, bu işin təşəbbüskarı olduğum üçün qərara aldıq ki, ərzağı mən və mərkəzi xəstəxananın baş həkimi aparaq. 
Yaxşı yadımdadır, bundan xəbər tutan Quba camaatı şəhərin mərkəzi meydanına öz məhsullarını daşımağa başladı. Bir-iki saat ərzində üç böyük maşın təzə mer-meyvə, ət, toyuq, Quba konserv zavodunun məhsulları ilə doldu.
Yola düşdük. İrəlidə ərzaq maşınları, onların dalınca isə biz xidməti maşınımızla. Yol boyu dəfələrlə saxlandıq. Biləcəriyə yaxınlaşdıqda isə başqa mənzərə ilə qarşılaşdıq, tank və topların əlindən şəhərə girmək mümkün deyildi. Qırmızı qərənfilə boyanmış küçələrdən xəşil olmuş maşınlar hələ də yığışdırılmamışdı. Tankların üstündə oturub toplarını maşınlara tuşlayan hərbçilərin donuq, amansız gözləri, qorxunc sifətləri vardı.
Nə isə, şəhərin girəcəyində maşınları saxladılar və bizə əmr etdilər ki, geri qayıdaq, xəstələrə heç nə lazım deyil. Sürücülər və baş həkim nə qədər danışsalar da xeyri olmadı. Mən çarəsiz qalaraq maşından düşdüm, xidməti vəsiqəmi göstərdim. Komandirlər xəstələrin ərzağa ehtiyacı olmadıqlarını, nahaq əziyyət çəkdiyimizi bildirdilər. Belə olduqda mən SSRI Jurnalistlar Ittifaqının üzvü olduğumu bildirdim və vəsiqəni onlara təqdim etdim. Başçılarına göstərdilər və o bizə şəhərə girməyə icazə verdi. Mən heç vaxt SSRI Jurnalistlər Ittifaqının üzvlüyündən istifadə etməmişdim. Çünki yerli hakimiyyət orqanlarında işləyirdim. Təkcə həmin vaxt evdən təkidlə mənə götürməyi tapşırılan bu bilet karıma gǝdi. Biz Respublika Kliniki Xəstəxanasına gəldik va baş həkimlə görüşdük. Gətirdiyimiz ərzaqları onlara təhvil verdik. Mən xahiş etdim ki, yaralılarla da görüşmək istəyirəm. Baş həkim dedi ki, görüşməyə icazə yoxdur. Çünki xəstəxananın dörd tərəfi qorxunc sifətli hərbçilərlə dolu idi.
Bu dəfə də təkidli xahişimizdən sonra bizə görüşməyə icazə verdilər. Biz palatalara getdik və orada gördüklərimizi heç vaxt yaddaşımızdan silə bilmərik. Qanına qəltan olmuş igid oğullarımız dəhşətli yaralar almışdılar. Əfqanıstanda qıçı yaralanmış, burada isə ayaqları tamam kəsilmiş gəncimi, başının üstündə anasının, nişanlısının ağladığı gəncimi, heç bir günahı olmayan yaşlı həmvətənlərimi yaddan çıxarmaq mümkündürmü? Palataların birində həmyerlimiz, həmin gecə yaralanmış Maliklə, o biri palatada isa hadisədən bir neçə gün sonra yaralanmış Əfqanla görüşdük. Onlar da bizə öz təşəkkürlərini bildirdilər. Həmin gün şəhidlarin qəbirlərini də ziyarət etdik.
Səhəri mən rayon Partiya Komitəsinə gəldim və o vaxt bizim birinci katibimiz olan rahmətlik Məhəmməd Əsədovla görüşdüm. Mən Məhəmməd müəllimə ətraflı məlumat verdim, ərzağı necə çatdırdığımızı va yaralılarla görüşdüyümü bildirdim. O, qırmızı telefonu qaldırdı və Mərkəzi Komitəyə zəng vurdu. 20 yanvar yaralılarına ərzaq aparıldığını və mənim onlarla görüşdüyümü bildirdi. Rəhmətlik Məhəmməd müəllim: "Elza xanım, təşəkkür etdilər və dedilər ki, ekstiristlərlə görüşməmək də olardı.
 Ancaq sən çox sağol, mərd qadınsan ki, bunu etmisən. Vaxt gələr haqq öz yerini tapar".
Allah Məhəmməd müəllimə qəni-qəni rəhmət etsin. Bəli, vaxt, zaman gəldi və haqq öz yerini tapdı. Məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra.
 Bu gün mən o günlərin acı xatirələrini yaşayarkən bir daha fikirləşirəm ki, o xalq xoşbəxtdir ki, taleyinin kəşməkəşli və sınaqlı dövründə dövlət sükanı arxasında qətiyyətli rəhbər dayanır. Tale iki dəfə Azərbaycan xalqını və onun müdrik oğlu Heydər Əliyevə belə bir imkan qismət etmişdi. Bəlkə də o vaxt Azarbaycanın dövlət sükanı arxasında ulu öndər Heydər Əliyev olsaydı 20 yanvar kimi hadisələr baş verməzdi.
Nə yaxşı ki, xalqın arzu və tələbi ilə dahi şəxsiyyət Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdı və ölkəni vətəndaş müharibəsi alovundan, parçalanıb dünya xəritəsindən silinmək təhlükəsindən qurtardı, müstəqilliyimizi dönməz va əbədi prosesə çevirdi.
Təcavüzə qarşı qəhrəmanlıq nümunəsi göstərmiş 20 Yanvar şəhidlərinin xatirəsi bu gün hər birimiz üçün əzizdir. Ona görə də gənc nəsli vətənpərvər ruhda tərbiyə etmək günümüzün ǝsas tələbidir. 
20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Bu mənada 20 Yanvarın Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə qəhrəmanlıq salnaməsi kimi böyük əhəmiyyəti var. Həmin gün öz ölkəsinin, xalqının azadlığı, şərəf və ləyaqətini uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
 20 Yanvar faciəsi də bizim üçün bir tərbiyə məktəbi, qəhrəmanlıq və əzmkarlıq nümunəsidir. Tarixin heç bir hadisəsi 20 Yanvarın qəhrəmanlıqlarını yaddaşlarından silə bilməz.
Vətənin azadlığı, suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi isə həmişə qəlbimizdə yaşayacaqdır.

Elza Orucova
ADPU-nun Quba Filialının müəllimi, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
0 0

Şərhlər

Oxşar xəbərlər