Heydər ƏLİYEV və milli varlığımız
1-05-2023, 07:52
751

Heydər ƏLİYEV və milli varlığımız

TehsilForumu.Az təqdim edir.

Tarix boyu millətin Liderinə çevrilən,xalqın ümid və pənah yeri olan tək-tək şəxsiyyətlər formalaşır.Onların yadda qalanı cox azdır.
Azərbaycan xalqının tarixində yaddaqalan tarixi şəxsiyyətlər yetişmiş,adlarını qızıl hərflərlə şanlı səhifələrə salmışlar.
Yeni dövr tariximizin ən dəyərli Şəxsiyyəti isə dövlətimizi beynəlxalq aləmdə tanıtmış, diplomatik uğurları ilə adı tarixə yazılan Heydər Əliyev cənabları olmuşdur.O, millətin zaman -zaman yaratdığı mənəvi dəyərləriə atalıq qayğısı , onları qoruyub saxlayan və zənginləşdirən dahi bir İnsan idi.
Əgər bizim varlığımızda qədirbilənlik ruhu yaşayırsa,onda gərək başa düşək ki, Azərbaycanı bu gün Azərbaycan edən Ümummilli Lider Heydər Əliyev cənabları olmuşdur,onun ideyaları olmuşdur.Böyük əzmkarlıqla həyata keçirdiyi müdrik siyasəti olmuşdur.
Heydər Əliyev 1962-1982 ci illərdə, yəni Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublikamızı geridə qalmış bir ölkədən qabaqcıl ölkələr sırasına çıxartdı.Ölkəmiz dünyanın ən nəhəng dövlətlərinin diqqətini cəlb etdi.
Heydər Əliyev həmin dövrlərdə mədəniyyətimizin , ədəbiyyatımızın keşiyində dayandı.və məhz onun diqqəti isayəsində milli varlığımız qorunub saxlanıldı.Həmin dövrdə Ulu öndərimiz “Kitabi-Dədə Qorqud “dastanının öyrənilməsi,təbliği və dünyada tanıdılması sahəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir.1975-ci ildə Onun göstərişi ilə Azərbaycanın tanınmış sənət adamlarının iştirakı ilə Dəfə Qorqud “filmi çəkilib.
2000- ci ildə Kitabi -Dədə Qorqud “dastanının 1300-illik yubileyi qeyd olundu.
Heydər Əliyev Azərbaycanda ensiklopediya işinə xüsusi həssaslıqla yanaşmış, hazırlanması,çap olunmasına diqqət və qayğı göstərmişdir.Ensiklopediya üçün bina tikilməsinə qərar vermişdir.
Həmin dövrdə Ulu Öndərimiz Heydər Əliyev cənablarının tapşırığı ilə Böyük Hüseyn Cavidin cənazəsinin Uzaq Sibirdən vətəni Naxçıvana gətirilərək torpağa tapşırılması milli mədəniyyətimizə böyük bir qayğı idi.Turan Cavid Dahi şəxsiyyətin bu sahədəki fəaliyyətinə yüksək qiymət verərək yazırdı “Atama əsl bəraəti Heydər Əliyev verdi”
Heydər Əliyev yazıçı və şairlərimizə, aktyorlarımıza,musiqiçılərimizə xalqın milli varlığı kimi qiymət verərək,onları həmişə qoruyub müdafiə etmişdir.
Sovetlər dönəmində ermənilər Rəsul Rzanı şərləyərək Moskvaya böhtan dolu məktublar göndərirlər.Amma Heydər Əliyev elə o vaxt R.Rzaya Sosialist Əməyi Qəhrəmanı nişanı verilməsinə nail oldu.
Həmin dövrdə Ulu öndər yüzlərlə belə xadimlərimizi himayə edərək, milli dəyərlərimizin yaşamasına imkan yaratdı.O illəri əsla unutmaq olmaz.O dövrdə Azərbaycanın əldə etdiyi nailiyyətlər Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə Azərbaycan özünün əsl himayədarını tapdı və ona söykəndi.
Məhz Heydər Əliyevin təşəbbüsü ilə milli -mənəvi dəyərlərimiz olan məscidlərimiz dini
ibadətgahlarımız yenidən bərpa olundu. Xalqımızın inam və inanclarını daima uca tutan dahi Lider bir örnək idi.
Heydər Əliyev hər sahədə olduğu kimi milli dilimiz barəsində də dərin elmi müşahidələrinə əsalanaraq demişdir “İndi Azərbaycan dilinin özünəməxsus inkişaf etmiş qanunları ilə cilalanmış kamil qrammatik quruluşu,zəngin söz fondu , mükəmməl əlifbası,yüksək səviyyəli yazı normaları vardır.
Hələ 1970- ci ildə Heydər Əliyevin səyi nəticəsində Azərbaycan dilinə dövlət qayğısı yaranmışdır.
Fikrimi Ulu Öndərimiz Heydər Əliyevin öz ifadəsi ilə bitirmək istəyirəm,”Xalq bir Cox xüsusiyyətlərinə görə tanınır və dünya xalqları içərisində fərqlənir.Bunlardan ən yüksəyi və böyüyü mədəniyyət və milli dəyərlərdir.”
1 5

Şərhlər

Oxşar xəbərlər